Kifayət qədər mürəkkəb problemə, yəni iqlim təsirlərinə uyğunlaşmaya daha çox diqqət yetirilməlidir.
"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu ADB-nin iqlim dəyişikliyi məsələləri üzrə xüsusi baş müşaviri Uorren Evans brifinq zamanı bildirib.
“Bu, həm də ona görə vacibdir ki, ADB hər il tədricən illik artımla təxminən eyni miqdarda iqlim krediti tələbi alacağını gözləyir. 2030-cu ilə qədər biz çox güman ki, 100 milyard dollar həddinə çatacağıq və ya onu keçəcəyik”, - o vurğulayıb.