NASA sosial mediada müzakirələrə səbəb olan foto ilə bağlı açıqlama verib. Açıqlamada, fotoşəkili çəkilən göy cisminin Yerlə bəzi ortaq xüsusiyyətlərə malik olduğu bildirilib.
Ednews Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinə (NASA) məxsus James Webb Kosmik Teleskopu tərəfindən çəkilmiş bu foto sosial mediada müzakirələrə səbəb olub.
Bir çox istifadəçi kifayət qədər bulanıq şəkildə görünən planetin əslində şayiələrə görə peyk planet deyil, Yerin özü olduğunu düşünürdü.
Bəzi istifadəçilər kosmosda tamamilə fərqli Yerin ola biləcəyi ilə bağlı proqnozlarını paylaşıblar.
Sputnik-də yer alan xəbərə görə, NASA-nın daha sonra etdiyi açıqlamada, görüntülərdəki göy cismin Saturnun ən böyük peyki olan Titan olduğu açıqlanıb. Açıqlamada, Günəş Sistemində yalnız Titan və Dünyanın paylaşdığı bəzi ortaq xüsusiyyətlərin olduğu ifadə edildi.
YERDƏN BAŞQA ÇAYLARI, GÖLLƏRİ VƏ DƏNİZLƏRİ OLAN TƏK PLANETDİR
NASA-dan verilən açıqlama aşağıdakı ifadələrlə davam etdi:
"Titan Günəş Sistemində unikaldır. O, Yerdən başqa çayları, gölləri və dənizləri olan yeganə planetdir, lakin bu göllər sudan çox karbohidrogen, etan və metan kimi molekullardan ibarətdir".
Xəyal Ramiz