Son günlər ABŞ universitetlərini mühasirəyə alan Fələstinə dəstək nümayişləri davam edir.
Ednews Etirazlara alimlərlə yanaşı tələbələr də qatılarkən, İndiana Universitetinə snayperlərin gəldiyi görülüb.
ABŞ-ın müxtəlif ştatlarında və universitetlərində Fələstinə dəstək üçün nümayişlər keçirən tələbələr universitetlərindən İsrailə dəstəyi dayandırmağı tələb edirlər. Tələbələr universitet şəhərciklərindəki açıq ərazilərdə toplaşıb düşərgələr qurarkən, universitet və yerli hökumət rəsmiləri əməkdaşların saxlanması, dayandırılması və işdən çıxarılması ilə hədələmə kimi hərəkətlərlə cavab verirlər.
Kolumbiya Universiteti rəhbərliyinin İsrailin Qəzzaya hücumlarına dəstək verən şirkətlərə ayırdığı maliyyə sərmayələrinə etiraz etmək üçün tələbələrin şəhərcik bağçasında başlatdıqları oturma aksiyası 12-ci gününə çatıb.
Universitet rəsmiləri tələbələrin qurduğu düşərgəni dağıtmaq və universitetin siyasətlərinə yenidən baxmaq məqsədi ilə nümayişləri təşkil edən tələbələrlə görüşüb.
Kolumbiya Universiteti kimi bəzi universitetlərdə administrasiya və polis tələbələri danışıqlara çağırsa da, bəzi universitetlər asayiş keşikçilərinin sərt müdaxilələrinin şahidi olurlar.
Xəyal Ramiz