Qarabağ üçün yeni yol xəritəsi “ikinci cəbhə” açılacaqmı?

Analitika 09:19 06.04.2018

Tehran-Ankara-Moskva üçlü formatı Minsk Qrupunun 24 ildə edə bilmədiyini qısa zamanda reallaşdıra bilər - iki şərt...

Azərbaycanın daxil olduğu region ətrafında yetərincə maraqlı, taleyüklü proseslər gedir. Qardaş Türkiyənin əsas moderatorlardan olduğu və aktiv rol adlığı bu proses yekun etibarilə Qarabağ məsələsinin həllinə də müsbət təsirlər buraxa bilər. Geosiyasət mütəxəssisləri bu haqda artıq daha ucadan danışmağa başlayıblar. 

Söhbət xüsusən də Yaxın Şərqdən, daha doğrusu, 4 ildir davam edən Suriya böhranının həllindən gedir. Srağagün Ankarada baş tutan və Soçi görüşündən sonra (2017) ikinci sayılan Ankara-Moskva-Tehran üçlü zirvə toplantısı bu yöndə ümidləri artırıb.

*****

“Rusiya-Türkiyə-İran formatı Suriyada vəziyyəti kökündən dəyişmək lazım olan əsas alətlərdən birinə çevrilib. Əvvəlcə bu format bir çoxları üçün gözlənilməz oldu. Ancaq o, lazım idi. Nədən ki, BMT xətti ilə göstərilən səylər kifayət eləmədi və faktiki, dalana girdi. O zaman yeni formalar axtarıb tapmaq lazım gəldi və ən effektlisi də bu üçlük oldu”. Bu sözləri “Vestnik Kavkaza” nəşrinə açıqlamasında Rusiya Diplomatları Assosiasiyanın sədr müavini Andrey Baklanov Ankara sammitini dəyərləndirərkən deyib. 

Məsələ ondadır ki, Qarabağ danışıqları da dalana dirənib və BMT TŞ-nin 4 məlum qətnaməsi üçüncü on ildir kağız üzərindədir. Deməli, Qarabağ “yükü”nü də yerindən götürmək, BMT qətnamələrini həyata keçirmək üçün yeni “nəfəsə”, yaxud  formata ehtiyac var. Bu isə haqqında danışılan üçlü format ola bilər. Ən əvvəl o səbəbə ki, Rusiya, İran və Türkiyənin Qarabağla bağlı istənilən sülh sazişini reallaşdırmaq üçün münaqişə tərəflərinə ciddi təsir imkanları var (Türkiyə - Azərbaycana, İran və Rusiya - İrana). Yəni anlaşma üçün möhkəm zəmanət məsələsi.         

*****

Türkiyə-Rusiya-İran ile ilgili görsel sonucu

Suriya məsələsində Türkiyə-Rusiya-İran anlaşmasının Qarabağ məsələsinə uğurlu inikası tam mümkün görünür. Bu da diqqətçəkicidir ki, son vaxtlar Kremlə yaxın bir sıra rusiyalı tanınmış analitiklər (Aleksandr Duqin, Oleq Kusnetsov, Maksim Şevçenko) Qarabağ nizamlanması üçün belə bir üçlü formatın vacibliyini tez-tez dilə gətirir, ona alternativin olmadığını söyləyirlər. Azərbaycanlı ekspertlər də bu xüsusda nikbin görünürlər.

“Türkiyə-Rusiya-İran formatı bölgədə real gücə çevrilir. Azərbaycanın bu üç ölkənin hər biri ilə quru sərhədi var. Bu baxımdan Azərbaycan mövcud üçlü formatın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllində də pozitiv rol oynamasını arzulayır”. Bu sözləri politoloq Elxan Şahinoğlu aprelin 4-də Ankarada baş tutan Ərdoğan-Putin-Ruhani görüşünün Azərbaycana və Qarabağ münaqişəsinin həllinə təsirini şərh edərkən deyib.

Onun sözlərinə görə, onsuz da ATƏT-in Minsk Qrupu münaqişəni həll etmək istəmir: “Digər tərəfdən, Türkiyə və İran danışıqlar prosesindən kənarda qalmaqdan narazıdır. Ona görə də Rusiya-Türkiyə-İran formatı gələcəkdə Cənubi Qafqazda da sabitləşdirici rol oynaya bilər”.

Ä°lgili resim

Lakin politoloqun qənaətincə, yeni formatın Cənubi Qafqazda sülhün əldə olunmasına təsiri iki şərt daxilində mümkündür: “Birincisi, Suriyada müharibə bitməli və davamlı sülh əldə olunmalıdır. Məhz bundan sonra Türkiyə-Rusiya-İran formatı Qarabağ münaqişəsinin həllinə maraq göstərə bilər. İkincisi, Rusiya üçlü formatın  Qarabağ münaqişəsinin həlli ilə məşğul olmasına razılıq verməlidir. Çünki Ermənistan Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmasını istəmir. Rusiya Ermənistanı yola gətirməlidir”.

*****

Əslində İrəvan bu formata etiraz edə bilməz. Çünki üç dövlətdən ikisi - Rusiya və İran ən azından, mənəvi planda Ermənistana daha yaxın hesab olunur, nəinki Azərbaycana. Yəni vasitəçi çoxluq ilk baxışda yenə ermənilərin tərəfindədir.  

Azərbaycan da belə üçlü format əl verir, çünki Rusiya ərazi bütövlüyümüzü tanıyır, İran isə regionda beynəlxalq miqyasda qəbul edilən sərhədlərin zorla dəyişdirilməsinin əleyhinədir. Prezident Həsən Ruhaninin son Bakı səfəri zamanı Qarabağ mövzusunda söylədikləri buna şübhə saxlamadı. Belə üçlü format həmçinin, Dağlıq Qarabağ erməniləri üçün öz müqəddəratını təyinetmə prinsipini “3 həll prinsipi”ndən biri kimi bizə sırımağa çalışan Minsk Qrupu formatını gündəmdən çıxarmış olardı.  

Bundan əlavə, Suriya münaqişənin həllində ərazi bütövlüyünü əsas götürən Tehran, Moskva və Ankara regionun başqa bir ölkəsinə - Azərbaycana münasibətdə ola bilməz ki, “ikili standart” yanaşması sərgiləsin və ərazi bütövlüyü prinsipini qulaqardı eləsin. Nəhayət, nə Rusiya və İran, nə də qardaş Türkiyə bölgədə, öz sərhədləri yaxınlığında böyük müharibədə maraqlı deyil. Azı iki səbəbdən: 1. Müharibə üç ölkənin regiondakı maraqları üçün ciddi sınaq olmaqla onları üz-üzə də gətirə, toqquşdura bilər; 2. Regiondan uzaq güclərə (ABŞ, Avropa) bölgəyə hərbi nüfuz eləmək imkanı yaradar.

Türkiyə-Rusiya-İran ile ilgili görsel sonucu

*****

Qarabağda müharibə xüsusən də son vaxtlar ABŞ-ın hədəf götürdüyü Rusiya və İranın maraqlarıma cavab vermir. Hər necə olmasa, Moskva və Tehran özlərinə qarşı lüzumsuz “ikinci cəbhə”nin açılması üçün Qərbə bəhanə - “kart-blanş” vermək istəməz. Dalıq Qarabağ konfliktinin uzanması həm belə bir bəhanəni gündəmdə saxlayır, həm də bütövlükdə region ölkələri arasında - Rusiya, Türkiyə, İran bir yanda, Azərbaycan və Ermənistan digər yanda - əməkdaşlığı dərinləşdirməyə ciddi əngəl yaradır... (musavat.com)

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Hamısı