Metro şəhərinin azərbaycanlı vətəndaşları - Oğuz Ayvaz yazır...

Yazarlar 10:09 10.10.2023

Metro ilə ilk tanışlığımın tarixçəsi elə də yadımda qalmayıb. Deyəsən, Tiflisdə yaşadığımız vaxt idi. Atam məni harasa aparırdı. Onda yerin aşağısına düşdük. Atam jeton aldı. O vaxtı jeton idi. İndiki cavanların yadında olmaz. Təzə-təzə metroda yumru, rəngli, ya yaşıl, ya bənövşəyi rəngdə jeton olurdu. Atamın ciblərini eşələyəndə çoxlu jetonlar tapdığımızı xatırlayıram. Hər dəfə bu jetonlar atamı bir tərəfə aparırdı. O, iş axtarmaq üçün yığdığı jetonların hər dəfə birini-ikisini azaldırdı. 

Hə, metro ilə bağlı ilk xatirəm elə də yadımda deyil. Bilmirəm niyə, ancaq metro yaddaşımda xüsusi yer etməyib. Ola bilsin ki, həmin gün atam jetonu aparata salıb və tez məni qucağına alıb keçirib. Sonra uzun, çox uzun eskalatorla gedəndə əlimdən tutub. Çünki mən çox balacaydım. Üstəlik, yaman qorxaq uşaq idim. O qədər qorxaq idim ki, məktəbə gedəndə bacımı da mənimlə eyni sinfə qoymuşdular. Bir yerdə gedib gəlmək üçün. İndinin özündə də axşam evə qayıdanda xəyalımda o məktəb illəri canlanır. Özümə təsəlli verirəm ki, yanımda bacım var. Hərdən evə qayıdanda elə bilirəm yanımdakı bir adamlıq, bir bacım boyda boşluq var.

Eskalatordan düşəndən sonra anakondanı xatırladan qatarı görmüşdüm. Hə, bax bu dəqiq yadımdadır. Qatarın şığıya-şığıya gəlməsi, adamların çoxluğu məni yaman qorxutmuşdu. Atama sığınmışdım. Onun ayaqlarından yapışmışdım. Sonradan atamla heç vaxt metroya minmədik. Çünki o bu dünyadan getdi.

Metronu çox sevirəm. Yaxşı ki metro var. Metro olmasa, kasıblar üçün məşəqqət olardı. Yox, düz olmadı. Onsuz da, kasıblar üçün metro olanda da məşəqqətdir. Çünki metrodakı basabas, tər qoxusu, qatarın dayanması və s. bütün əsəb sistemimizi darmadağın edir. Yorğun-arğın işdən qayıdırsan və dua edirsən ki, metroya elə vaxtı çatım, basırıq olmasın. Tam metroya çatanda görürsən, millət şirəyə yığışan milçək sayaq doluşub. Düzü, hərdən bu mənzərəyə baxıb gülürəm də. Axı faciəyə uzandıqca komediyaya çevrilir. Baxıb gülürəm və öz-özümə deyirəm: “Heç vaxt millətimizi belə bir yerdə görməmişdim”. Öz dediyimə təzədən gülürəm. Qatar gəlir. Biz vaqonlara doluşuruq. Özü də dava-qırğınla, az qala yarış meydanında gücünü sınayan idmançılar kimi. Kim tez çatsa, əyləşə, yaxud kürəyini “Söykənməyin” yazılan yerə söykəyə biləcək. Metroda ən əsas qayda budur. Birincisi, eskalatordan yelli-yelli üzü aşağı düşməli, camaata “icazə verin” deyə-deyə tez perrona yetişməlisən. Çünki bəzən qatar dayanır və az adam olur. Onda vaqonda yer tapmaq asan olur. 

Metroda hamının sifəti sirkə satır. Yadıma düşür ki, nə vaxtsa, deyəsən, Avroviziya vaxtı, turistlər Bakıya gəlmişdi. Axşam tərəfi, elə söz vaxtına çəkər, düz bu vədələri turistlər metroya minmişdi. Onda da xalqımız hər zamankı kimi yenə sifətini turşudub oturmuşdu. Turistlərdən biri, Amerika kovboy filmlərində həmişə kovboyların atını tutub saxlayan balaca boy oğlanlara oxşayan qardaş təəccüblə onlara baxıb dedi: “Smayl, smayl”. Yəni gülümsəyin. Bizimkilər heç nə başa düşməyib key-key baxdılar. Turist təzədən təkrarladı: “Smayl, smayl”. Həmin cərgədə oturan iki qaqaş bu sözü eşidib bərk əsəbləşmişdi. “Ə, nə söyürsən?”, “Smayl, smayl” – oğlan təzədən bu sözləri deyib gülümsəyirdi. “Ananı s...” Hər nə isə. Bizimkilər elə bildi ki, bu əcnəbi bizi söyür. 

Həmişə içimdən gəlib ki, o xarici kimi davranım. Olmayıb. Qorxmuşam. Uşaqlıqdakı qorxu canıma daraşıb. Metrodakı turş sifətlərə baxmamaqdan ötrü özümlə götürdüyüm kitabı oxumağa girişmişəm. Sonra arada bir vaqondakılara baxmışam. Görmüşəm ki, hamının əlində telefon var. Hamının. Heç olmasa birinin əlində olmasa dərd yarıdır. Hamının əlində var. Özü də nəsə oxusalar filan yenə başa düşmək olar. Hamı oyun oynayır. Çatacağı yerə qədər vaxtını öldürür. Qulaqcıq taxanlar da nə qədər desən. Getdikcə qatar dolur, boşalır, dolur, boşalır. Ancaq bu mənzərə dəyişmir. Əli telefonlular qapılar açılan kimi düşür, yerinə başqa əli telefonlu, qulağında qulaqcıqlıqlar gəlir. 

Bizim üçün metro da iş rejiminə bənzəyir. Hərənin iş saatı bir vaxta düşür. Rejimlər çox vaxt eyni olsa da, bəzən fərqlənir. Adam var “Dərnəgül”dən düz “Xətai”yə gedir. Məsələn, mən “Həzi Aslanov”dan işimə başlayıram. Günümüzün bir çox hissəsi metroda keçir. Keçən dəfə bir qohumum rayondan gəlmişdi. İstəyirdik ki, Bakını bir az gəzək. Metrolarda vaxtımız getdi. Bir də gördüm qohumum başını çiynimə qoyub yatır. 

Adamların üzlərindən asılı qalan qəzəb, kədər salxımları məni ürküdür. Ancaq hər gün gördüyüm mənzərələr artıq adiləşib. İnsanların bir-birinə qəzəbi, az qala bir-birlərini öldürmə istəkləri də gündəlik məişət hadisələrinə çevrilib. Artıq şortik geyinən, “tatoo” vurduran, mini yubka geyinən, saçını yaşıl rəngə boyayan gənclər basabasın içinə qarışıb. Artıq kimsəyə maraqlı deyil, kim nə geyinib, kim nə edir. Hər kəs çatacağı məkana qədər dişini sıxıb dözür... 
Əvvələr baxışan cütlüklər görərdim. İndi bu mənzələr də yağlı əppək olub göyə çıxıb. Sənət adamlarına təklif edirəm ki, Azərbaycanın metro həyatından film çəklisin, tamaşalar qoyulsun, hekayələr yazsın. Özüm də cəhd edib hekayə yazacam. 

Bir dəfə xəfif içkili idim. Gözlərim insanların üzündə gəzişirdi. Birdən gözüm qaraldı, beynimin içində vulkan püskürdü: "Nolar, gülün! Xahiş edirəm!” Məni metrodan qovdular. Qovulduğum stansiya da “Ulduz” idi. Boş platforma və mən... 

“Həzi Aslanov... Sonuncudur, xahiş edirik...” Hə, çatdım. Bu gün də metro ilə işimiz sona çatdı. Qaranlığın düşdüyünü hiss edirəm. İçimi uşaqlığımdakı qorxu bürüyür. Atam yanımda peyda olub əlimdən tutur və biz bərabər eskalatordan bayıra çıxırıq.

Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

Türk konsulu qətlə yetirən şəxs İrəvanda saxlanılıb
10:42 14.05.2024
İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib
10:30 14.05.2024
Ölkə ərazisində yağıntılı hava nə vaxtadək davam edəcək?
10:25 14.05.2024
ABŞ ordusundan inqilabi İXTİRA
ABŞ ordusundan inqilabi İXTİRA
10:24 14.05.2024
Almaniya höküməti bu şəxsləri 2500 avro cərimələyəcək
Almaniya höküməti bu şəxsləri 2500 avro cərimələyəcək
10:15 14.05.2024
Blinkenin Kiyevə gəlişi: Yardım yoxsa başsağlığı?
Blinkenin Kiyevə gəlişi: Yardım yoxsa başsağlığı?
10:00 14.05.2024
Bu gün ölkə ərazisində hava necə olacaq?
09:49 14.05.2024
Süni intellektin insanları aldatmağı öyrəndiyi müəyyən edilib
Süni intellektin insanları aldatmağı öyrəndiyi müəyyən edilib
09:45 14.05.2024
Azərbaycanda ixrac edilən qazın həcmi AÇIQLANDI
09:35 14.05.2024
Vərəsəlik qərarı ailəni çaşdırdı: 6 milyard dollar bağbana veriləcək
Vərəsəlik qərarı ailəni çaşdırdı: 6 milyard dollar bağbana veriləcək
09:20 14.05.2024
Bakının bir sıra küçələrində sıxlıq var - SİYAHI
09:15 14.05.2024
Bu ay Şuşaya köçürüləcək əhalinin SAYI AÇIQLANDI
09:00 14.05.2024
"Тrendyol" Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
07:31 14.05.2024
Etirazçılar Ermənistan-Gürcüstan yolunu BAĞLADILAR
06:12 14.05.2024
Yeni Kaledoniyada polislə nümayişçilər arasında toqquşmalar olub
05:28 14.05.2024
Sumqayıtda evdə körpə meyiti aşkarlanıb
04:51 14.05.2024
Vuçiç: Serbiya səfiri tezliklə Ukraynaya qayıdacaq
03:33 14.05.2024
Kilian Mbappe PSJ prezidenti ilə dava edib
02:24 14.05.2024
Quterreş Qəzza zolağında BMT-yə məxsus avtomobilə hücumun araşdırılmasına çağırıb - YENİLƏNİB
01:00 14.05.2024
Kobaxidze Tbilisidəki etirazçıları qanunu pozmaqdan və zorakılıqdan çəkinməyə çağırıb
00:10 14.05.2024
Stoltenberq: “Ukrayna məğlub olarsa, onu bərpa etməyin mənası olmayacaq”
23:57 13.05.2024
Zelenski Xarici Kəşfiyyat Xidməti rəhbərinin birinci müavinini İŞDƏN ÇIXARDI
23:39 13.05.2024
Sinqapurun Baş naziri istefa ərizəsini prezidentə təqdim edib
23:23 13.05.2024
Antalyada meşədə yanğın başlayıb
23:00 13.05.2024
Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA
22:50 13.05.2024
Azərbaycan və Ukrayna XİN rəhbərləri strateji tərəfdaşlıq münasibətlərini müzakirə edib
22:46 13.05.2024
Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib
22:40 13.05.2024
Paşinyan Kopenhagen Demokratiya Sammitində iştirak etmək üçün Danimarkaya gedib
22:22 13.05.2024
Polşa öz vətəndaşlarını Gürcüstanda etiraz aksiyalarında iştirakdan çəkinməyə çağırıb
22:00 13.05.2024
BMT-nin iki əməkdaşı "Rəfah" keçid məntəqəsi yaxınlığında yaralanıb
21:42 13.05.2024
Ərdoğan yunan Baş nazirlə birgə brifinqdə: Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir
21:21 13.05.2024
Avropalı parlamentari Qərbi azərbaycanlıların yaşadıqları bəlaları tarixi faciə adlandırıb
21:00 13.05.2024
Aİ Moldovadan gələn mallara rüsum və kvotaların dayandırılmasını bir il müddətinə uzadıb
20:40 13.05.2024
Berlində Azərbaycanlı Mühəndislərin Avropa Forumu təşkil olunacaq
20:20 13.05.2024
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
20:00 13.05.2024
“Xarıbülbül” festivalı “Sələflər və xələflər”lə Laçında
19:51 13.05.2024
Yan Borq: ATƏT Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləməyə hazırdır
19:30 13.05.2024
Azərbaycana idxal olunan avtonəqliyyat vasitələrinə “Avro-5”in tətbiqi araşdırılır
19:15 13.05.2024
İspan foto-jurnalist Fransanın Ruandadakı soyqrımından danışdı - VİDEO
19:00 13.05.2024
Sabahdan bəzi yaşayış məntəqələrinə içməli suyun verilməsi dayandırılacaq
18:50 13.05.2024
Hamısı