Moskvadan ikibaşlı mesaj Bakı seçimə itələnir

Analitika 09:40 01.03.2018

MDB paytaxtlarına şimaldan hədə kimi ismarış; SSRİ-nin aqibətini yaşamaq istəməyən Putin Rusiyasının “Yaxın xaric”ə qəzəbi artır - Qriqori Karasinin çoxmənalı tövsiyəsinin ilginc pərdəarxası; ABŞ-ın Rusiya əleyhinə getdikcə sərtləşən sanksiyaları postsovet ölkələrini də seçimlə üzləşdirə bilər, çünki...

ABŞ və Rusiya arasında yeni “soyuq savaş” mehləri getdikcə güclənir. Artıq tərəflər arasında informasiya müharibəsi də miqyasını genişləndirməkdədir. Suriyada öldürülən “Vaqner”çilər - muzdlu rus hərbçiləri mövzusu ətrafında yaşanan təbliğat və antitəbliğat savaşı, habelə Moskvanın bu müdhiş faktı hələ də gizlətməyə çalışması buna sübutdur. Putinin yaxın səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markov iddia edib ki, V.Putinin yenidən prezident seçilməsin əngəlləmək üçün Qərb Donbasda müharibəni qızışdıra bilər.

Müşahidələr göstərir ki, ABŞ-la getdikcə daha da kəskinləşən qarşıdurmadan ən çox Putin Rusiyası narahatlıq keçirir. Niyə? Ona görə ki, Moskva Amerikaya qarşı effektli və açıq rəqabət üçün iqtisadi, siyasi və hərbi qüdrətinin yetərli olmadığını bilir. Rusiya həmçinin ondan narahatdır ki, ABŞ Kremlin olan-qalan dost-müttəfiqlərini də əlindən almaq siyasəti aparır. Aşağıda gətirdiyimiz sitat buna bariz dəlil sayıla bilər.

“Rusiya və Qazaxıstan Mərkəzi Asiyada geosiyasi oyunların baş verməməsi üçün çox şey edə bilər”. Bunu Rusiya xarici işlər naziri müavininin katibi Qriqori Karasin söyləyib (axar.az). “Bu cür oyunları biz postsovet məkanının digər hissələrində görürük. Mən artıq sizə Yaxın Şərq və Şimali Afrikadan danışmıram. Ekspertlər artıq qeyd edirlər ki, üçüncü ölkələr MDB-yə, Avrasiya İqtisadi Birliyinə, Şanxay Əməkdaşlıq Təşkilatına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlər arasında rəqabət və təhlükəli fikir ayrılıqları formalaşdırmağa cəhd edir. Bu istiqamətdə isə antirusiya sanksiyalarından istifadə edilir və Rusiya ilə əməkdaşlığa sadiq qalanlar təhdid edilir”, - deyə o bildirib.

Image result for Qriqori Karasin

*    *    *    *    *    

“Üçüncü ölkələr” deyəndə Rusiya XİN yetkilisi sözsüz ki, ABŞ və onun anti-Rusiya mövqeyini müdafiə edən digər Qərb (Avropa) dövlətlərini nəzərdə tutur. “Yeni Müsavat” xatırladır ki, ötən ilin dekabrında ABŞ-ın açıqladağı yeni Milli Təhlükəsizlik Strategiyasında Rusiya üç ən təhlükəli ölkələrdən biri kimi göstərilib. Keçən aydan - yanvardan isə ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları işə düşüb. Bu azmış kimi, ABŞ-ın maliyyə naziri Stiven Mnuçin ötən həftə bəyan edib ki, qarşıdakı ay ərzində Kremlə qarşı sanksiyalar daha da sərtləşdiriləcək.

Söhbət həm silah satışı ilə bağlı xəbərdarlıqdan, həm də real maliyyə-iqtisadi sanksiyalardan və Moskvanı daha ciddi təlaşa salan qara “Kreml siyahısı”ndan gedir. Yeri gəlmişkən, Rusiya təkcə silah tədarükü sahəsində artıq 3 milyard dollar itirib. Çünki alıcı ölkələr rus silahları ilə bağlı tərəddüd eləməyə başlayıb və imzalanan bir sıra müqavilələr ləğv olunub.

Image result for kreml

Təbii ki, ən çox təlaş keçirən ölkələrdən biri və birincisi işğalçı Ermənistandır. Çünki İrəvan Moskvadan silahı ən ucuz, sırf daxil bazar qiymətinə və bir qayda olaraq, aşağı faizli kredit hesabına alır və başqa ölkələrdən nəinki bu qiymətə, ümumiyyətlə, hər hansı qiymətə silah-sursat əldə etməyə Ermənistanın maliyyə imkanı yetərli deyil.

Üçüncü yandan, bəllidir ki, Sərkisyan rejimi Qarabağ məsələsinə görə neçə vaxtdır təhlükəli “iki stul”da oturmaq siyasəti yürüdür. Yəni özünü Rusiya ilə yanaşı, Qərbin - ABŞ və Avropanın da dostu kimi göstərməyə çalışır, Qərbə reveranslar edir, tez-tez NATO təlimlərinə qatılır. Kəskinləşən ABŞ-Rusiya münasibətləri, yeni “soyuq müharibə” ruzigarları və Amerikanın yeni sanksiyaları isə belə “ikili oyunu” faktiki, mümkünsüz edir. Əks təqdirdə, İrəvan Kremlin qəzəbinə tuş gələ bilər.

Əslində Karasinin yuxarıdakı açıqlaması da öncəliklə Ermənistan kimi “əl dövlətlərə” mesajdır ki, Amerika siyasətinin yedəyində getməyi ağıldan belə keçirməsin, Qərbə reverans eləməyi unutsun. Moskvanın ən sərt şəkildə və asanca cəzalandıra biləcəyi ölkə isə məhz Ermənistandır. Təzyiq üsulu kimi Qarabağ rıçaqı elə kifayətdir.

***** 

Image result for Baku

Sözsüz ki, həmin açıqlamada Bakıya ünvanlı da incə, eyni zamanda təhdid xarakterli çatdırış var. O anlamda ki, Azərbaycan da Avrasiya layihələri ilə bağlı (Avrasiya İqtisadi Birliyi, Gömrük İttifaqı, KTMT) öz seçimini sürətləndirsin. Lakin Bakının haqlı şərti və tələbi var - öncə Qarabağ, torpaqlar. Azərbaycan heç nə baş verməmiş kimi, həmin birliklərdə işğalçı ilə birgə təmsil olunmayacağını dəfələrlə, açıq şəkildə bəyan edib.

İstənilən halda, ehtimal eləmək olar ki, Rusiyadakı prezident seçkilərindən sonra Moskvanın MDB paytaxtları, “Yaxın xaric”lə bağlı siyasəti daha konkret və sərt xarakter daşıyacaq. Yəni “Ya Rusiya, ya da...”

Bunu həm də Rusiya dövlətçiliyinə artan təhlükə diktə edir. Təsadüfi deyil ki, Qərbin güclənən sanksiyaları fonunda, SSRİ-nin aqibətini yaşamamaq üçün Putin Rusiya Federasiyası daxilində milli-muxtar qurumlarla bağlı da sərt kurs götürüb, bu qurumların xüsusən də Tatarıstanın səlahiyyətlərini azaltmağa çalışır. Kəsəsi, Moskva mərkəzdən qaçma proseslərini nəzarətə götürməyə girişib. Lakin bu siyasət bumeranq effekti də verə bilər. Çünki Rusiya SSRİ-nin azca sıxılmış forması sayılır.

Image result for Vitali Portnikov

Ukraynalı tanınmış ekspert Vitali Portnikov da hesab edir ki, Putin rejimi və postsovet Rusiyası enində-sonunda dağılacaq. Politoloq bunu “Espreso” televiziyasına müsahibəsində söyləyib. Onun fikrincə, Ukrayna da Krımı yalnız Kremldəki hakim rejimin zəifləməsindən sonra geri qaytara biləcək.

“Qərb sanksiyaları Kremli zəiflədir, amma bu proses çox zəif gedir. Sivil dünya aqressiya ilə razılaşmaq istəmir. Əgər hətta Qərbdəki rusiyayönlü lobbi sanksiyaların yumşaldılmasına cəhd etsə, Putin rejiminə qarşı təzyiqlər yoxa çıxmayacaq. Əslində bu sanksiyalar müəyyən qədər Kremlin əlinə də oynayır. Bunun hesabına hökumət elektoratın sayını artırır, güc strukturlarını zənginləşdirir, müdafiəyə ayrılan pullardan gəlir əldə etməyi bacarır. Uzunmüddətli gələcək isə aydındır. Qərb bir müddət sonra uğur əldə edəcək. Yəni Putin rejimi və hətta postsovet Rusiyası da dağılacaq”.

Azərbaycana isə bu kimi proqnozları və prosesləri diqqətlə izləmək, adekvat və çevik reaksiya vermək qalır...

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Hamısı