Azərbaycanın qorxunc müharibə ssenarisi düşmənin yeni təlaşı

Analitika 10:11 17.03.2018

Bu gün başa çatacaq genişmiqyaslı hərbi təlimlərin daha bir hədəfi - Bakının savaş taktikasında düzəliş; Moskvada yaşayan erməni politoloq: “Ermənistanı əclaflar idarə edir...”

Artıq aydındır ki, Ermənistanda aprelin 9-da gözlənilən yeni baş nazir seçkisinin nəticəsi də işğalçı ölkənin iqtisadi durumunda, əhalisinin isə güzəranında müsbət heç bir dəyişiklik yaratmayacaq. Çünki Ermənistanı 20 ildir idarə edən “Qarabağ klanı” böyük ehtimalla, yenə öz hakimiyyətini qoruyub saxlaya biləcək.

Bu isə o anlama gəlir ki, işğalçı ölkənin köhnə problemləri, ağır blokada rejimi nəinki davam edəcək, üstəgəl, daha da qəlizləşəcək. Eyni zamanda Qarabağ münaqişəsi zonasında genişmiqyaslı hərbi toqquşma riski xeyli artacaq. Çünki Ermənistandakı indiki hakim rejimin Qarabağ siyasəti məlumdur və Serj Sərkisyan aprelin 9-dan sonra da ölkədə əsas söz sahibi olacaqsa, sülh danışıqlarında da pozitiv nəticə gözləməyə dəyməyəcək.

Lakin ən böyük zərbəni erməni əhali alacaq. Ölkədə sosial-iqtisadi durum, miqrasiya bir az da güclənəcək, öz siyasi ömrünü uzadan hakim klan daha arxayın şəkildə talançı, korrupsiya əməllərini davam etdirəcək, yekun hesabilə ermənilərdə sabaha ümidi köklü şəkildə sarsılacaq.

*****

“Yeni Müsavat”ın məlumatına görə, Moskvada yaşayan müstəqil erməni ekspert Arbak Xaçatryanın 1 in.am portalına açıqlaması bu xüsusda ibrətamiz olduğu qədər bütövlükdə erməni toplumunda hökm sürən böyük ümidsizliyi qabarıq şəkildə ortaya qoyur.

Hərbi təlimlər Azərbaycan ile ilgili görsel sonucu

Ermənistandakı hakim rejimin öz xalqına qarşı cinayətkar siyasətindən danışan Xaçatryan deyib: “Şəxsən mənim üçün əsas təhlükə odur ki, mənim millətim talan edilir, pulun girovuna çevrilir. Və bir vaxt bazar-dükan işlədənlər bu gün Ermənistanın sahibinə çevriliblər. Onlar üçün ”cəmiyyət" anlayışı əsla mövcud deyil, onlar yalnız öz şəxsi problemlərini həll eləməklə məşğuldurlar".

Onun sözlərinə görə, bu gün Ermənistan - iqtisadiyyatı olmayan, institutların fəaliyyət göstərmədiyi, bir nəfərin qərarı ilə idarə olunan, qeyri-legitim addımları daima onun öz əleyhinə istifadə olunan ölkədir.

Jurnalistin “Yəqin ki, Rusiyada hakimiyyət dəyişdikdən sonra Ermənistanda da dəyişiklik gözləmək olar” qeydi ilə isə erməni ekspert razılaşmayıb: “Səndən əski düzəldirlər, elə isə Rusiyanı kimin idarə eləməsinin nə önəmi? Əgər sən əskisənsə, nə önəmi ki, sən kimin əlindəsən - Avropanın, Amerikanın və ya kimsə başqasının? Səninlə sivil ölkələr daha sərt danışır, nəinki o ölkələr ki, orada rejim daha güclüdür. Bu gün Ermənistandan Rusiyaya axınla gəlirlər, heç bir sosial hüquqa mali olmadan gəlib yerli ermənilərin yanında işləyirlər... Ermənistandakı bugünkü soyğunçular üçün ən başlıcası - varidatı əldə saxlamaqdır. Mən onların bir sözünə belə, inanmıram. Çünki onların özlərinin həyat tərzi televizordakı çıxışları ilə ziddiyyət təşkil edir. Ermənistanı idarə edən əclaflar ticarət mərkəzləri açır, pul dilənirlər”.

Xaçatryan hesab edir ki, Rusiya Azərbaycanı təsadüfən silahlandırmağa başlamayıb. Onun qənaətincə, əsas səbəb odur ki, Azərbaycan regionun ən güclü ölkəsidir və Moskva İrəvanla hesablaşmağa lüzum görmür.

*****

Erməni politoloqun yuxarıdakı fikirləri ilə razılaşmamaq çətindir. Ancaq yaxşı olardı ki, o, öz ölkəsinin və xalqının düşdüyü çətin vəziyyətin, Ermənistanın niyə Rusiyanın geridə qalmış ucqar quberniyasına çevrilməsinin səbəbindən də danışaydı. Bu səbəb əlbəttə ki, həll olunmamış Qarabağ məsələsidir, Ermənistanın Azərbaycana qarşı davam edən əsassız torpaq iddialarıdır. Yerdə qalanlar, o cümlədən Xaçatryanın dedikləri yalnız nəticələrdir.

Aydın məsələdir ki, İrəvan böyük sülhü əngəllədiikcə Azərbaycanı əz ərazilərini zor gücünə azad edəcəyi günü yaxınlaşdıracaq. Müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə 5 gündür davam edən və bu gün başa çatacaq geniş miqyaslı təlimlərin əsas hədəfi də budur - hansı təlimlər ki, erməni ekspert dairələrinə narahatlıqla şərh edilməkdədir.

Hərbi təlimlər Azərbaycan ile ilgili görsel sonucu

Məsələn, “Armworld” erməni saytında dərc edilən və ruscaya tərcüməsi inosmi.ru portalında yerləşdirilmiş məqalədə müəllif Vardan Qriqoryan Azərbaycan Müdafiə Nazirliyinin təlimlərlə bağlı məlumatına istinad edərək ssenarinin Ermənistan üçün çox qorxunc olmasından bəhs edib (Virtualaz.org). Belə ki, təlimlərin ssenarisinə əsasən Azərbaycan ordusu əvvəlcə düşmənin cəbhə boyu irimiqyaslı hücumunun qarşısını alır, atəş zərbəsi ilə onu tələfata uğradır, müdafiəni əlverişli xətt üzrə bərpa edir. Və daha sonra irimiqyaslı əks-hücum əməliyyatlarına başlayır.

Müəllifə görə, təlimlərin ssenarisi Azərbaycanın Qarabağda müharibəyə başlayarkən hansı taktikaya üstünlük verəcəyini nümayiş etdirir. İddia edilir ki, Bakı erməni tərəfinin birinci hücum etdiyi barədə rəy yaradacaq, bu məqsədlə hətta ola bilsin bəzi mövqeləri bilərəkdən tərk edəcək. Bununla da irimiqyaslı əks-hücuma keçmək üçün legitim haqq təmin edəcək. Məqalədə daha sonra deyilir ki, təlimlərin ssenarisinin üçüncü bəndinə əsasən Azərbaycan real döyüş əməliyyatları zamanı əks-hücuma keçərək Ermənistan ordusunun Qarabağdakı arxa cəbhə obyektlərinə, kazarmalara və Qarabağı Ermənistanla birləşdirən yollara güclü zərbələr endirəcək. Hazırda erməni birləşmələrinin nəzarətində videomüşahidə vasitələri olduğuna görə erməni mövqelərinə xəlvəti yaxınlaşmaq mümkün deyil. Ona görə də eyni zamanda bütün cəbhə boyu-Naxçıvandan Qazaxa qədər təzyiq göstəriləcək. Lakin Zəngəzur və Qazax-Gədəbəy istiqamətlərində zərbələr daha çox Qarabağ istiqamətində əsas zərbələrdən diqqəti yayındırmağa xidmət edəcək. Habelə Azərbaycan ordusu erməni qoşunlarını əsas istiqamətlərdə mühasirəyə almaq üçün arxa cəbhəyə desant ata və ağır texnikanın tətbiqi imkanları qazana bilər. Müəllif bildirir ki, bu təlimlərin ssenarisi 2016-cı ilin apreli ərəfəsində keçirilən təlimlərin ssenarisinə oxşayır. Ona görə də Ermənistan indidən beynəlxalq təşkilatların diqqətini bu təlimlərə cəlb etməlidir.

Əlavə edək ki, Müdafiə Nazirliyi təlimlərin döyüş atışlı mərhələsinə dair qısa videoroliki yayıb. Bu görüntülərə əsasən Azərbaycan ordusu hücuma keçən düşmənin qarşısını güclü artilleriya, minomyot, reaktiv artilleriya sistemləri və tank zərbələri ilə alır. Daha sonra aviasiya düşmən birləşmələrinə zərbələr endirir və ardınca tank və digər zirehli texnikanın dəstəyi ilə irimiqyaslı əks-hücum başlayır.

Qeyd etmək lazımdır ki, 2016-cı ilin aprel döyüşlərindən sonra Qarabağ hərbi əməliyyatlar teatrında gözlənilməzlik effekti həqiqətən azalıb. Azərbaycan silahlı qüvvələrinin Baş Qərargahında da bunu nəzərə alırlar və həmin vaxtdan bu yana keçirilən təlimlərdə əsas diqqət düşmənin müdafiə xəttinin bütün atəş vasitələri tətbiq edilməklə kütləvi zərbələrlə darmadağın edilməsinə yönəldilir. Məhz bu səbəbdən son iki ildə silahlanmaya yeni artilleriya və reaktiv sistemlər daxil edilir və beləliklə də atəş vasitələri sarıdan düşmən üzərində üstünlük daha da artırılır. Eyni zamanda tank əleyhinə raketlərin arsenalı o dərəcədə genişləndirilir ki, düşmənin döyüş meydanında zirehli texnikadan istifadə etmək şansı demək olar qalmasın.

Azərbaycanın təhlükəsizlik orqanlarının yaranması günüdür - VİDEO

Xəbər xətti

Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Paşinyan "mühacir Qarabağ hökumətini" tanımadığını bildirib
11:39 28.03.2024
ABŞ-Ermənistan-Aİ müştərək konfransı Azərbaycana təzyiq planının tərkib hissəsidir - deputat Könül Nurullayeva
11:30 28.03.2024
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
11:24 28.03.2024
Ermənistan hökuməti separatçıların İrəvandakı açıqlamalarına göz yumur - BƏYANAT
11:20 28.03.2024
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
11:15 28.03.2024
KTMT-nin Baş katibi: "Ermənistanla münasibətləri təhlil edirik"
11:11 28.03.2024
Rusiya ulduzları Müslüm Maqomayevin mahnılarından ibarət albom yazdı
11:07 28.03.2024
Qalaktikadakı nəhəng qara dəliyin YENİ FOTOSU
11:06 28.03.2024
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilib
11:05 28.03.2024
ABŞ Dövlət Departamentinin əməkdaşı ölkəsini soyqırıma şərait yaratmaqda günahlandırıb
11:03 28.03.2024
Putin Qərbə xəbərdarlıq edib
Putin Qərbə xəbərdarlıq edib
11:00 28.03.2024
Sülh müqaviləsinin imzalanması reallaşır? – Paşinyanın Fransa nümayəndəsi ilə görüşünün GİZLİ MƏQAMLARI
10:45 28.03.2024
Əli Nağıyev: Ermənistanla sülh müqaviləsinin imzalanması üçün yaranmış şərait Fransanı ciddi narahat edir
10:35 28.03.2024
Deportasiya edilən təxribatçı sığınacaq istədi
Deportasiya edilən təxribatçı sığınacaq istədi
10:30 28.03.2024
Bakıda döyüş tətbiqinə yararlı qumbara və partladıcı tapıldı
10:25 28.03.2024
Bu gün ilk Qədr gecəsidir
Bu gün ilk Qədr gecəsidir
10:20 28.03.2024
Hər 6 uşaqdan 1-i kiberbullinqə məruz qalır
Hər 6 uşaqdan 1-i kiberbullinqə məruz qalır
10:15 28.03.2024
DTX rəisi: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir
DTX rəisi: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir
10:12 28.03.2024
Əli Nağıyev: “Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq”
10:08 28.03.2024
12 nəfər Qəzza sakini humanitar yardım almaq üçün həyatını itirib
12 nəfər Qəzza sakini humanitar yardım almaq üçün həyatını itirib
10:05 28.03.2024
Bağça müdiri vəzifəsinə qəbul üçün imtahan keçiriləcək
10:00 28.03.2024
İtaliyada güclü ZƏLZƏLƏ oldu
09:58 28.03.2024
Azərbaycan Xalqının Qüruru İlə Oynamaq olmaz! – Elman Mustafazadə yazır...
09:58 28.03.2024
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
09:55 28.03.2024
Hamısı