Ukrayna ordusu müvəqqəti ilhaq edilən Krım yarımadasında xüsusi əməliyyat keçirib.
Ednews xəbər verir ki, əməliyyat Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi tərəfindən gerəkləşib.
Əməliyyat zamanı Sevastopolda hərbi obyekti enerji ilə təmin edən qurğu məhv edilib. Bunun nəticəsində Sevastopolun bəzi yerlərində elektrik enerjisinin verilişi dayanıb.