9 il öncəki RAZILAŞMA POZULDU Bakıdan İrəvana sonuncu QARABAĞ ŞANSI

Analitika 11:05 05.03.2018

Asif Nərimanlı

Ötən həftə Ermənistan 2009-cu ildə Sürixdə Türkiyə ilə imzalanan protokolları ləğv etdi. İrəvan bu addımla Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistanla sərhədləri bağlayan və protokolların reallaşması üçün “İşğal altındakı Azərbaycan torpaqlarını azad et” şərtini irəli sürən Türkiyədən öz aləmində “qisas alır”. Hərçənd, protokolların ləğvi Ermənistan üçün sonuncu “saman çöpü”nün də sıradan çıxması deməkdir. Çünki işğalçı siyasətinə görə bölgədə blokada vəziyyətinə düşmüş Ermənistan İranı “nəfəslik” olaraq görür. Tehranın apardığı siyasət İrəvanın şanslarının böyük olduğu haqda təsəvvür yarada bilər.

Publika.az bildirir ki, indiki situasiyada bu təsəvvür minimuma enir:

1. Rəsmi Bakı Tehranla təmasları sıxlaşdıraraq, işğalçı ölkənin mümkün çıxışını uğurla qapadır.

2. ABŞ və İsraillə psixoloji müharibə aparan İran üçün hazırda Azərbaycan vazkeçilməz faktordur. Bu günlərdə Tehrandan Bakıya “hərbi əməkdaşlıq” təklifinin gəlməsi də təsadüfi deyildi. İran bununla həm bölgədəki silah bazarında İsrailin payına sahib çıxmaq, həm də gələcək toqquşmada Azərbaycanı ən pis halda neytrallaşdırmaq istəyir. Halbuki, Bakı İrana qarşı heç vaxt platforma olmayacağını dəfələrlə sübut edib. Buna rəğmən, cənub qonşumuz narahatdır. Bu baxımdan, İranın Azərbaycana rəğmən Ermənistanın “dərdinə dərman olacağı” ehtimalı azalır.

İrandan sonra Türkiyə Ermənistanın xilası üçün kiçik bir ehtimal idi və Sarkisyan bu ehtimalı öz əli ilə masadan qaldırdı. Mümkündür ki, Ermənistan prezidenti bu addımı seçkiöncəsi xal qazanmaq məqsədilə atdı, lakin bütün hallarda işğalçı ölkənin mühasirəsi daha da sıxlaşdı.

Protokolların İrəvan tərəfindən ləğv edilməsi Türkiyənin Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində daha real addımlar atması imkanını genişləndirir. Çünki Sürix protokolları daha çox Ermənistanı Rusiya orbitindən çıxarmaq üçün Qərbin Türkiyə üzərindən atdığı addım idi. Platforma rolunu üzərinə götürən Ankara bu prosesdən Azərbaycan torpaqlarının azad edilməsi üçün istifadə etməyə çalışırdı, lakin protokollar Türkiyənin Ermənistana qarşı daha sərt addımlar atmasını da məhdudlaşdırırdı. Sarkisyanın protokolları ləğv etməsi situasiyanı dəyişdirdi. Digər tərəfdən, Türkiyə 2009-cu ildən fərqli olaraq, bu gün Qərblə birgə hərəkət etmir və Ankranın regionda böyük güc olmaq strategiyası onun proseslərə daha aktiv müdaxiləsini şərtləndirir. Beləliklə, 9 il öncə qurulan plan kağız üzərindən də silindi və regionda daşların yerini dəyişdirdi. İndi Türiyənin Azərbaycanla birgə Qarabağın azad olunması istiqamətində daha aktiv addımlar atması gözləniləndir.

Ermənistan mediasının Sarkisyanın addımını “protokollar ləğv olundu, blokada sıxlaşdı, Qarabağda toqquşma daha yaxındır” deyə şərh etməsi də təsadüfi deyildi.

Çünki Sürix protokollarının ləğvi belə demək mümkünsə, Türkiyənin “Ermənistanın xilası” üçün götürdüyü öhdəlikləri də aradan qaldırdı.

Erməni siyasi şərhçi Naira Ayrumyan yazır ki, “Türkiyə Ermənistanla bağlı siyasətinə yenidən baxacaq”.

Əslində proseslərin inkişaf nöqtəsi budur: Türkiyə Ermənistanla bağlı siyasətinə yenidən baxır. Burada Ankara və Bakının Ermənistanla bağlı yeni planının olması ehtimalı da istisna deyil.

Və bu plan iki hissədən ibarət ola bilər:

BİRİNCİ HİSSƏ: İşğal altındakı Azərbaycan torpaqlarının azad edilməsi qarşılığında Ermənistanı regional layihələrə qoşmaq. Baş verənlər Bakı və Ankaranın planın ilk hissəsinin dövriyyəyə saldığı ehtimalını gücləndirir.

a) Bakı ötən ay Milli Məclisin deputatı Rasim Musabyovun “arminfo” saytına müsahibəsi ilə Qarabağ münaqişəsinin ən yaxşı variantla həllini Ermənistan ictimaiyyətinə çatdırdı. Bu, Azərbaycanın uğurlu gedişi idi və böyük ehtimalla böyük planın bir hissəsidir. (Oxu: Musabəyovun erməni mediasına sensasiyalı Qarabağ MÜSAHİBƏSİNİN 5 SİRRİ - Bakının yeni PLANI). Və görünən budur ki, Bakı bununla münaqişənin sülh yolu ilə həlli üçün İrəvana son şans verdi.

b) Daha sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprel seçkilərindən sonra prezidentlərin görüşünün mümkünlüyü haqda danışaraq, optimist olduğunu gizlətmədi. Bu, seçkidən sonra münaqişənin həlli ilə bağlı ciddi addımların atıla biləcəyindən xəbər verir.

c) Diqqətçəkən məqamlardan biri isə martın 2-də Gürcüstanın baş naziri Qeorqi Kvirikaşvilinin İrəvana səfər etməsi və Ermənistanın regional layihələrdə iştirakının mümkünlüyü haqqında danışması oldu. Bölgədə Türkiyə-Azərbaycan-Gürcüstanın formatının olduğu məlumdur. O da məlumdur ki, Tbilisinin hazırda ayaq üstə dayana bilməsinin əsas səbəbkarı heç də NATO, yaxud Avropa yox, məhz Bakı və Ankaradır. Bu baxımdan, Kvirikaşvilinin İrəvana səfər etməsi və “Ermənistanın regional layihələrdə iştirakı” haqqında bəyanatı Bakı və Ankara ilə razılaşdırılmış, daha doğrusu, Azərbaycan və Türkiyənin istəyinə uyğun atılmış addım ola bilər. Bununla, İrəvana çıxış yolu göstərilir.

Hesab etmək olar ki, Azərbaycan və Türkiyə prosesə start verib və hələ ki, işğalçı ölkəyə çıxış yolları təqdim edilir. Əgər Ermənistan çıxış yolundan istifadə edəcəksə:

- İlk növbədə işğalçı ölkə düşdüyü ağır vəziyyətdən çıxacaq;
- İşğal olunmuş ərazilər güllə atılmadan azad olunacaq;
- Türkiyə Ermənistanı öz orbitinə çəkərək, Cənubi Qafqazda, ümumilikdə bölgədə yeni güc simasını möhkəmləndirəcək.

Hələlik planın birinci hissəsi dövriyyədədir və böyük ehtimalla diplomatik cəhdlər nəticəsiz olarsa, ikinci hissəyə keçiləcək.

İKİNCİ HİSSƏ: burada söhbət təbii ki, güc variantından gedir. Böyük ehtimalla seçkidən sonra tərəflər arasında təmaslar davam edəcək və Bakı İrəvana son şansı verəcək. Əks təqdirdə, diplomatlar yox, silahlar danışmalı olacaq...

Və burada sual yaranır: bütün bu prosesdə Rusiya haradadır?

Rusiyada martın 18-də keçiriləcək prezident seçkilərindən sonra ABŞ-ın Moskvaya qarşı yeni və daha ağır sanksiyalarının işə düşəcəyi gözlənilir. Bunun baş verməsi, Rusiyanın içinə qapanması və regionda daha zəif çıxış etməsi ilə nəticələnə bilər. Mümkündür ki, Türkiyə və Azərbaycan yaranmış situasiyadan çıxış edərək, dövriyyəyə yeni plan daxil ediblər. Ərdoğanın Qarabağ məsələsini iki dəfə qaldırmasına rəğmən, Putinin səssiz qalması da Ankaranın Rusiyadan kənar hərəkət etmək qərarına gəldiyi ehtimalını önə çıxarır. Proseslərin inkişafı seçkidən sonra regionda yeni addımların atılacağından xəbər verir. Təbii ki, Rusiyanın da oyundan kənarda qalmaq istəməyəcəyi məlumdur, lakin Qarabağ ətrafında yeni proseslərin baş verəcəyi şübhəsizdir. (publika)

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
Hamısı