“Ermənistan qonşumuzdu və biz xalqlar olaraq həmişə burada yaşayacağıq. 44 günlük müharibədən sonra faktiki olaraq Azərbaycanın irəli sürdüyü sülh gündəliyi həmişə öz aktuallığını saxlayır. O cümlədən də Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi bütün təşəbbüslər və yeni baxışlar bütün ölkələrə, həm də bütün qonşularımıza, o cümlədən də Ermənistana bildirir ki, bizim niyyətimiz xoş niyyətlərdi”.
Bu fikirləri Ednews TV-də yayımlanan “Vətəndaş mövqeyi” verlişinin qonağı olan Tofiq Abbasov deyib.
“Biz müharibə səhifəsini çoxdan çevirməyə hazırıq. Lakin Ermənistan və arxasında duran qüvvəllər İrəvanı faktiki olaraq yolundan azdırırlar. Çalışırlar ki, bölgəyə yeni ekskalyasiya dalğaları gətirsin. Təbii ki, bu keçərli yanaşma deyil. Digər tərəfdən də COP29-un Azərbaycanda keçirilməsi Ermənistan tərəfindən dəstəklənib. Burada çox mühum bir məqam mövcuddur. Ermənistan gərək özü anlasın ki, bu qarşıdurma meyli öz potensialını tükəndirib. Ermənistan yalnız bir halda, Azərbaycanın dediklərinə məhəl versə qazanar”.
Bundan başqa verilişdə Paşinyanın Azərbaycana qarşı mövqeyi, Ermənistanda 4 kəndin qaytarılması ilə bağlı daxili etirazların baş verməsi və s. məsələlər müzakirə edilib.
Afaq