Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) maliyyə konfransı kimi təyin olunub, çünki məhz bu konfransda milyardlar trilyonlara çevrilməli olacaq.
Ednews-un verdiyi xəbərə görə, bunu Banqladeşin ətraf mühit, meşə təsərrüfatı və iqlim dəyişikliyi naziri Saber Hosseyn Çoudhuri Gürcüstanın paytaxtında Bankın 57-ci illik toplantısı çərçivəsində “ADB-nin təkamülü ilə bağlı yol xəritəsi: Strategiya 2030-un yenilməsi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
“İqlim maliyyələşdirilməsi ilə bağlı 2025-ci ildən başlaması gözlənilən yeni kollektiv kəmiyyət hədəfimiz var”, - nazir bildirib.
Qeyd edək ki, bu ilin noyabrında Azərbaycanda COP29 keçiriləcək. Konfransın əsas mövzularından biri iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi məsələsi olacaq.