Azərbaycanın əksər dövlət və özəl universitetlərində təhsil haqları ilbəil artırılır. Elə fakültələr var ki, orada təhsil haqqı bir neçə il öncəyə nisbətdə 30-40, hətta 50 faiz artım müşahidə olunur. Digər tərəfdən isə ölkədə maaş və təqaüdlərin artım dinamikası univeristet ödənişlərinin illik bahalaşması ilə təəssüf ki, eyni deyil. Bəs universitetləri təhsil haqlarını bu qədər artırmağa nə vadar edir?
Bu barədə Ednews-a sosioloq Lalə Mehralı bildirdi ki, çox tələbə buna görə oxumaqdan imtina edir, illərlə çalışır-oxuyur, axırda da pullu fakültəyə düşür balı, məcbur qalıb təkrar hazırlaşır ki növbəti ilə pulsuz yerə düşsün. Xüsusilə Tibb Universitetində təhsil haqları çox bahadır, 4500-5000 illik nə deməkdir? Hansı orta statistika Azərbaycan ailəsinin imkanı çatar o pulu ödəməyə? Tutaq ki tələbə krediti götürmək istədi, illik məbləğin 40 faizini ailə özü ödəməlidir, onu necə ödəsin?
"Əslində bizdəki təhsil haqldarı dünya ölkələri ilə müqayisədə azdır, lakin ölkə vətəndaşalrının gəlirinə adekvat deyil. Avropalı tibb təhsili almaq üçün 30 min dollar xərcləyə bilir, amma bunun üçün illik gəliri də imkan verir, üstəlik təqaüd proqramları da çoxdur. Amma bizdə orta statistik ailə minimum əməkhaqqı ilə Tibb universitetində necə tələbə oxutsun? Universitetlərin də günü-gündən artan təhsil haqları getdikcə vəziyyətin daha da pisləşəcəyini deyir. Bu qiymətə tələbə nə qidalanma, nə yataqxana ilə təmin edilmir ki, deyəsən universitet də xərc çəkir. Ona görə gənclər çalışırlar ki maksimum dil öyrənsinlər, təqaüd proqramlarına müraciət edərək xaricdə oxusunlar".
Oğuz