Putin qalib gəldi bəs sonra?

Analitika 14:51 21.03.2018
Vladimir Putinin dördüncü müddətə prezident seçiləcəyinə heç kim şübhə etmirdi. İndi Qərdbdə onu bəziləri Putin 4.0 adlandırırlar. Yəni Putin nömrə 4.
 
"The Guardian" yazır ki, ötən 6 il Rusiya və Qərb arasında münaqişəni daha da dərinləşdirib. Lakin buna baxmayaraq Putin özünün 3-cü müddətindən 2012-ci ildə olduğundan daha güclü çıxa bilib.
 
O Rusiyanın böyüklüyünü bərpa etməyə çalışdığını bəyan edərək, bu yolda hətta Krımın ilhaqı kimi ziddiyyətli addımlara əl atıb və bütün opponentlərinə qalib gəlib.
 
Lakin indi Kremlə yaxın olan mənbələr də təsdiq edirlər ki, Putinin bu müddətdəki əsas vəzifəsi özü üçün çıxış variantı hazırlamaq olacaq.
 
Moskvadakı Carnegie Mərkəzindən jurnalist və təhlilçi Konstantin Gaaze bildirir ki, Putinin növbəti müddət üçün ən böyük vəzifəsi "özünün və onu əhatə edən böyük bir insan dəstəsinin gələcək üçün təhlükəsizliyini təmin etmək olacaq".
 
"Məncə bunun ən asan yolu özünü ömürlük prezident elan etmək olacaq" - Gaaze deyib.
 
"The Guardian" yazır ki, 2007-ci ildə Putin Medvedevi öz xələfi seçəndə Rusiya elitası müəyyən bir məqamda ümidini ona bağladı. Elitaya belə gəlmişdi ki, Medvedevi dəstəkləyə bilər.
 
Gaazenin fikrincə, indi sadəcə olaraq hamıya belə gəlir ki, onu əvəz edəcək heç kim yoxdur.
 
"The Guardian" yazır ki, Putinin hakimiyyətdə olduğu 18 ilin hər biri fərqli olub.
 
2000-ci ildən 2008-ci ildək davam edən dövrdə o əsas etibarilə yüksək neft qiymətlərindən və rusiyalıların həyat tərzinin yüksəlməsindən faydalanıb.
 
Bu müddətdə o, oliqarxların və müxalifətin üstünə düşüb.
 
O sanki elektoratla yazılmamış müqavilə imzalamışdı: Mən iqtisadiyyatı düzəldəcəyəm. Siz siyasətdən kənar dayanın.
 
Medvedevin prezident olduğu 4 il Rusiya üşün uğursuz zaman idi. Rusiya bu dövrdə NATO-nun Liviyaya müdaxiləsinə yol verdi və 2011-ci ildə saxtalaşdırılmış seçkilərə görə böyük küçə nümayişləri keçirildi.
 
Məhz bu məqamda Putin və Medvedev açıq-aşkar toqquşdular.
 
Bundan sonra şəhərlərdəki orta sinif tərəfindən dəstəklənən etiraz aksiyaları oldu. Bu şərait Putin 3.0-ı, yəni 3 nömrəli Putini formalaşdırdı.
 
O vaxt Moskva Carenegie Mərkəzindən Aleksandr Baunov Slon portalında yazırdı ki, Putin elitadan üz çevirərək sosial baxımdan mühafizəkar hərəkatlara və fəhlə sinfi populizminə meyl etdi.
 
"Qoy cəhənnəm olsun bu elita, - yazırdı Baunov, - Biz indi yalnız sadə insanlara, fəhlə kütlələrinə arxalanırıq".
 
Bunun ardınca 2014-cü ildə Krımın ilhaqı və Putinin Qərblə kəllələşməsi başlandı. Bu onun populyarlığının yüksəlməsinə səbəb oldu.
 
Belə görünür ki, indi Putin həmin platformadan düşmək fikrində deyil.
 
7 il əvvəl o Münhen konfransında demişdi ki, ABŞ-ın hegemonluğuna qarşı çıxacaq.
 
Putin özünün illik hesabatını edəndə və bu çıxışın yarısını Rusiyanın nüvə arsenalının modernləşdirilməsinə həsr edərək, yeni tip raketləri göstərəndə bu bəziləri üçün Münhenin əks-sədası kimi səslənmişdi.
 
Millətçi-vətənpərvər "Komsomolskaya Pravda" qəzetinin müxbiri Dmitri Smirnov yazırdı: "Putin özünün Münhen çıxışını yenicə başa vurdu. Bu çıxış planet üçün yeni davranış qaydalarını təsbit etdi".
 
Rusiyada seçki siyasəti çox qeyri-rəqabətlidir. Əsl siyasət demək olar mövcud deyil.
 
Bəziləri ümid edirlər ki, bundan sonra Kremlə təhlükə yaratmayan gənc siyasətçilər ordusu yetişəcək.
 
Gaaze deyir ki, bu, siyasəti siyasətsizləşdirmək cəhdidir.
 
"Daha siyasi hakimiyyət uğrunda mübarizə olmayacaq. Yalnız bir ölkə naminə könüllülük və xidmət olacaq. Hakimiyyətdə olanlara belə gəlir ki, bu, sakitlik yaradacaq", ekspert yazır. (BBC)
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Hamısı