Çoxqütblü dünyanın fəsadı: Qəzza böhranı, yeni aktorlar, köhnə güclər - ANALİTİKA

Analitika 16:00 16.10.2023

HƏMAS qruplaşmasının Qəzzadakı fəaliyyəti artıq müharibəyə, geosiyasi böhrana və ələxsus Qərbdə anti-semitizmin alovlanmasına səbəb oldu. Gərginliyi tez aradan qaldırmasa, həm Fələstin millətçiliyi, həm də İsrail üçün strateji dönüş nöqtəsi olacağı görünür. Baş verən bütün proseslər çoxqütblü dünyanın necə xaos dolu olduğunu göstərir.

Lakin buna başlamadan öncə HƏMAS – ın  nəyi hədəflədiyinə nəzər yetirək:

Qruplaşma ötən günlərdə atəşkəs təklif edib, öz məqsədlərinə çatdığını bəyan edərək, danışıqların aparılmasını istəyib. Bu qərardan nəticə çıxara bilərik ki, burada hədəf İsraili hədə - qorxu etmək və öz terorçu mövcudluğunu region ölkələrinə xatırlatmaq idi. 

Lakin burada bir məqsəd daha yatır. HƏMAS qruplaşmasının əsas hədəfi son vaxtlarda münasibətlərin istiləşməsi və inkişafı dövrünə girən Səudiyyə Ərəbistan – İsrail əlaqələrini sındırmaq idi. Bununla da İranı yenidən Yaxın Şərq regionunda aktiv oyunçu kimi saxlamaq üçün imkan yaranacaqdı. 

İranın arxaplanda iştirakı...

İran rəhbəri Xamanei – nin  oktyabrın 3-də keçirilən Beynəlxalq İslam Birliyi Konfransındakı çıxışında sanki münaqişə olacağı ilə bağlı ilkin xəbərdarlıq etmişdi:

Screenshot_6.jpg

“İslam Respublikasının qəti mövqeyi budur ki, sionist rejimlə münasibətləri normallaşdırmaq üçün qumar oynayan hökumətlər itkilərə məruz qalacaqlar. Onları məğlubiyyət gözləyir... Bu gün sionist rejimin vəziyyəti ona yaxın olmağa təşviq edən bir vəziyyət deyil. Onlar [digər hökumətlər] bu səhvə yol verməməlidirlər. Qəsbkar [sionist] rejimin sonu yaxınlaşır”.

Həm HƏMAS, həm də İran İslam Respublikası İsrail dövlətini məhv etmək məqsədini tez-tez bəyan ediblər. Amma Xamneyinin qeyd etdiyim 3 oktyabr çıxışında bir sətir var ki, yenidən oxuyanda maraqlı bir məqam ortaya çıxır:

“Beləliklə, onlar [sionistlər] kinlə doldular. Onlar qəzəblə doludur! Əlbəttə, Qurani-Kərim belə buyurur: “De ki, qəzəbindən öl!” (3:119). Düzdür. Qəzəblən və qəzəbindən öl. Və bu baş verəcək. Onlar ölür. Allahın köməyi ilə bu “qəzəbindən öl” məsələsi indi sionist rejimə münasibətdə baş verir”.

Burada “qəzəbindən öl” ifadəsi HƏMAS – ın İsrailin ona tətbiq etdirmək istədiyinin ideal xülasəsi ola bilər. Xatırlatmaq yerinə düşər ki, hazırda İsrail həm nəzəri, həm də praktiki olaraq qəzəbləndiyini doğrudan da nümayiş etdirib. 300 minlik ordusunu səfərbər edib, quru əməliyyatlarına başlayıb, bütün qüvvələrini aktiv hala gətirib. Doğrudanda artıq necə qəzəblənibsə ölkə gözünün qarşısında heç kimi və heç nəyi görmür. 

Doğrudur, Tehran rəsmisi ötən gün münaqişədə heç bir rolu olmadığını bildirib. Ələxsus beynəlxalq aləmin ən önəmli siyasi aktorlarından olan bir dövlətin bunu qəbul etməsi gülməli olar.

Bu isə bizi mövzumusun əsas kontekstinə gətirir: Çoxqütblü dünya

Editorial-1.jpg

Soyuq Müharibə bitdikdən sonra artıq 2000 – lər özü ilə birlikdə bir neçə “köhnə” və yeni aktorlar ortaya çıxardı. Burada əsas üstündə dayanmalı olduğumuz nöqtə “köhnə” aktorlardı. Rusiya, Çin, İran.

Çin Fələstin - İsrail münaqişəsində vasitəçi olduğunu dəfələrlə bildirsə də məsələdə tam aciz qalıb. İran və Rusiya isə bu münaqişədə tam aktivdirlər. Xatırladaq ki, HƏMAS islam hərəkatının banisi SSRİ olub.

Bu üçlü 2000 – lərin başında özlərini bir növ siyasi proseslərdən təcrid edib, ABŞ – ın fəaliyyətlərini izləydirlərsə, artıq əsrin ilk rübündə yeni layihələr ilə “multipolyar” dünyanın parçası və səbəbkarı olublar. Rusiya, Çin və İran geosiyasi arenada mövcud olan hər “açıq yara” ya əl atıblar. Serb – Kosova münaqişəsi, Fələstin – İsrail, Myanma soyqırımları, Ukrayna müharibəsi və texniki olaraq Qarabağ müharibəsi. Bütün bu münaqişələrin isə tək ortaq problemi var: Beynəlxalq Arbitrajın buradakı boşluqları. 

Hazırda baş verən münaqişə bəlkə də, İsrail qələbəsi ilə bitə və Qərb üçün bir “rahatlama seans”ı ola bilər. Lakin Şərq yarımkürəsi zənnimcə Qərbə yetərincə xəbərdarlıq etmiş oldu və olacaq. 
Xatırlatmaq lazımdır ki, hazırda davam edən bir müharibə daha var o, da Ukrayna – Rusiya müharibəsidir. Rusiya olduqca bundan avantajlı çıxmağı ümid edir. ABŞ -  Avropa Birliyi ya proseslərə cidd müdaxilə etməli, ya da ki biz artıq Şərqin hökm etdiyi yeni bir dünya nizamını görə bilərik.

Əkbər Novruz

WhatsApp-Image-2023-08-02-at-14.59.44.jpeg

İranda polis hicab taxmayan qadını döyə-döyə həbs etdi - VİDEO

Xəbər xətti

Niderlandın Baş naziri COP29-a dəvət edildi
14:48 15.05.2024
Zelenskidən HƏYACAN TƏBİLİ
Zelenskidən HƏYACAN TƏBİLİ
14:20 15.05.2024
Suriyadan daha 8 nəfər Azərbaycana GƏTİRİLDİ
14:15 15.05.2024
Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması ilə bağlı tədbir KEÇİRİLİR
14:11 15.05.2024
Fransa Prezidenti Yeni Kaledoniyadakı iğtişaşlarla əlaqədar təcili iclas keçirəcək
14:10 15.05.2024
Laçının göz oxşayan son GÖRÜNTÜLƏRİ
14:03 15.05.2024
“Ermənistan bunu etməyə məcburdur” – Politoloqdan ÖZƏL AÇIQLAMA
14:00 15.05.2024
Sabaha hava proqnozu
Sabaha hava proqnozu
13:45 15.05.2024
Birinci Qarabağ müharibəsində itkin düşmüş daha bir şəhid dəfn edildi
Birinci Qarabağ müharibəsində itkin düşmüş daha bir şəhid dəfn edildi
13:35 15.05.2024
Xocalı şəhərinin yeni görüntüləri - VİDEO
Xocalı şəhərinin yeni görüntüləri - VİDEO
13:25 15.05.2024
Qabiliyyət imtahanlarına qeydiyyat BAŞLAYIR
13:08 15.05.2024
Azərbaycan və Belarus XİN başçılarının görüşü keçirilir
12:55 15.05.2024
Trampın təyyarəsi qəzaya düşdü
Trampın təyyarəsi qəzaya düşdü
12:50 15.05.2024
Sabah güclü yağış gözlənilir - PROQNOZ
12:40 15.05.2024
Xocalıda RSK-nın bölgəni tərk etməsinə görə tədbir keçiriləcək - VİDEO
Xocalıda RSK-nın bölgəni tərk etməsinə görə tədbir keçiriləcək - VİDEO
12:32 15.05.2024
TARİXİ GÜN: Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi ilə bağlı tədbir keçiriləcək
12:30 15.05.2024
Pul xoşbəxtliyi satın ala bilərmi? Terapevtlərə görə varlıların qarşılaşdığı 3 problem - ARAŞDIRMA
Pul xoşbəxtliyi satın ala bilərmi? Terapevtlərə görə varlıların qarşılaşdığı 3 problem - ARAŞDIRMA
12:05 15.05.2024
Mayın 20-də lisey və gimnaziyalara ərizə qəbulu başlayacaq
11:55 15.05.2024
Latviya erməni müğənnini "qara siyahı"ya daxil EDİB
Latviya erməni müğənnini "qara siyahı"ya daxil EDİB
11:50 15.05.2024
Fransada polis pusquya salınıb - VİDEO
11:49 15.05.2024
"Azərbaycanın "Transxəzər" layihəsi İran üçün təhlükə yaradır" -İDDİA
"Azərbaycanın "Transxəzər" layihəsi İran üçün təhlükə yaradır" -İDDİA
11:42 15.05.2024
Azərbaycanda ədəbiyyat niyə ölü dövrünü yaşayır? – Yazıçılar arasında SORĞU
11:30 15.05.2024
Xankəndi-Şuşa-Laçın avtomobil yolunun inşası gələn il YEKUNLAŞACAQ
11:27 15.05.2024
Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbulu BAŞLADI
11:25 15.05.2024
Çinin "iqtisadi divar" siyasəti: Profilaktika, yoxsa paranoya?
Çinin "iqtisadi divar" siyasəti: Profilaktika, yoxsa paranoya?
11:20 15.05.2024
Dünyada məcburi köçkünlərin sayı artıb - Rekord GÖSTƏRİCİ
Dünyada məcburi köçkünlərin sayı artıb - Rekord GÖSTƏRİCİ
11:15 15.05.2024
BMT-dəki daimi nümayəndə: Fransa Cənubi Qafqazdakı proseslərlə bağlı beynəlxalq ictimaiyyəti çaşdırır
11:11 15.05.2024
Bu gün Beynəlxalq İqlim Günüdür
11:05 15.05.2024
Politoco: Ukrayna Baydendən silahlara qoyulan qadağanı aradan qaldırmağı tələb edir - FOTO
Politoco: Ukrayna Baydendən silahlara qoyulan qadağanı aradan qaldırmağı tələb edir - FOTO
11:02 15.05.2024
4 Avropa XİN-i Gürcüstana təcili səfər edib - SƏBƏB
4 Avropa XİN-i Gürcüstana təcili səfər edib - SƏBƏB
10:58 15.05.2024
Türkiyədə çevriliş təhlükəsi: Ərdoğan iclas ÇAĞIRDI
10:53 15.05.2024
Makron COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayevi qəbul edib
Makron COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayevi qəbul edib
10:41 15.05.2024
Azərbaycanda günəş stansiyalarında elektrik enerjisinin istehsalı ARTIB
10:36 15.05.2024
“Sülh müqaviləsindən sonra Ermənistan Aİ-yə inteqrasiya edə bilər” – Avstriyalı ekspert – ÖZƏL
10:26 15.05.2024
Ətin qiyməti artacaq? - VİDEO
10:20 15.05.2024
Aİ missiyası Qafqazda açıq-aşkar təxribat xarakterli fəaliyyətlər həyata keçirir - Rusiya XİN
Aİ missiyası Qafqazda açıq-aşkar təxribat xarakterli fəaliyyətlər həyata keçirir - Rusiya XİN
10:15 15.05.2024
Nazir idarə rəisini vəzifəsindən azad etdi
10:09 15.05.2024
İranda polis hicab taxmayan qadını döyə-döyə həbs etdi - VİDEO
İranda polis hicab taxmayan qadını döyə-döyə həbs etdi - VİDEO
10:06 15.05.2024
Microsoft niyə Fransaya 4 milyard avro investisiya yatırmağı planlaşdırır?
Microsoft niyə Fransaya 4 milyard avro investisiya yatırmağı planlaşdırır?
10:05 15.05.2024
Buraxılış imtahanında ən yüksək bal toplayan şagirdin Ednews-a ÖZƏL MÜSAHİBƏSİ
10:00 15.05.2024
Hamısı