QIRMIZI DƏNİZDƏ GİZLİ GÖRÜŞ Ərəb liderlər Türkiyə və İran əleyhinə xəlvəti koalisiya qurubmuş - ARAŞDIRMA

Analitika 11:30 21.03.2018

Livan mənşəli amerikalı iş adamı və pedofiliyaya görə məhkum olunmuş Corc Nadirin 2015-ci ilin sonunda Qırmızı dənizdə lövbər atmış bir yaxtada ərəb liderlərinin gizli zirvəsini təşkil etməsi ortaya çıxıb. Hazırda o, Donald Trampın seçki kampaniyasının maliyyələşdirilməsini araşdıran Robert Möllerin xüsusi istintaqı qrupu ilə əməkdaşlıq edir.

Corc Nadir yaxtaya toplanan liderlərə Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) və Ərəb Birliyini əvəz edəcək və altı ölkəni birləşdirəcək elit regional qrup yaratmağı təklif edib.

Yığıncaqda iştirak edən iki qaynağın sözlərinə görə, C.Nadir qrupdakı bölgə dövlətlərinin "ABŞ hökumətindən asılı ola biləcəyini", Türkiyə və İranın təsirinə qarşı çıxacaqlarını söyləyib.

Livanlı biznesmenin toplantısına Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman, Abu-Dabi şahzadəsi Məhəmməd bin Zaid, Misir prezidenti Əbdülfəttah Sisi, Bahreynin tacdar şahzadəsi Salman və İordaniya kralı Abdullahı qatılıb.

Sadalanmış dövlətləri, üstəgəl, gizli zirvədə təmsil olunmayan Liviya, ABŞ və İsrail tərəfdarı olan yeni blokun nüvəsini təşkil edəcəkdi.

Nadir liderlərə deyib: "Əgər bunu qəbul edirsinizsə, mən Vaşinqtonda bunun üçün lobbiçilik edəcəyəm".

Toplantı iştirakçıları bu fikri bəyəniblər.

“MEE” ayrıca Nadirin son iki ildə ABŞ Konqresində yeni sanksiya paketi və Tehranın Dünya Ticarət Təşkilatına daxil olmasına maneə törətməyi nəzərdə tutan qanun layihəsi ilə bağlı İran İnqilab Keşikçiləri Korpusu (İİKK) təmsilçiləri ilə tez-tez təmasda olduğu ortaya çıxıb.

Corc Nadir iraqlı şiə lideri Ammar əl-Hakimin və qrupunun köməyi ilə bu əlaqəni qurub.

İİKK-nin Yaxın Şərq ölkələrinə mesaj göndərmək üçün Nadirdən istifadə etdiyi də ehtimal olunur.

 

Tramp planın mərkəzində olub

 

Qırmızı dənizdəki gizli zirvə kral Salmanın hakimiyyətinin ilk ilinin sonunda və oğlu MBS-nin yalnız tacdar-şahzadənin müavini olduğu zaman keçirilib.

Səudiyyə taxtına başlıca iddialıya maneə törədən o zamanlar Vaşinqtonun təhlükəsizlik quruluşunun favoriti olan əmisi oğlu Məhəmməd bin Naif idi. MBS 2017-ci ilin iyun ayında, atası Bin Naifi vəzifəsindən azad etdikdən sonra tacdar-şahzadəyə çevrilib.

Tramp isə namizədliyini 2015-ci ilin iyun ayında, demokratik namizəd Hillari Klintonun seçkidə liderliyi bəlli olarkən elan edib. O, Barak Obamanın İranla nüvə razılaşmasından Səudiyyə və Əmirliyin narazı olduğunu bilirdi.

Önəmli olan budur ki, gizli toplantıya qatılmış ərəb liderləri 2015-ci ilin sonunda Trampın istənilən prezidentliyə namizəd və özlərinin yeni regional hegemonlara çevrilməsi planlarında onun açar ola biləcəyinə qərar veriblər.

Bir neçə ay sonra, 2016-cı ilin yanvarında İordaniya kralı Abdullah Türkiyəni ABŞ Konqresinin rəhbərlərinə regional təhlükəsizliyə əsas təhdid kimi təqdim edib.

“MEE”-ın məlumatına görə, iordaniyalı padşah ABŞ konqresmenlərinə Türkiyənin terrorçuları Avropaya ixrac etdiyini söyləsə də, sonradan bu açıqlamasını ictimaiyyət qarşısında təkzib edib. İordaniya, hər halda, yaxtada toplaşan qrupa daxil olub.

Amma rəsmi Əmman ötən ilin iyun ayında Qətərə qarşı tətbiq olunan blokadaya riayət etməmək qərarı ilə, Səudiyyə Ərəbistanı ilə İordaniya arasında anlaşmazlıq yaranıb.

Səudiyyə ilə İordaniya arasındakı ayrılmanın daha bir səbəbi sonuncunun Qüdsün İsrailin paytaxtı olaraq tanıması barədə Trampın əleyhinə səs verməsidir. Həmin vaxt İordaniya Müqəddəs şəhərdəki qüdsi yerlərin qorunmasındakı rolunu itirmək təhlükəsi ilə qarşılaşmışdı.

 

Vasitəçi Corc Nadir kimdir?

 

Bu yaxınlarda Corc Nadirin həm də Bin Zaidlə Tramp arasındakı əsas kanal olması ortaya çıxıb. “The New York Times” qəzetinin məlumatına görə, Möller ərəb liderlərin Trampın prezidentlik kampaniyasına qeyri-qanuni olaraq pul köçürdüklərini müəyyənləşdirmək üçün maliyyə əlaqələrini aktiv şəkildə araşdırır.

Son həftələrdə Möllerin müstəntiqləri Nadirdən sui-istifad ediblər və Əmirliyin Trampın prezidentlik kampaniyasına pul yönəltməsinə dair hər hansı mümkün cəhdlərlə bağlı şahidlərə təzyiq göstərirlər.

Martın 16-da azyaşlı oğlanları cinsi istismar etmək və uşaq pornoqrafiyası yaymaqda ittihamlanmış C.Nadir həbsxanadan çıxıb. “Newsweek” nəşri uşaq pornoqrafiyası ittihamı ilə onun Virciniyada altı ay cəza çəkdiyini açıqlayıb. Federal məhkəmə qeydlərinə əsasən, Nadir uşaq pornoqrafiyasını Almaniyadan ABŞ-a gətirməkdə təqsirləndirilib.

O, 2003-cü ildə də Çex Respublikasında cinsi təcavüzə məruz qalan 10 uşağa görə bir il müddətinə məhkum olunub.

Bu cinayətkar keçmişinə baxmayaraq, Corc Nadir Tramp tərəfindən fəal şəkildə istifadə edilib. O, Trampın kürəkəni Cared Kuşner və 2016-cı ilin dekabrında Nyu-Yorkda yerləşən “Tramp Qülləsi”ndə baş strateq Stiv Bannonla görüşüb.

Bir ay sonra C. Nadir “Blackwater”in sabiq başçısı Erik Prins, rus bankləri və Bin Zaidlə Seyşel adalarında bir yığıncağa qatılıb.

Livanlı Nadirin İsraillə uzun tarixli əlaqələri var. Bir mənbə “MEE”-ya bildirib ki, şahzadə Bin Zaidin tapşırığı ilə C.Nadir iki dövlətin əməkdaşlıq edə biləcəyini müzakirə etmək üçün İsrailli səlahiyyətlilərlə görüşüb. O, baş nazir Benyamin Netanyahuya yaxın olan amerikalı fond qurucu olan Elliott Broydi vasitəsilə İsraildə əlaqələr qurub.

“NYT”-nin məlumatına görə, Broydi BƏƏ ilə yüz milyonlar dollarlıq müqavilə bağlayan xüsusi təhlükəsizlik şirkətinin sahibdir.

Broydi, Tel-Əviv mərkəzli “Markstone Capital Partners” şirkətinə bağlı “Telemark”ın sədri olaraq, Nyu-York ştatında pensiya fondları menecerlərinə təxminən 1 milyon dollar rüşvət verdikdən sonra işdən çıxarılıb. Sonralar Broydi Trampın ianə kampaniyasının sədr müavini olub.

Broydi Tramp və Bin Zaid arasında "qeyri-rəsmi" görüş, habelə BƏƏ siyasətinin dəstəklənməsi üçün lobbiçilik edib. (Strateq.az)

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
Şəhərinizin memarlığına heyran oldum- -Özbək jurnalisti-VİDEO
13:00 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Hamısı