Çad hökumətinin ölkədə yerləşdirilən ABŞ qüvvələrini deportasiya edəcəyi iddia edilib. Keçən ay Niger ABŞ ilə hərbi əməkdaşlıq müqaviləsinə xitam verildiyini açıqlamışdı.
Ednews oda tv-ə istinadən xəbər verir ki, ABŞ-ın Afrikadakı təsiri addım-addım azalır.
Nigerdəki hərbi hökumətin ABŞ ilə hərbi əməkdaşlıq müqaviləsini ləğv etməsindən sonra Çadın da ölkədəki Amerika qüvvələrini qovacağı iddia edilib. Yerli media Çad hökuməti ilə ABŞ ordusu arasında hərbi əməkdaşlıq müqaviləsinin ləğv oluna biləcəyi ilə bağlı iddialar yazıb.
Çad hökumətinin Vaşinqton rəhbərliyinə yazılı bildiriş göndərdiyi, iki ölkə arasındakı razılaşmanın ləğv oluna biləcəyi və Çadda yerləşən ABŞ qüvvələrinin ölkədən çıxarıla biləcəyi ifadə edilir. Çaddakı ABŞ əsgərlərinin sayı açıqlanmasa da, 100-ə yaxın olduğu təxmin edilir.
Mərkəzi Afrika ölkəsi Çadla bağlı iddiaların mayın 6-da keçirilməsi gözlənilən prezident seçkilərindən əvvəl ortaya çıxması diqqət çəkib.
Xəyal Ramiz