Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Mariya Zaxarova Ermənistan Parlamentinin spikeri Alen Simonyanın Ukrayna münaqişəsindəki mövqeyi ilə bağlı anti-Rusiya bəyanatlarına cavab verib.
Ednews xəbər verir ki, Zaxarova keçirdiyi həfətli brifinqdə Simonyanın “Rusiyanın gücü ancaq Ermənistana çatır?” fikrinə belə münasibət bildirib:
“Ümid edirəm ki, bu cür bəyanatlarla çıxış edənlərin bu il aprelin 24-də Rusiya parlamentarilərinin müraciətinə cavab göndərməyə gücü çatacaq. Belə bir cavab alan kimi biz onu diqqətlə öyrənəcəyik və lazım gələrsə, açıq şəkildə şərh edəcəyik. Cavab hazırlamaq üçün onlara güc arzulayırıq ”.