Rusiyada tək uşaq böyüdən anaların sayı 5 milyona yaxındır.
Ednews rusturk.com-a istinadən xəbər verir ki, Elmi-Tədqiqat İnstitutunun açıqladığı məlumatlara görə, ölkədə hər üç uşaqdan biri dağılmış ailələrdə böyüyür.
RBC-yə danışan institut rəsmiləri yazıb ki, Rusiyada dağılmış ailələrin payı son 10 ildə 21 faizdən 38,5 faizə yüksəlib. Bu ailələrin 81 faizi uşaqları tək böyüdən analardır. Bu anaların sayının 4,85 milyon olduğu açıqlanıb.
İnstituta bağlı tədqiqatçılar qeyd edirlər ki, dağılmış ailələr adi ailələrdən daha çox yoxsulluğa düçar olurlar.
2021-ci ilə qədər Rusiyada nüvə ailələrinin sayı 15,5 milyondan çoxdur.
Xəyal Ramiz