İnsanlardan 1 manat istəyən kişinin HƏYAT SİRRİ – Oğuz Ayvaz yazır...

Yazarlar 17:45 23.10.2023

Küçələr ədəbiyyatla, onun obrazlarının ürək çırpıntıları, həyatları ilə doludur. Onları çox vaxt küçədə görərkən görməzdən gəlir, tələsdiyimiz yerlərə üz qoyuruq. 

Onu bəzən küçədə, bəzən avtobusda görürəm. Qara papağının altında kül rəngli qaşları söyüd ağacı kimi başını aşağı salıb, gözlərinin içində naməlum bir qorxu yatır, burnu Pinokyonunku kimi uzun, üzündə kədərlə gülüşün qəzaya uğradığı ifadə donub, başdan-ayağa qara rəngə bürünüb.

Onu görəndə səbəbsiz üzümə təbəssüm qonur. Yanıma yaxınlaşır, 1 manat pul istəyir, özü də elə istəyir ki, istəyirəm 10 manat verəm. Enerjisi, aurası doğmadı, sanki uzaq keçmişdən gəlib bu adam. Hər dəfə danışmaq istəsəm də aradan çıxır. Bir yerdə dayanmır. 

Günlərin bir günü onunla küçədə rastlaşdım. Məni görən kimi salamlaşdı, dedim, gəzək, bir çay içək. Razılaşdı. Birgə addımlayır, tez-tez danışırdıq. Onun kim olması sualı məni narahat edirdi. Axı kimdi bu insan? Niyə günlərini boş-bekar gəzərək, hər adamdan 1 manat istəməklə keçirdir. Məlum oldu ki, adı Eldardı bu kişinin. Qırıq-qırıq öz həyatından danışdı:

“Sovet vaxtı işləyirdim, qorxurdum ki, arvad pul olmayanda evə buraxmaz. Qızlarım evləndi, cibimdə kartof var, üzümü qırxdım... Necədi? Getməliyəm”.

Onun bu sözləri yarımçıq olsa da, nələrisə ifadə edirdi. Eldarı tanıyan bir adam çıxdı yolda. Onun bu hala düşməsindən danışdı. 10 il əvvəl qaranlıqda bir it qəfil üzərinə atılıb, əllərini dişləyib, sonra səs-küyə adamlar toplaşıb. Eldar kişi qorxudan kəkələməyə başlayıb, getdikcə ağlını itirib, arvadı uşağı ona kömək ola bilməyiblər. Beləcə işindən, şəxsi həyatından uzaqlaşıb. Heç kim ona kömək etməyib. Travma onun gələcək həyatını işğal edib. 
Onunla günəşli bir gündə gəzirdik. Pencəyindən çıxartdığı kartofları mənə göstərdi. “Gedib qızardacam, yeyəcəm”. Çay içməyə getdik. Beş dəqiqə otura bildi. O müddətdə az qalırdı ürəyi partlasın. Bir yerdə dayanmaq onluq deyildi. Onu tanıyan adam da deyirdi ki, o bütün günü gəzir. Ona elə gəlir ki, dayansa öləcək. 
Onu fransalı aktyor Pyer Rişarada bənzədirəm. Sanki Pyer bütün şöhrətindən vaz keçib və dərviş yoluna düşüb həqiqəti axtarır. 

Son vaxtlar isə yağlı əppək olub göylərə çıxıb. Görən, eşidən yoxdu Eldarı. Mən isə onu görmək istəyirəm. Gözlərinə baxıb həyata üsyan etmək istəyirəm. O isə yoxdur, bəlkə də, çox uzaqlara, heç kimin bilmədiyi yerlərə gedib, anlaşılmaz, gözəgörünməz həyatını oralarda davam etdirir. O, yəqin, başqa bir yerlərdə dilənir. Həyatı, taleyi ilə barışıq şəkildə əllərini insanlara açaraq dilənir.

Mən onun yaşadıqlarını anlamağa çalışıram. O isə yoxdur. Onu tapmaq artıq çox çətindir. O, ümidlərinin bitdiyi, çarəsizliyinin başladığı yerlərə gedib çıxacaq və bir gün anlayacaq ki, həyatda yalnız özü ilə insan yola gedə bilir, özündən başqa heç kim sənə yar deyil. Çıxıb getmək də bəhanə deyil, çıxıb gediləsi yer yoxdur. Çünki insan özünə bağlanmış bir həbsxanadır. 

İndi özümü çox pis hiss edirəm. Həmişə beləyəm. Ta uşaqlıqdan. Biri yoxa çıxanda özümü pis hiss edirəm. Nə qədər edirəm, özümə gələ bilmirəm. Dostlarla görüşürəm. Fikrim Eldar kişinin yanında qalır. Onun “1 manatın olmaz” sözləri gəlir gözlərimin qabağına. Əhvalım korlanır. Siqareti siqaretə calayıram. Hər yerdə Eldar kişinin xatirələri dolaşır. O xatirələri qovmaq üçün qızımla oynayıram. Bir az keçir, qızım Eldar kişiyə çevrilir və məndən pul istəyir. Arvadımla söhbət edirəm, fikrim yenə qarışır. O isə məndən inciyir. Səbəbini bilmədiyi üçün məni laqeydliklə günahlandırır. Tək Eldar kişi ilə bağlı deyil bu xasiyyətim. Hansısa tanımadığım bir adam yolda mənə rast gəlsə, nəsə istəsə və mən də onu yerinə yetirə bilməsəm, bütün günü o adamı unutmuram. 

İndi də Eldar dayını unuda bilmirəm. Yadımdan çıxmır. Hərdən fikirləşirəm ki, bəlkə də, o, mənim gözümə görünüb. Yox axı. Birlikdə şəklimiz də var. Eldar kişi, həqiqətən də, var. Amma haradadır? Haradasan, Eldar dayı? Çay içək? Eldar dayı?! Ay Eldar dayı!

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Ramil İsgəndərli: "Müharibənin mənfi nəticələrinin aradan qalxmasında QHT-lərin çox böyük rolu oldu" - VIDEO
11:00 18.05.2024
ABŞ-dan Kiyevə QADAĞA
ABŞ-dan Kiyevə QADAĞA
10:52 18.05.2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
10:41 18.05.2024
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
10:30 18.05.2024
Mədəniyyət ocağının acınacaqlı vəziyyətə düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
10:30 18.05.2024
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
10:15 18.05.2024
Kirayə qaldığı evi satan kirayəçini neçə il həbs gözləyir? - Ekspertlərin RƏYİNDƏ
10:00 18.05.2024
Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO
09:40 18.05.2024
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
09:20 18.05.2024
Azərbaycanda ÜDM istehsalı 4 faizdən çox ARTIB – RƏSMİ
09:03 18.05.2024
Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
Hamısı