Moskva nitqi: Putin son kartını açdı və... Son savaş başladı

Analitika 09:41 05.03.2018

Rusiya Prezidenti Vladimi Putin martın 1-də Federal Məclisdə çıxış etdi. Putinin çıxışı kifayət qədər sərt və qalmaqallı alındı. Məclisə müraciət edən rus lider çıxışının ilk hissəsini ölkədəki iqtisadi islahatlara, ikinci hissəsini isə hərbi inkişafa həsr elədi. Putinin çıxışında ən önəmli məqam onun ABŞ-ı Rusiyanın yeni qitələrarası, hipersonik raketləri ilə təhdid etməsi oldu.

Doğrudur, rus prezidentin çıxışına zalda əyləşən elita sevinclə reaksiya verdi, amma Qərbdən bunun əks-sədası başqa cür gəldi. Rusiya mətbuatı isə bunu Putinin 2007-ci il Münhen Təhlükəsizlik Konfransındakı çıxışının davamı adlandırdı.

Münhen nitqi

2007-ci ildə Putin Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı ABŞ-a qarşı kəskin mövqe tutmuşdu. O zaman prezidentliyinin son anlarını yaşayan Putin artıq Vaşinqtonun hökmran olduğu birqütblü dünya anlayışının sona çatdığını qeyd etmişdi. O, həmçinin, NATO-nun şərqə genişlənməsinə və Rusiyanın ABŞ-ın raketdən müdafiə sistemləri ilə mühasirəyə alınmasına qarşı kəskin mövqe ortaya qoymuşdu.

Əslində, bu çıxışla Putin ABŞ-ın onun maraq dairəsinə müdaxilə etməsinə meydan oxumuşdu. Bu meydanoxumanın ilk reaksiyası isə özünü 2008-ci ildə Gürcüstanda göstərdi.

Bu təhdid Rusiyaya ən azı 150 milyard dollara başa gəldi. “Münhen nitqi” soyuq müharibədən sonra ABŞ-la Rusiya arasında qalan və NATO-nun gələcəyinə şübhə ilə baxan Avropanın yekun seçimini Vaşinqtonun xeyrinə etməyə şərait yaratdı.

“Moskva” və “Münhen”in fərqi

“Moskva nitqi”ni “Münhen nitqi”nə yaxınlaşdıran əsas amil Putinin yenidən Qərbə meydan oxuması və Moskvanın yenidən bütün maraq dairələrində təhdidlə üzləşməsi idi. Lakin Moskva 2007-ci ildəki kimi zəngin deyil ki, öz hədəflərinə çata bilsin. Üstəlik, Moskva əgər 2007-ci ildə rəngli inqilabların baş verdiyi nöqtələrdə yenidən üstünlük qazanmağa başlayırdısa, indi artıq həmin nöqtələrlə əlaqəsini tam itirmək üzrədir. 2007-ci ildə ABŞ yalnız Varşava Blokuna daxil olan və Şərqi Avropada yerləşən ölkələri öz nüfuz dairəsinə sala bilmişdi, indi bu sərhədlər Moskva üçün həyati önəm daşıyan Ukraynaya qədər genişlənib. Kreml indi Qərblə təkcə Avropada yox, həm də Yaxın Şərqdə, daha dəqiq desək, Suriyada mübarizə aparır.

SSRİ layihələri – Putinin uğuru

Putin çıxışının ikinci hissəsində ölkənin hərbi sənayesinə diqqət ayırdı. Onun bu çıxışından öncə baş verən ən önəmli məqam Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Cenevrədə Avropaya səslənməsi idi. Lavrov çıxışında bildirirdi ki, ABŞ Avropanı Rusiyaya qarşı nüvə hücumuna hazırlayır və buna görə də raketlərini Avropadan çıxartmır.

Moskvanı narahat edən əsas amil onun bütün ətrafının ABŞ-ın raketdən müdafiə sistemləri ilə əhatə edilməsidir. ABŞ artıq bu sistemləri Polşa, Rumıniya, Cənubi Koreya, Yaponiya, Estoniyada (buraya tezliklə gətirəcək) yerləşdirib. Rusların iddiasına görə, bu, Vaşinqtonun “qlobal zərbə” layihəsinin bir parçasıdır. Putin dəfələrlə bu sistemlərin yalnız Rusiya üçün nəzərdə tutulduğunu və geri çəkilməsini tələb etsə də, heç bir uğur əldə etməyib. Son çıxışında prezidentin özəlliklə bu sistemləri yaracaq raketlərin olmasını söyləməsi də məhz ABŞ-a yönələn təhdid idi. Əslində, Putinin nümayiş etdirdiyi raketlərin bəzilərinin Rusiyada olduğu onsuz da çoxdan bilinirdi. Yəni bu, Qərb üçün elə də mühüm yenilik deyildi.

Nüvə elektoratı

Daha bir önəmli məqam bu çıxışın martın 1-nə düşməsidir. Əslində bu çıxışdan bir neçə gün öncə Rusiya prezidentliyinə namizəd Kseniya Sobçak onun debatlarda olmasını tələb etmişdi və bu debatları sirk adlandırmışdı. Federal Məclisin iclasını seçkidən cəmi 17 gün əvvələ salmaqla Putin həm də gələcək 7 illik hakimiyyəti dönəmində hansı siyasi addımlar atacağını həm elitaya, həm də sadə xalqa çatdırdı. Təsadüfi deyil ki, məhz bu çıxışdan cəmi 3 həftə öncə Rusiya mətbuatı məşhur rus terrorçusu İqor Strelkovun vasitəsilə “Novorossiya” layihəsinin yenidən bərpa edildiyi informasiyasını yaymaqla xalqın nəbzini yoxlamağa cəhd etdi. Görünür, bu nəbz yoxlamanın nəticəsi özünü Putinin nitqində təzahür etdirdi.

Putinin əlini gücləndirən məqamlardan biri də Kremlin illərdir “biz və onlar” mahiyyətli təbliğat aparmasıdır. Belə ki, ölkədə baş tutan sorğulardakı cavabların böyük qismi əhalinin Qərblə münasibətlərin pisləşməsinə baxmayaraq, hələ də Donbas, Krım və Suriya əməliyyatlarını dəstəklədiyini göstərir.

Digər tərəfdən, əhali arasında SSRİ-nin süqutundan təəssüflənənlər də yetərli qədərdir. Bu isə daha çox hökumətin təbliğ etdiyi “rusların Qərb tərəfindən alçaldılması” anlayışının artıq yetişən meyvələridir.

Postsovet qorxusu

Putini raket nümayiş etdirməyə məcbur edən digər amil həm də ABŞ-ın CAATSA qanunu, daha dəqiq desək, Vaşinqtonun Rusiyanın hərbi sənaye kompleksinə qoyduğu sanksiyalardır (yanvarın sonundan qüvvəyə minib – red.). Məhz bu sanksiyalar bir sıra ölkələrin ondan üz çevirməsi prosesini başladıb. Moskva prosesə nə dərəcədə mane olduğunu göstərməyə çalışsa da, hələlik çarəsiz qalır. Putin yeni sistemləri nümayiş etdirməklə həm də dünyanın bir hissəsinə, xüsusilə ABŞ-dan narazı olan kəsimə (dövlətlərlə bərabər, dövlətlərin daxilindəki elektorat da aiddir – red.) Vaşinqtondan nə qədər üstün olduğunu və Rusiyanın yanında cəmləşmək imkanını göstərməyə çalışdı. Doğrudur, bəzi ekspertlər bunu “ikinci soyuq müharibə” adlandırırlar, amma unudulmaması gərəkən amil budəfəki müharibənin iki fərqli ictimai-iqtisadi formasiya arasında aparılmamasıdır. Yəni Moskva artıq SSRİ-dən fərqli olaraq yanına təkcə solçuları yox, həm də sağçıları toplayır.

Ruslar bu sanksiyalar ucbatından özü üçün bufer zona saydığı postsovet məkanında mövqelərini itirməkdən qorxur.

Digər narahatedici amil Kreml hesabatının nə zamansa real sanksiyalara çevrilə bilməsidir. Bu, reallaşacağı təqdirdə Qərb Moskvaya ölümcül zərbə endirərək, onu əsl “izqoy” dövlətə çevirə bilər. Bütün bunlar Moskvanı məcbur edir ki, masaya sonuncu kartlarını atsın.

Bu qorxularına görə Moskva bundan sonrakı xarici siyasətini daha da sərtləşdirəcək. Qərblə kiçik də olda razılaşma əldə olunmadığı müddət ərzində Moskva öz ətrafındakı dövlətlərə “ya mənimləsən, ya da düşmənsən” variantını təklif edəcək. Doğrudur, burada müəyyən istisnalar da mümkün ola bilər.

Moskva xüsusilə sərt üzünü MDB ölkələrinə nümayiş etdirəcək. Təsadüfi deyil ki, Rusiya Xarici İşlər nazirinin müavininin katibi Qriqori Karasin məhz bir müddət öncə Astanaya eyham vuraraq, Mərkəzi Asiyanı ABŞ-la yaxınlaşaraq yeni geosiyasi oyunlara qurban etməməyi istədi. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Cozef Votelin “Mərkəzi Asiya bizim üçün önəmlidir” bəyanatından sonra Astanaya mesajını verən Rusiya bununla həm də 200 ildən çoxdur özünün təsir zonası saydığı mühüm əhəmiyyətli strateji və eləcə də zəngin bölgədən ayrılmayacağını söylədi.

“Putin nitqi”nin aqibəti

“Moskva nitqi” özünümüdafiə xarakteri daşıyırdı. Putin masaya son kartlarını qoydu və Rusiya öz təsir dairəsi saydığı bölgələr uğrunda son savaşa hazırlandığına eyham vurdu. 2014-cü ildə Donbas və Krım sayəsində Moskva Qərbin ona təzyiq etməsi üçün imkan yaratmışdı, amma “Moskva nitqi” ilə onun əlinə Rusiyanı məhv etmək üçün bəhanə verdi.

Rusiya Qərblə 2007-ci ildən bu yana öz maraq dairələri uğrunda başlatdığı mübarizənin son mərhələsinə start verildiyini anlayır. Şimal qonşumuzun yaratdığı raketlərin nə qədər güclü olmasına baxmayaraq, bu istiqamətdə davam edəcəyi təqdirdə Moskvanın qalib gəlmə ehtimalı çox azdır. Zəif iqtisadiyyat, elitanın yoxsullaşmağa başlaması, regional elita ilə mərkəz arasında fikir ayrılığının artması və bütün bunlara çarə tapılmaması Rusiyanı onminlərlə “Sarmat” raketinin sahib olacağı halda belə parçalanmaqdan xilas etməyəcək.

Rusiyadan on dəfə çox silahı olan SSRİ bu prosesin qarşısında aciz qaldı, çox güman ki, belə gedişatla hazırkı Rusiya da çarəsiz qalacaq. (axar.az)

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı