Ermənistana dinclik verməyən “aprel kabusu” qondarma rejimin rəhbərinə qucaq açan həmsədr ölkə

Analitika 10:11 14.03.2018

Ermənistan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən ordumuzun martın 12-dən müxtəlif qoşun növləri, birlik və birləşmələrin iştirakı ilə başlayan genişmiqyaslı təlimlərindən qorxuya düşüb.

25 min nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyasının cəlb olunduğu hərbi təlimlər başlayar-başlamaz Ermənistan rəsmiləri əla-ayağa düşərək ənənəvi bəyanatlar səsləndirməyə başladılar.

Düşmən ölkənin parlament sədrinin müavini, hakim Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov absurd fikirlər səsləndirərək təlimlərin Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələri qarşısında öhdəliklərinə zidd olduğunu bildirdi: "ATƏT-in üzvü olan rəsmi Bakı bu təşkilatın üzvlərini irimiqyaslı hərbi təlimlərə hazırlaşması barədə məlumatlandırmalı idi. Azərbaycan bunu etmədi və beynəlxalq hüquq normalarını pozdu".

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan da oxşar bəyanat verdi.

Necə deyərlər, utanmasan, oynamağa nə var ki?

Sual yaranır: indiyədək hansı ölkə öz suveren ərazisində hərbi təlim keçirmək üçün üzv olduğu hansısa təşkilata daxil olan ölkələri qabaqcadan məlumatlandırıb? Ermənistan rəsmilərinin bəyanatından ilk baxışda belə təsəvvür yaranır ki, sanki Azərbaycan Ordusu Yerevana daxil olaraq orada hərbi əməliyyat keçirir. Azərbaycan öz ərazisində hərbi təlimlər keçirməklə, ermənilərin təbirincə desək, "beynəlxalq hüquq normalarını pozursa", bəs Ermənistanın BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və digər ATƏT sənədləri çərçivəsində üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozaraq Azərbaycan ərazilərini işğal etməsinə nə ad verək?!

2014-cü ilin noyabrında dövlət başçılarının Paris görüşündən sonra Ermənistanın 40 mindən artıq şəxsi heyətin, minlərlə hərbi texnikanın iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlim keçirməsi, Ermənistan Silahlı Qüvvələrinə məxsus döyüş helikopterlərinin Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində hücum manevrləri etməsi nə tez yaddan çıxdı? Bu da beynəlxalq hüquq normalarının pozulması sayılmır?! Bəlkə Ermənistan indiyə qədər keçirdiyi hərbi təlimlər barədə kiməsə hesabat verib?

Əslində düşmənin niyə qorxuya düşdüyü aydındır: Azərbaycan Ordusu hər dəfə təlimlərə başlayanda Ermənistanın məğlubiyyəti ilə yekunlaşan Aprel döyüşlərinin kabusu rəsmi Yerevana dinclik vermir. Ermənistanın hərbi-siyasi rejimi çox yaxşı anlayır ki, növbəti döyüşlər onların iflası ilə nəticələnəcək. Bu səbəbdən də ermənilər "beynəlxalq hüququ", "öhdəlikləri" qabartmaqla Azərbaycanı haqsız çıxartmağa, özlərinə sərf edən status-kvonu uzatmağa çalışırlar. Lakin heç bir qüvvə Azərbaycanın öz ərazisində genişmiqyaslı hərbi təlimlər keçirməsinə mane ola bilməz və Azərbaycan Ordusu düşmənin istənilən təxribatına cavab verəcək!

Şarmazanov Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələri qarşısında öhdəliklərindən də dəm vurur. Bəs Minsk qrupunun həmsədr ölkələrinin ikili standartlarını necə qiymətləndirək? Məsələn, özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "rəhbər"i kimi təqdim edən Bako Saakyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına səy göstərən Minsk qrupunun həmsədr ölkəsindən biri olan ABŞ-ın Konqresində görüşlər keçirməsi Birləşmiş Ştatların münaqişənin həlli üzrə nə dərəcədə ədalətli siyasət yürütməsindən xəbər verir. Məgər həmsədr ölkələr münaqişə tərəfləri qarşısında öhdəlik daşımır? Məgər həmsədr ölkələr bir yandan münaqişənin həllinə çalışıb (24 ildir necə çalışdıqları məlumdur), digər yandan münaqişənin nizamlanması üzrə danışıqlara xələl gətirə biləcək qondarma rejimin rəhbərinə qucaq aça bilər? Xeyr! Əgər beynəxalq hüquq normaları deyilən bir şey varsa, o zaman bu normalar, bu prinsiplər yalnız Azərbaycana deyil, bütün ölkələrə münasibətdə yada düşməli, tətbiq olunmalıdır!

Azərbaycan haqlı olaraq ABŞ-ın bu ikiüzlü siyasətinə sərt reaksiya verdi. Birləşmiş Ştatların Azərbaycandakı səfiri Robert Sekuta Saakyanın ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar olaraq Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı. Səfirə Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası təqdim edildi. Notada Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan Saakyanın saxta məlumatlar təqdim edərək Ermənistan pasportu ilə ABŞ vizası alması və ABŞ ərazisinə daxil olması, Birləşmiş Ştatların müvafiq təsisatlarında qondarma separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalını dəstəkləmək üçün ABŞ ərazisində maliyyə toplamaq məqsədi daşıyan tədbirlər keçirməsinə icazə verilməsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Azərbaycan və ABŞ arasında imzalanmış ikitərəfli sənədlərə, ABŞ-ın rəsmi mövqeyinə zidd olduğu qeyd olunub, Birləşmiş Ştatların bu addımı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyət kimi qiymətləndirilib.

İndi Azərbaycan Ordusunun təlimlərindən narahat olan, rəsmi Bakının Minsk qrupu qarşısında öhdəliklərini başqa istiqamətdə yozmağa çalışan erməni rəsmilər buyursunlar, həmsədr ölkə kimi öhdəliyi olan ABŞ-ın bu hərəkətinə də münasibət bildirsinlər. Eləcə də münaqişə zonasında "vəziyyəti gərginləşdirə biləcək" hər hansı hərəkətdən narahat olaraq dərhal bəyanat yayan ATƏT-in Minsk qrupunun həmsədrləri Saakyanın həmsədr ölkəyə səfərini və keçirdiyi görüşləri də şərh etsinlər.

Azərbaycan qəti mövqeyini ortaya qoydu: ABŞ-ın bu kimi davranışına cavab olaraq, rəsmi Bakı Vaşinqtonla münasibətlərində QARŞILIQLILIQ prinsipindən çıxış edəcək:

XİN-in bəyanatında deyilir: "ABŞ ilə Azərbaycan digər sahələrdə tərəfdaşlıq münasibətlərinə malik olduğu halda, ABŞ tərəfindən həyata keçirilən bu təəccüblü addımı Birləşmiş Ştatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyinin dəyişməsi kimi qiymətləndirir və qərəzli hesab edirik. Postsovet məkanında olan digər separatçı rejimlərə münasibətdə ABŞ tərəfindən xüsusi sanksiyalar tətbiq olunduğu halda, Azərbaycana qarşı hərbi təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin nümayəndələrinin ABŞ ərazisinə daxil olmasına imkan yaradılması ikili standartların təzahürüdür. ABŞ-ın bir tərəfdən münaqişənin danışıqlar yolu ilə həllinə çağırış etməsi, digər tərəfdən, qondarma rejimin təbliğinə imkan yaratması və Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərə göz yumması Birləşmiş Ştatların qərəzsizliyi və obyektivliyi barədə ciddi suallar yaradır. ABŞ-ın bu addımı danışıqlar prosesinə ciddi şəkildə xələl gətirir, regionda gərginliyin artmasına xidmət edir və davamlı sülh və təhlükəsizliyin təmin olunması istiqamətində olan səylərə ciddi zərər vurur".

Bu qədər aydın və dəqiq!   

 

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Cavanşir Məmmədovun nəşi “Göy məscid”ə APARILIR
14:05 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
Hamısı