Moldova Rumıniyaya birləşsə, onlar Türkiyəyə arxalanacaqlar ARAŞDIRMA

Analitika 20:50 28.02.2018

Moldovanın Rumıniya ilə birləşməsi təbliğatı ölkənin Qaqauz muxtariyyəti yerləşən cənubunda münaqişə ilə qurtara bilər. Ağsaqqallar və bütün səviyyələrdə hakimiyyət qurumları təmsilçiləri Şurası bildirib ki, qaqauzlar Rumıniyaya getməyəcəklər. Qaqauz Respublikası Ali Sovetinin keçmiş sədri, muxtariyyətin qaynağında duranlardan Mixail Kindegelyan “NG”-yə deyib ki, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan mayda Qaqauziyaya səfər edəcək. Qaqauzlar yardım üçün ona müraciət edəcəklər. Onlar əmindirlər ki, Türkiyə onları atmayacaq. Mümkün birləşmə haqda məsələ bu gün Moldova Ali Güvənlik Şurasında müzakirə olunacaq.

Moldova Respublikası (MR) prezidenti İqor Dodon ölkənin Rumıniya ilə birləşməsi uğrunda çıxış edən partiya və təşkilatların fəaliyyətini önləmək və Müdafiə Nazirliyinin letal silah almaq niyyətini müzakirə üçün bu gün Ali Güvənlik Şurasını çağırıb. İqor Dodon bu günlərdə “NG”-yə deyib ki, “tərəfsiz ölkə ümumiyyətlə silah almamalıdır – xüsusən də məktəb və uşaq bağçalarının maliyyə qıtlığı üzündən bağlandığı vaxtda”.

MR prezidenti qeyd edib: “Bir də Moldovada kiminlə vuruşacağıq? Heç kimlə və ehtiyac da yoxdur. Dnestryanında bunu özlərinə təhrik edirlər. Orada isə tənzimlənməmiş münaqişə var”.

Moldovanın Rumıniya ilə birləşməsi haqda yerli hakimiyyət orqanlarının bəyannamələrinə gəlincə, İqor Dodon istisna etmir ki, bu, divar divara dəyəndə baş verə bilər. Prezident deyib: “Mən görürəm ki, bu cür ssenariyə maraq var və bu, Rumıniyadan təşviq olunur. Onların ortamüddətli fikri bu ərazilərin  Rumıniyaya keçməsidir, amma bu, vətəndaş müharibəsi deməkdir”.

O, ən təşvişli hadisədən əbəs yerə əndişələnmir: Qaqauz muxtariyyətində Ağsaqqallar və hakimiyyətin bütün səviyyələri təmsilçiləri Şurası toplanıb. Muxtariyyət başqanı (mətndə bu cürdür-tərc.) İrina Vlax Şurada qeyd edib ki, Qaqauziya “Moldovanın Rumıniya ilə birləşməsini müdafiə edən antidövlətçi güclərə müqavimət göstərməlidir”.

Qaynar beyinlər silahlı müqavimətdən danışmağa başlayıblar. MR parlamenti deputatı Kornel Dudnik bildirib: “Unirya (birləşmək-“NG”) olsa, birinci mən avtomatımı götürüb Qaqauziyanı müdafiə etməyə gedəcəyəm”.

İrina Vlax muxtariyyətdə 2014-cü il referendumunun nəticələrini yada salıb. O zaman Qaqauziyanın təxirə salınan statusu haqda qərar qəbul edilib və Moldovanın özü statusunu itirəcəyi halda muxtar ərazi qurumunun öz müqəddəratını müəyyən etməsini nəzərdə tutur. Vlax qeyd edib ki, referendum keçiriləndə də qarşıdurma olub: “Amma referendumun nəticəsi Qaqauziyada dəyişikliklər olub. Lakin ölkədə unionçu hərəkat yenidən qüvvə toplamağa başlayır, Rumıniyaya birləşmək haqda bəyannamələr qəbul edilir. Biz isə Moldova dövlətçiliyinin möhkəmlənməsində maraqlıyıq. Mən əminəm ki, güclü Qaqauziya ancaq güclü Moldovada mümkündür”.

Şura bunu dəstəkləyib. Qaqauz Respublikası Ali Sovetinin keçmiş sədri Mixail Kindegelyan “NG”-yə qeyd edib ki, Moldovada təkcə moldavlar deyil, həm də başqa millətlərin təmsilçiləri – qaqauzlar, bolqarlar, ruslar, ukrainlər yaşayırlar. “Onlar Rumıniyanı istəyirlər? Qaqauzlar istəmirlər. Moldova ləğv ediləcəyi halda bolqarlar bizimlə bir yerdə olacaqlar. Biz evimizi təmsil edən Moldovanın müstəqilliyinin saxlanması uğrunda mübarizə aparacağıq. Qeyd edim ki, muxtariyyətimizin nümunəsi örnək olub: Rumıniyada kip yaşayan macarlar bu yaxınlarda özləri üçün “qaqauzlardakı kimi” muxtariyyət tələb ediblər. Amma unionçular birləşməyə işləyirlər, həm də bu ssenari 20 il əvvəl hazırlanıb. Və indi onu o cümlədən Moldova hökumətinin təmsilçiləri həyata keçirirlər. Lakin sadə moldavların çoxu vətənsevər kimi qalır. Amma nədənsə passivdirlər. Biz isə susmayacağıq. Türkiyə prezidenti Ərdoğan mayda bizə səfər edəcək. Biz təxirə salınmış statusumuzla bağlı Türkiyənin zəmanəti haqda xahişlə ona müraciət edəcəyik. Əminəm ki, Ərdoğan bizi dəstəkləyəcək. Biz qardaşıq (qaqauzlar pravoslav inanclı türkdilli xalqdır-“NG”). Toqquşmalar olarsa, türklər müdaxilə edəcəklər və bu rumınlara xırda görünməz”.

Tədbir iştirakçıları Qaqauz muxtariyyəti və Moldova Respublikası dövlətçiliyinin saxlanması üzrə aydın mövqe ifadə etdikləri qətnamə qəbul edərək unionizmə  qarşı mübarizədə birliyə çağırıblar. Qaqauziya Avropa Birliyi, Avropa Şurası, ATƏT, ABŞ, Türkiyə və RF-yə “Rumıniyanın Moldova Respublikasının faktiki ilhaqına təcavüzkar idddialarını pisləmək” xahişilə müraciət ediblər. (strateq.az)

Ermənistan nümayəndəsindən Haaqa məhkəməsində kobud SƏHV - VİDEO

Xəbər xətti

Azərbaycanda yeni dövlət rüsumu MÜƏYYƏNLƏŞİR
13:10 23.04.2024
Alkoqollu içkilərin idxalı və istehsalı sahəsində yeni şərtlər müəyyənləşdirilir
13:05 23.04.2024
Körpələr evindəki qanunsuzluqlarla bağlı cinayət işi BAŞLANDI
12:58 23.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
12:49 23.04.2024
Hərbi xidmətdən yayınmaları təşkil etməkdə təqsirləndirilən şirkət rəhbərinin məhkəməsi BAŞLAYIR
12:43 23.04.2024
Almaniya Rusiya ilə müharibəyə hazırlaşır
12:42 23.04.2024
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü
12:39 23.04.2024
Qazaxla sərhəddə ermənilər arasında dava düşdü - VİDEO
12:36 23.04.2024
Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək
Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək
12:34 23.04.2024
Ukrayna Prezidenti Zelenski COP29-a dəvət edildi - FOTO
Ukrayna Prezidenti Zelenski COP29-a dəvət edildi - FOTO
12:27 23.04.2024
Umud Mirzəyev: "Revanşist siyasət Ermənistanı fəlakətə apardı"
12:22 23.04.2024
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir
12:15 23.04.2024
Çin ABŞ qadağalarına məhəl qoymur
Çin ABŞ qadağalarına məhəl qoymur
12:10 23.04.2024
Haaqada “Ermənistan Azərbaycana qarşı” işi üzrə Azərbaycan nümayəndəliyinin növbəti müdafiəsi keçirilir - CANLI - VİDEO
12:09 23.04.2024
ATƏT Qərbi Azərbaycanlıların geri qayıdış hüququnu dəstəkləməlidir - BƏYANAT
12:05 23.04.2024
Siyavuş Novruzov: “Əli Kərimlinin cəsarəti çatırsa, gəlsin, ona başa salaq ki..."
11:52 23.04.2024
Aİ yenidən Rusiya qazına üz tutdu
Aİ yenidən Rusiya qazına üz tutdu
11:50 23.04.2024
Ermənistan nümayəndəsindən Haaqa məhkəməsində kobud SƏHV - VİDEO
11:49 23.04.2024
RƏSMİ! Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı
11:41 23.04.2024
Ermənistan DİN minatəmizləmə işlərinin aparılması üçün Bağanis-Voskepar yolunu bağlayıb
11:31 23.04.2024
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
11:15 23.04.2024
Sosial ödənişlər 25 apreldə yekunlaşacaq
11:10 23.04.2024
Milli Məclisin növbəti iclası başlayıb
11:04 23.04.2024
Ermənistandan Azərbaycana qarşı növbəti əsassız İDDİA - VİDEO
11:04 23.04.2024
Sülhməramlıların Qarabağı tərk etməsi, Cənubi Qafqazda sülh, III Dünya Müharibəsi? - Politoloq Əlimusa İbrahimovla MÜSAHİBƏ
11:00 23.04.2024
Rəsmi Tehran: "İran Azərbaycan və Ermənistan arasında razılaşmalara hörmətlə yanaşır"
10:55 23.04.2024
Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO
Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO
10:32 23.04.2024
Ermənilər Aşağı Əskiparadan toplanan minaları partladacaq
10:27 23.04.2024
2 nəfər Çinli casusluqda ittiham olunur
2 nəfər Çinli casusluqda ittiham olunur
10:20 23.04.2024
Politoloq: "İran Azərbaycanı özü üçün potensial təhdid görür" - ŞƏRH
10:13 23.04.2024
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
10:07 23.04.2024
Artan ailədaxili münaqişələr, cinayətlər... - Günahkar kimlərdir? - Ekspertlərin RƏYİNDƏ
10:00 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanda ZƏLZƏLƏ oldu
09:51 23.04.2024
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
09:45 23.04.2024
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
09:40 23.04.2024
Polşadan Rusiyaya “nüvə” hədəsi
Polşadan Rusiyaya “nüvə” hədəsi
09:37 23.04.2024
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
09:34 23.04.2024
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:30 23.04.2024
Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı qeyd edilir
09:21 23.04.2024
Bu gün Bakıda beynəlxalq konfrans keçiriləcək - DAVAMI LAÇINDA OLACAQ
09:20 23.04.2024
Hamısı