Putin “Böyük Avropanı” yoxsa “kosmetik təmir”i seçəcək?

Analitika 19:39 14.03.2018

Yevgeni Qontmaçer

“Ali İqtisadiyyat Məktəbi” milli araşdırma universitetinin professoru

IPG

Putin indi növbəti altı il üçün siyasətini müəyyənləşdirəcək hansı variantı seçəcək?

Heç kim martın 18-i Vladimir Putinin bütün rəqiblərini böyük fərqlə qabaqlayaraq, növbəti altı  il müddətinə prezident seçiləcəyinə şübhə etmir. İlk baxışdan, onun avtoritarizmi sarsılmaz görünür: dəyişməz prezidentin reytinqi artıq 18 ildir 80% təşkil edir. Lakin bu, xülyadır. Əslində Rusiya radikal dəyişikliklərə hamilədir. Ancaq dünyaya nəyin “göz açacağı” hələlik bilinmir. Bu, islahatlar, ölkənin Avropa inkişaf yoluna qayıdışı yoxsa nəinki Rusiyaya, həmçinin beynəxalq ictimaiyyətə təhlükə törədəcək fəlakət olacaq?!

Rusiya cəmiyyəti demokratiya, insan hüquqları və bazar iqtisadiyyatı prinsiplərinin imitasiyası üzərində qurulub. Neft və digər xammalın satışından dövlət büdcəsinə daxil olan yüksək gəlirlərlə möhkəmlənən siyasi sistemin bu cür konstruksiyası həmişə yüksək davamlılıq göstərib. Əslində isə hər şey mövcud bir institutun – dəyişməz hakimiyyət və onun əsas siması Vladimir Putinin ətrafında fəaliyyət göstərir. Bu faktı gizlətmək üçün bütün kütləvi informasiya vasitələrini nəzarətdə saxlayan güclü təbliğat maşını işləyir, istənilən gerçək siyasi müxalifət isə marginal vəziyyətə salınıb.

Bu zaman xammal ixracı üzərində qurulan iqtisadi model kövrək çıxıb. Hələ 2013-cü ildə, neftin qiyməti 110 dollara çatdığı və Rusiya-Ukrayna münaqişəsi açıq şəkil almağa başlamadığı bir vaxtda ÜDM cəmi 1,3% artmışdı. Sonradan neft və qaz qiymətinin kəskin azalması, Ukrayna hadisələrinə müdaxilədən sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyalar dərhal iqtisadi artımı dayandırıb və artıq beş ildir əhalinin real gəlirlərini azaltmağa davam edir. Vladimir Putinin hələ də yüksək olan etimad reytinqi indi vətəndaşların sosial gələcəkləri ilə bağlı narahat gözləntiləri və Rusiyada islahatların keçirilməsini vacib hesab edən ekspert konsensusu ilə birləşir.

Bəs yaranmış problemləri necə həll etmək olar? Burada fikirlər ayrılır. Bəzi ekspertlər hesab edirlər ki, siyasi sistemdə heç nəyi dəyişmək lazım deyil, çünki avropasayağı institutların formalaşdırılması çox vaxt aparacaq. Ona görə iqtisadi artımı illik 4%-dən az olmayan səviyyəyə qaldırmaq üçün müəssisələrə ucuz kredit təqdim etmək və vergiləri azaltmaq kifayətdir. Üstəlik, məhkəmə və hüquq mühafizə sistemində kosmetik təmir aparmaq, yeni sosial yardım proqramları tətbiq etmək olar.

Əsasən keçmiş maliyyə naziri Aleksey Kudrinin ətrafında cəmlənən digərləri israr edir ki, iqtisadiyyata “pul vurmaq” iqtisadi artımı təmin etməməklə yanaşı, əksinə, inflayasiyaya gətirib çıxaracaq və investisiya mühitini pisləşdirəcək. Bu qrup ekspert hesab edir ki, yaxın illər ərzində insan kapitalına (təhsil, səhiyyə), infrastruktura (yollar, rabitə) yatırımı artırmaq və yeni texnologiyalar (digitalizasiya, robotlaşdırma və sair) tətbiq etmək lazımdır. Bundan başqa, dövlət idarəçiliyinin effektivliyini radikal şəkildə artırmaq lazımdır. Bu isə Rusiyanın əvvəlki kimi bir hissəsi olduğu Böyük Avropaya qarşı iqtisadiyyatının və cəmiyyətinin açıqlığı olmadan mümkün deyil.

Açıq səslənməsə də, aydındır ki, Rusiyada siyasi rejim dəyişməsə, Aleksey Kudrinin qrupu tərəfindən təklif edilən islahatların heç bir şansı yoxdur. Daimi hakimiyyət və avtoritarizmdən real demokratiyaya, ona xas sərt siyasi rəqabətə, müstəqil məhkəmələrə və yerli idarəetmə oqranlarına keçmək lazımdır. Aydındır ki, belə bir dönüş Rusiyanın xarici siyasətində də dəyişikliklərə səbəb olacaq. Əsaslandırılmamış aqressiv elementlərə malik indi mövcud olan təcriddən ümumi baza dəyərlərə əsaslanan Qərblə tərəfdaşlığa dönüş baş verəcək.

2018-ci ildən sonra Rusiyanın inkişaf yolu ilə bağlı üçüncü mövqe də var. Bu mövqenin ideoloqları hesab edirlər ki, ölkə ənənəvi dəyərlər üzərində qurulmuş sivilizasiyanın qeyri-avropa növüdür. İnsanın ehtiyacları barədə demaqoqluğu bir kənara qoysaq, bu dəyərlər arasında ən əsası dövlət mərkəzləşməsidir. Məhz dövlət ona xidmət etməli olan şəxsiyyətə qarşı müqəddəs mahiyyət kimi çıxış edir. Məsələn, Konstitutsiya məhkəməsinin indiki sədri Valeri Zorkin “Rossiyskaya qazeta” dövlət qəzetində bildirib: “Təhkimçiliyin bütün xərclərinə baxmayaraq, məhz o, millətin daxili birliyini qoruyan əsas bənd olub”. Vladimir Putin isə Rusiyanı “sivilizasiya dövləti” adlandırıb. Bu dünyagörüşünün arxasında həmin praqmatik məna gizlənir: dövləti tənqid edənlərin hamısı Rusiyanın düşmənləridir. Dəyişməyən indiki hakimiyyətin ideoloji əsası belə sadə, ancaq effektiv üsulla təmin olunur.

Yuxarıda təsvir edilən nöqteyi-nəzər indiki avtoritar rejim qurulan zaman Rusiyada müəyyən dərəcədə həyata keçirilib. İqtisadi böhrana, beynəlxalq münasibətlərin kəskin gərginləşməsinə və Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsinə səbəb olan xarici siyasətin formalaşmasına gətirib çıxaran da məhz bu olub.

Beləliklə, indi siyasətini növbəti altı il müddətinə müəyyənləşdirən Vladimir Putinin yuxarıda qeyd olunan üç alternativdən ibarət menyusu var: “kosmetik təmir”, “Böyük Avropa” və “xüsusi, qeyri-avropa yolu”.

O, hansı variantı seçəcək?

Martın 1-i Federal Məclisə müraciəti nəzərə alsaq, “sivilizasiya dövləti” elementləri ilə birləşdirilmiş “kosmetik təmir” (lakin iqtisadiyyatı ucuz pullarla doldurmaq olmayacaq) variantı daha çox ehtimal edilir.

Görünən odur ki, “Böyük Avropa”dan söhbət belə getmir. Bu variantdan yalnız ritorika götürüləcək. Ritorika həyata keçirilən siyasətin ümumdünya mütərrəqqiliyini nümayiş etdirəcək: “İrəli getmək, dinamik şəkildə inkişaf etmək üçün bütün sahələrdə azad məkanı genişləndirməli, demokratiya institutlarını, yerli özünü idarəetmə orqanlarını, vətəndaş cəmiyyəti strukturlarını, məhkəmələri möhkəmləndirməli, dünyaya, yeni ideyalara və təşəbbüslərə açıq ölkə olmalıyıq”.

Putinin prezidentlik dövrü boyu olduğu kimi, əslində hər şey “Böyük Avropa”ya zidd tendensiyalar üzrə aparılır. Həmin çıxış zamanı Putin təxminən bir saatını yeni silah növlərini təsvir etməyə həsr edib. Həmin silahlar Rusiyanı bu sahədə qeyd-şərtsiz üstünlüklə təmin etməlidir. Bəs bütün bunlar “dünyaya açıq” ölkə statusu, iddialı sosial inkişaf planları və Putinin nitqində toxunduğu infrastruktur inşasına uyğun gəlirmi?

Rusiyanın silah yarışına və sosial proqramlara sadəcə pulu çatmaz. Ölkənin problemi təkcə bunda deyil. XXI əsrdə hərbi sahə də daxil olmaqla, innovativ inkişaf yalnız demokratik cəmiyyətdə yaşayan azad insan ilə təmin olunur. Vladimir Putinin rəğbət bəslədiyi “sivilizasiya dövləti” konsepsiyası isə heç cürə buna uyğun gəlmir.

Ona görə, çox güman, Vladimir Putinin növbəti prezidentlik müddəti Rusiya üçün elə də asan olmayacaq. Onun prinsipcə heç nə dəyişmədən, nəyi isə dəyişmək istəyi ölkəni gec-tez açıq böhran vəziyyətinə gətirib çıxaracaq. Bununla yanaşı, bir fakt danılmaz olaraq qalır: Rusiya Avropa islahatlarından heç yana qaça bilməz. Bütün məsələ isə bundan ibarətdir: həmin islahatların nəhayət başlaması üçün cəmiyyət hansı bədəli ödəməli olacaq? (Xpressa.net)

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Hamısı