Çinin baş naziri ilə görüşən Tesla şirkətinin baş direktoru İlon Mask ölkədə tam avtonom idarəetmənin tətbiqi üçün səlahiyyətlilərdən icazə istəyəcək.
Ednews sozcu.com.tr-ə istinadən xəbər verir ki, İlon Mask Çində Tesla avtomobillərində avtonom idarəetmə rejimini işə salmağı hədəfləyir.
Elektrik avtomobil şirkəti Tesla çinli rəqibləri ilə mübarizə apararkən məşhur milyarder İlon Mask Çinin baş naziri Li Qiang ilə görüşüb.
Çin dövlət mediasına görə, Mask Li ilə görüşü zamanı Teslanın daha böyük qarşılıqlı mənfəət əldə etmək üçün Çinlə əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirib.
Baş nazir Li Maska Çin bazarının "xarici kapital şirkətləri üçün həmişə açıq olacağını" söylədi.
Mask Çində "Tam Avtomatik Sürmə" (FSD) funksiyasını işə salmaq və alqoritmlərini öyrətmək üçün ölkədə toplanmış məlumatları xaricə ötürmək istəyir.
Bununla belə, Teslanın Çində FSD texnologiyasını tətbiq etmək istəyi ABŞ-da Çində hazırlanmış sistemlər üçün tələb olunan istifadəçi məlumatlarının saxlanması tələbləri ilə çətinləşir.
Tesla əvvəllər Çin rəsmilərini ölkədə FSD-nin tətbiqi ilə bağlı əmin etmək üçün müxtəlif addımlar atmışdı. Məşhur milyarder milli qanunlara uyğun olaraq Çin istehlakçıları haqqında məlumatların işlənməsi üçün Şanxayda məlumat mərkəzi yaratmışdı.
Birinci rübdə Tesla-nın ümumi satışları 9 faiz azalsa da, onun mənfəəti keçən ilin eyni dövründəki 2,51 milyard dollardan 1,13 milyard dollara düşüb. Şirkətin səhmlərinin qiyməti 2024-cü ildə 32 faiz ucuzlaşacaq. Tesla bu enişi dayandırmaq üçün avtomobillərinə endirim etməli oldu.
Xəyal Ramiz