Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür

Mədəniyyət 11:25 20.04.2024

Aprelin 20-si Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Mükafatı Laureatı, görkəmli satira ustası Nəsibə Zeynalovanın doğum günüdür.

Azərbaycan teatrsevərləri arasında “qayınana” kimi sevilən, Musiqili Komediya Teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə xanım 1916-cı ildə Bakıda doğulub.

Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrət qazanıb. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb.

Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.

Aleksandr Tuqanov, Məhərrəm Haşımov, Ağasadıq Gəraybəylidən dərs alan tələbə Nəsibə Zeynalova texnikumda oxuyarkən “Katarina” (“Şıltaq qızın yumşalması”, Uilyam Şekspir), “Elvira” (“Don Juan”, Jan Batist Molyer), “Yelizaveta” (“Mariya Stüart”, Fridrix Şiller) rollarını oynayıb.

Aktrisa milli klassik operettalarımızın tamaşalarında “Gülpəri”, “Cahan xala”, “Sənəm” (“Ər və arvad”, “Arşın mal alan” və “Məşədi İbad”, Üzeyir bəy Hacıbəyov), “Mələk xanım” və “Kələk xanım” (“Əlli yaşında cavan”, Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova, həmçinin, “Azərbaycanfilm”in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində “Fatmanisə” (“Ögey ana”), “Telli” (“Böyük dayaq”), “Züleyxa” (“Ulduz”), “Cənnət xala” (“Qayınana”), “Gülsüm” (“Molla Fətəlinin sərgüzəşti”), “Əsli xala” (“Bəyin oğurlanması”) rolları daha şöhrətlidir.

1978-ci ildə çəkilən “Qayınana” filmində yaratdığı “Cənnət” obrazı Nəsibə xanımın yaradıcılığında sanki bir möhür olur. O filmdən sonra onu hətta “XX əsrin qayınanası” adlandırırlar.

Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə “Azərbaycan Respublikasının Əməkdar artisti”, 1967-ci ildə “Xalq artisti” fəxri adına layiq görülüb. “Hicran” musiqili komediyasındakı “Qızbacı” roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır.

Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.

“COP29 Qarabağın Yaşıl Enerji potensialını önə çıxaracaq” - Macar professor -Video

Xəbər xətti

Fransa millisinin və “Milan”ın hücumçusu rəsmən ABŞ klubuna keçib
05:20 15.05.2024
Pakistanda baş verən partlayışda 5 nəfər ölüb
03:09 15.05.2024
Çexiya miqrasiya ilə mübarizə üzrə Aİ ölkələrindən ibarət qrupun yaradılmasını istəyir
01:11 15.05.2024
ABŞ dövlət katibinin köməkçisi: Bidzina İvanişviliyə qarşı heç bir sanksiya yoxdur
00:22 15.05.2024
Xarkovun atəşə tutulması nəticəsində yaralananların sayı 18 nəfərə çatıb
23:50 14.05.2024
"Onların ölkəmizin siyasətinə müdaxilə etməsi qətiyyən yolverilməzdir" - Gürcüstan rəsmisi
23:15 14.05.2024
Putin Rusiya hökumətinin yeni tərkibini təsdiqləyib
23:04 14.05.2024
Türkiyədə son 53 ilin ən isti apreli qeydə alınıb
22:45 14.05.2024
Sabah Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaq
22:05 14.05.2024
Paşinyan yenə KTMT-ni GÜNAHLANDIRDI: “Azərbaycanla müharibə vaxtı İrəvanı dəstəkləmədilər”
21:30 14.05.2024
Sabah Sabirabadın 4 kəndinin qaz təchizatı dayandırılacaq
21:21 14.05.2024
Kobaxidze: ABŞ ilə ədalətli münasibətlər tələb edən tərəfdaşlığın dərinləşməsində maraqlıyıq
21:00 14.05.2024
Azərbaycan II Liqasının çempionu bəlli olub
20:45 14.05.2024
Gürcüstan parlamentinin qarşısındakı aksiyada 13 nəfər saxlanılıb
20:07 14.05.2024
Bakı Təşəbbüs Qrupu Fransanın Yeni Kaledoniyada mülki şəxslərə qarşı zorakılığı ilə bağlı bəyanat yayıb
19:57 14.05.2024
Azərbaycan Dənizlə yüklərin daşınması haqqında Beynəlxalq Konvensiyaya qoşulmaq istəyir
19:48 14.05.2024
Kameron Rusiyadan Britaniya vətəndaşının azad olunmasını tələb edib
19:39 14.05.2024
Biləsuvarda 26 fiziki imkanları məhdud sakin şəxsiyyət vəsiqəsi ilə təmin olunub
19:27 14.05.2024
Lənkəranda itkin düşdüyü hesab edilən qadının meyiti tapılıb
19:14 14.05.2024
Azərbaycan və Sinqapur parlament sədrləri beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı müzakirə ediblər
19:00 14.05.2024
Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb
18:55 14.05.2024
Azərbaycanda maliyyə-lizinq şirkətinin istiqrazlarının ilk tranşı listinqə daxil edilib
18:34 14.05.2024
Muxtar Babayev BMT-nin dayanıqlı enerji üzrə xüsusi nümayəndəsi ilə görüşüb
18:26 14.05.2024
Bakıda yol qəzası sıxlığa səbəb olub
18:19 14.05.2024
AK nümayəndəsi: İrəvanla Bakı arasında normallaşma kommunikasiyaların açılmasına imkan verəcək
18:10 14.05.2024
Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisi ilə bağlı YENİ DETALLAR
18:00 14.05.2024
Rusiya “Zvartnots” hava limanında sərhəd-keçid məntəqəsini bağlayacaq
Rusiya “Zvartnots” hava limanında sərhəd-keçid məntəqəsini bağlayacaq
17:50 14.05.2024
Yağıntılı hava bu tarixə qədər davam edəcək
Yağıntılı hava bu tarixə qədər davam edəcək
17:40 14.05.2024
Azərbaycanla sülh müqaviləsi imzalanmasının vaxtı çatıb
Azərbaycanla sülh müqaviləsi imzalanmasının vaxtı çatıb
17:30 14.05.2024
Bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib
Bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib
17:24 14.05.2024
Naxçıvana leysan yağdı - Küçələri su basdı. - VİDEO
Naxçıvana leysan yağdı - Küçələri su basdı. - VİDEO
17:17 14.05.2024
Avropa İttifaqı İrana qarşı sanksiyalarını genişləndirib
Avropa İttifaqı İrana qarşı sanksiyalarını genişləndirib
17:15 14.05.2024
Azərbaycanda bu Akademiyanın adı dəyişdirildi
Azərbaycanda bu Akademiyanın adı dəyişdirildi
17:00 14.05.2024
Ali Məhkəmədə yeni təyin olunmuş hakimlərin andiçmə mərasimi keçirilib
Ali Məhkəmədə yeni təyin olunmuş hakimlərin andiçmə mərasimi keçirilib
16:45 14.05.2024
Xankəndidə daha bir iclas: Əhalinin qayıdışı müzakirə edildi
Xankəndidə daha bir iclas: Əhalinin qayıdışı müzakirə edildi
16:35 14.05.2024
Natiq Mehdi qətlə yetirilib - İş yoldaşı tutuldu
Natiq Mehdi qətlə yetirilib - İş yoldaşı tutuldu
16:32 14.05.2024
Türkiyədə kömür zavodunda çökmə olub, ölən və yaralanan var
16:20 14.05.2024
Türkiyədə yeni konstitusiya qəbul olunacaq
Türkiyədə yeni konstitusiya qəbul olunacaq
16:10 14.05.2024
FAKTİKİ HAVA: Yağış yağıb, dolu düşüb
16:03 14.05.2024
İğdır-Naxçıvan qaz kəməri yaxın vaxtlarda istifadəyə VERİLƏCƏK
15:55 14.05.2024
Hamısı