Saakaşvili Ukraynada hakimiyyətə gələcəkmi ? Kievdən Eurasia Diary üçün özəl açıqlama

Analitika 16:24 26.09.2017

İqor Petrenko

Beynəlxalq perspektivli tədqiqatlar mərkəzinin eksperti özəl olaraq Eurasia Diary üçün

Mixeil Saakaşvilinin Ukraynaya qayıtması ölkədəki siyasi vəziyyətin inkişafında önəmli faktora çevrildi. Hakimiyyətin uğursuz cəhdləri və Gürcüstanın keçmiş prezidentinin qayıtması fonunda baş verən proseslər Saakaşvilini ətrafında güclü “antiporoşenko” hərəkatına dönüşəbiləcək siyasi qüvvələrin birləşdiyi milli qəhrəman, rejimin qurbanına çevirir.

Mixeil Saakaşvili və digər müxalifətçilər hakimiyyətin yenidən qurulması üçün növbədənkənar seçkilərin elan olunmasında maraqlıdırlar. Bütün bunlar cəmiyyətdə əlaqəsiz proseslərə təhrik edə bilər. Qeyd etmək lazımdır ki, Saakaşvili Ukraynanın qüvvədə olan qanunvericiliyinə əsasən seçkilərdə iştirak etmək üçün  məskunlaşma ilə bağlı şərtə cavab vermədiyi üçün nə deputatlığa nə də prezidentliyə namizədliyini irəli sürə bilməz. Birinci halda o ölkədə beş il, ikincidə isə 10 il daimi yaşamalıdır.

Картинки по запросу саакашвили

Buna görə deputat və ya prezident olmaq üçün Saakaşvili və onun tərəfdarları qanunvericiliyi dəyişməli olacaq. Eyni zamanda bu ona müxalifətçi hərəkatın lideri olmağa mane olmayacaq. Hazırda Mixeil Saakaşvili ətrafında “demokratik avropa yönümlü müxalifət qüvvələrinin” birləşməsi prosesi başladılıb.

Bu birləşmə barədə Mixeil Saakaşviliyə Ukraynaya qayıtmaqda fəal köməklik göstərən Yuliya Timoşenko elan etdi. Hakimiyyətin qeyri-adekvat adımları faktiki olaraq etirazçı əhval-ruhiyyənin artması üçün müxalifətin əlinə “bayraq” verdi və onun birləşməsi üçün əsas yaratdı.

Əgər əvvəl müxalifət dağınıq və daim öz aralarında mübahisə edir və hakimiyyətsə bu ixtilafların yaranmasına yol verirdisə indi vəziyyət tam olaraq dəyişə bilər. Bu birləşmənin başında Mixeil Saakaşvilinin “Yeni qüvvələr hərəkatı”, Yuliya Timoşenkonun “Batkivşina”, Andrey Sadovonun “Özünə yardım”, Anatoliy Qriççenkonun “Vətəndaş mövqeyi”, Valentina Nalivayçenkonun “Ədalət” eləcə də, “avrooptimistlər”in bir hissəsi (Dmitriy Dobrodomov Mustafa Nayem, Svetlana Zalişşuk) çıxış edir.

Тимошенко и Саакашвили прорвались в Украину. Фото: архив

Mixeil Saakaşvili və Yuliya Tomoşenko

Güman ki, söhbət seçkilər üçün perspektiv yaradacaq vahid siyasi qüvvələrin yaradılmasından deyil, onların növbədənkənar parlament seçkiləri təyin etməsi istiqamətində fəaliyyətlərinin koordinasiyasından gedir. “Yeni müxalifətçi qüvvələrin fəaliyyətlərinin gücləndirilməsi üçün əlavə stimul Yuliya Timoşenko və Saakaşviliyə sərhədi keçməkdə kömək edən digər deputatların  təqibi  ola bilər.

Mixeil Saakaşvili ilə bağlı yaranmış vəziyyət Ukrayna Xalq Cəbhəsindən olan Pyotr Poroşenko və onun müttəfiqləri üçün sərfəli ola bilər. Оdessa vilayətinin keçmiş icra başçısı  digər koalisiya üzvlərinin rolu barədə susmaqla birbaşa olaraq hazırki prezidenti tənqid edir. Xalq cəbhəsi hazırda kiçik tərəfdaş kimi bu vəziyyəti prezidentin zəiflədilməsi və Bankovo ilə münasibətlərdə mövqeləri yaxşılaşdırmaq üçün istifadə edə bilər. İndi prezident administrasiyası Mixeil Saakaşvilini Ukrayna qanunlarını, onun ərazi bütövlüyünü və s. pozan “dövlətçiliyin dağıdıcısı” ampluasında göstərmək istəyir.

Bunlar Gürcüstanın keçmiş prezidentinin gəlişi ilə əlaqəsi olan ilk növbədə Yuliya Timoşenko da olmaqla bütün siyasətçilərin reputasiya ilə bağlı itkilər verməsinə hesablanıb. Mixeil Saakaşvili və onun ətrafındakı müxalifətçilərin kartı bu siyasi-texnoloji fikirdən daha güclüdür. ABŞ Mixeil Saakaşvilini ciddi şəkildə dəstəkləyir. Onun bu sıçrayışı Amerika hakimiyyətinin bir hissəsi üçün sərfəli idi. Bəzi məlumatlara görə Ukrayna ilə sərhədə qədər onu ABŞ-ın Polşadakı səfiri müşayiət edib. Bundan əlavə Donbasdakı vəziyyətin həllinə dair ABŞ-ın xüsusi nümayəndəsi Kurt Volker Pyotr Poroşenkoya keçmiş müttəfiqini həbs etməməyi və ona məhkəmədə müdafiə olunmaq imkanının verilməsini tövsiyyə edib. Faktiki olaraq xüsusi  nümayəndə Vaşinqtonun Mixeil Saakaşvilinin Ukraynada ABŞ-a lazım olduğunu səsləndirib. Mixeil Saakaşvilinin ölkədə daxili siyasi gərginlik yaratması Ukraynada müəyyən siyasi qüvvələrin vasitəsilə növbədənkənar parlament seçkilərinə və Pyotr Poroşenkonun devrilməsinə nail olmaq istiqamətində Rusiya Federasiyası üçün də sərfəlidir. İstənilən siyasi stabilliyin pozulması halı Rusiya üçün münasibdir. Belə ki, ABŞ-ın ilk növbədə dəstəyini və Ukrayna xalqının xeyirxahlığını və indiki hakimiyyətdən yorulduğunu hiss edən Mixeil Saakaşvili Ukrayna şəhərlərinə səfər planlaşdırıb. 17-19 oktyabrda isə Kiyevin mərkəzində iri miqyaslı etiraz aksiyası planlaşdırıb. Bu aksiyalar zamanı təxribatların olması ehtimalı böyükdür. Çünki, “İnqilab”a diqqəti qoruyub saxlamaq ancaq onun hüquq mühafizə orqanlarının və ya dəbilqəlilərin güc tətbiq etmək yolu və yaxud da ki, “müqəddəs qurban” lar ilə aktuallaşdırıla bilər.

Belə olduğu təqdirdə Saakaşvilinin gəlişi ilə Ukrayna hakimiyyəti (ilk növbədə prezident) hələ ki “çuqçvanq” (şahmatda istənilən növbəti gedişin vəziyyəti daha da ağırlaşdırdığı situasiya) vəziyyətindədir hansı ki  istənilən hərəkət vəziyyətin daha da pisləşməsinə gətirib çıxaracaq. Öz növbəsində “yeni müxalifət” növbədənkənar seçkilərin yaxınlaşması istiqamətində qüvvələrin birləşdiriliməsi üçün yaxşı fürsət qazanıb. İndi sosial sorğulara  görə kifayət qədər ciddi potensiala malik anti-Poroşenko müxalifəti formalaşır.

"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO

Xəbər xətti

Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO
13:05 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Hamısı