Azərbaycan-İran perspektivli əməkdaşlıq formatları və qlobal geosiyasi proseslər

Analitika 20:55 09.04.2018
Yeni regional əməkdaşlıq formatı çərçivəsində Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Bakıda müzakirələr aparmasına dünya ekspertləri xüsusi diqqət yetirmişdilər. Belə proqnozlaşdırılırdı ki, dördtərəfli formatda yeni bir əməkdaşlıq konfiqurasiyası meydana gəlir.
 
Onun geosiyasi və iqtisadi təsiri isə yalnız regionun sərhədləri ilə məhdudlaşmır. Söhbət "Cənub-Qərb" dəhlizinin formalaşması imkanlarından gedir. İran Prezidenti Həsən Ruhaninin Azərbaycan səfəri bu məsələlər fonunda daha çox maraq doğururdu. Həqiqətən, Bakıda Azərbaycanla İran arasında Astara-Rəşt dəmiryolu xəttinin inşasının maliyyələşdirilməsi barədə vacib sənəd imzalandı. Bununla da iki proqnoz özünü doğrultdu. Birincisi, Ermənistanın ümid bəslədiyi bəzi layihələr arxivə atıldı, çünki İran Azərbaycanla əməkdaşlığa üstünlük verdi. İkincisi, regional və qlobal əməkdaşlıq kontekstində növbəti perspektivli əməkdaşlıq formatı - dördtərəfli əməkdaşlıq öz səmərəsini göstərməyə başladı. Bu məqamlar prizmasından İran Prezidentinin Azərbaycan səfərinin geosiyasi məqamları üzərində daha geniş dayanmaq zərurəti hiss olunur.
 
Tarixi yaxınlıqdan müasirliyə: iki ölkənin əlaqələrinin inkişaf dinamikası
 
İran Prezidentinin Azərbaycana səfəri bir neçə aspektdən əhəmiyyət daşıyırdı. O cümlədən ikitərəfli, üçtərəfli və dördtərəfli əməkdaşlıq formatlarının səmərəliliyi baxımından ekspertlərin marağına səbəb olmuşdu. Proqnozlar özünü doğrultdu. Azərbaycan və İran dövlət başçıları keçirdikləri brifinqdə tarixi əhəmiyyətli razılaşmaların əldə edildiyini vurğuladılar (bax: Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər / AZƏRTAC, 28 mart 2018).
 
Bunlarla yanaşı, səfərin regional əməkdaşlıq perspektivlərini də qeyd etmək lazımdır. Məsələ ondan ibarətdir ki, son zamanlar erməni KİV-ləri Ermənistanla İranın qlobal layihələrdə birgə iştirak edəcəyi ilə bağlı hay-küylü yazılar dərc edirdilər. Özlüyündə iki dövlətin bir-biri ilə hansı məzmunda münasibət qurmasının başqalarına aidiyyəti yoxdur. Lakin ermənilər ənənəvi dəst-xətlərinə sadiq qalaraq, bu məsələni antiAzərbaycan ruhda təqdim etməyə cəhd göstərirdilər. Birbaşa yazırdılar ki, İran Azərbaycana deyil, Ermənistana daha çox etibar edir, onunla strateji tərəfdaş olmaqda maraqlıdır.
 
Bu fikirləri təsdiqləmək üçün Ermənistan ekspertləri İranın keçən əsrin 90-cı illərində ermənilər üçün "həyat yolu" olması faktını gətirirlər. Həmin dövrdə İranın Ermənistana etdiyi yardımlar danılmaz və təkzibedilməz faktdır. Lakin müstəqil Azərbaycan dövlətinin müdrikliyi ondadır ki, sürətlə dəyişən dünyada çevik və konstruktiv xarici siyasət yeridə bilir. Azərbaycan rəhbərliyi İran xalqı ilə olan tarixi bağlantıları qiymətləndirir və iki ölkə arasında əməkdaşlığın daim inkişaf etməsinə ciddi diqqət yetirir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev son dörd ildə dörd dəfə qonşu ölkəyə səfər edib, cənab Həsən Ruhaninin isə bu, müstəqil Azərbaycanın paytaxtına üçüncü səfəridir.
 
Deməli, birincisi, bu səfər bir daha göstərir ki, Ermənistanın siyasi rəhbərliyi doğru yolda deyil, ikincisi, Azərbaycan-İran əlaqələrinin tarixiliyi ilə müasirliyi arasında uyğunluq mövcuddur. Konkret desək, burada həm ikitərəfli, həm də çoxtərəfli (üçtərəfli və dördtərəfli) formatda əməkdaşlıq özünü göstərməkdədir. Bakıda imzalanan sazişlərin məzmununda da bu məqam öz əksini tapıb (bax: Azərbaycan-İran sənədləri imzalanıb / AZƏRTAC, 28 mart 2018).
 
Bu bağlılıqda mətbuat üçün verdiyi bəyanatda Prezident İlham Əliyev ifadə edib: "Bu gün bir çox sənədlər imzalanmışdır, onların arasında iki sənədi xüsusilə qeyd etmək istərdim. Bunlar Xəzər dənizində birgə işləməyimizlə və Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı olan sənədlərdir. Bu sənədlər tarixi əhəmiyyət daşıyır. Çünki bu sənədlərin reallaşması nəticəsində həm Xəzər dənizində, həm nəqliyyat sahəsində bizim əməkdaşlığımız daha da yüksək pilləyə qalxacaq və eyni zamanda, bu, regional əməkdaşlığa da çox müsbət təsir göstərəcəkdir (bax: Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər / AZƏRTAC, 28 mart 2018).
 
Azərbaycanın dövlət başçısı açıq bəyan edir ki, İran Prezidenti ilə aparılan müzakirələrdə yalnız ikitərəfli əlaqələr deyil, həm də regional miqyasda əməkdaşlıq diqqət mərkəzində olub. Hər iki səviyyə üçün də uyğun sənədlər imzalanıb. İndi Tehranla Bakı Xəzər dənizində enerji sahəsində əməkdaşlıq edəcək, eyni zamanda, region miqyasında əlaqələrin inkişafı üçün real addımlar atmaqdadırlar. Onlar artıq konkret layihələrdə öz səmərəsini verməkdədir.
 
Azərbaycan: perspektivli əməkdaşlıq formatlarının təşəbbüskarı
 
Həmin kontekstdə ekspertlərin də böyük diqqət yetirdiyi "Şimal-Cənub" və "Cənub-Qərb" dəhlizlərinin yaradılması ayrıca yer tutur. "Şimal-Cənub" dəhlizi Azərbaycan, Rusiya və İranın birgə səylərinin nəticəsidir. Artıq bu istiqamətdə işlər sürətlə gedir. Bundan əlavə olaraq, Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə dördtərəfli əməkdaşlıq formatı çərçivəsində (Azərbaycan, Türkiyə, İran və Gürcüstan) "Cənub-Qərb" nəqliyyat dəhlizinin yaradılması işinə başlanılıb. Bakıda bununla bağlı Astara-Rəşt dəmiryolunun tikintisinin maliyyələşdirilməsi haqqında sənəd imzalanıb.
 
Bütün bunların fonunda Azərbaycan Prezidenti İlham Əliyevin ifadə etdiyi aşağıdakı fikirlər çox maraqlıdır: "Ümumiyyətlə, demək istəyirəm ki, bizim əlaqələrimiz təkcə ikitərəfli formatla məhdudlaşmır, biz artıq üçtərəfli, dördtərəfli əməkdaşlıq formatı çərçivəsində uğurla fəaliyyət göstəririk. Azərbaycan, İran, Rusiya prezidentlərinin iki görüşü Bakıda və Tehranda, Azərbaycan, İran, Türkiyə xarici işlər və digər nazirlərinin görüşü, bu yaxınlarda Bakıda keçirilmiş Azərbaycan, İran, Gürcüstan, Türkiyənin xarici işlər nazirlərinin birinci görüşü - bütün bu görüşlər regional əməkdaşlığa, sabitliyə, sülhə dəstək verir. Bu gün bizim ölkələrimiz regional formatda da uğurlu əməkdaşlıq apararaq, ümumi işimizə çox böyük töhfə verirlər (bax: əvvəlki mənbəyə).
 
Mütəxəssislər də məsələnin bu aspektinə böyük diqqət yetirirlər. Eyni zamanda, mühüm bir özəlliyi də vurğulamaq istərdik. Məsələ ondan ibarətdir ki, söhbət bir geosiyasi müstəvidə formalaşdırılan üçtərəfli və dördtərəfli əməkdaşlıq formatlarından getmir. Belə ki, "Şimal-Cənub" nəqliyyat dəhlizi Rusiya-Azərbaycan-İran mərkəzlidirsə, "Cənub-Qərb" nəqliyyat dəhlizi İran-Azərbaycan-Gürcüstan-Türkiyə mərkəzlidir. Bu iki əməkdaşlıq konfiqurasiyası Azərbaycanı dörd istiqamətin - Şimal, Cənub, Şərq və Qərb istiqamətlərinin qovuşma məkanına çevirir. Problemin ən mühüm geosiyasi cəhəti də elə bundan ibarətdir. Yəni Azərbaycan göstərilən istiqamətlərdə səmərəli əməkdaşlığın dinamik tarazlıq yaradan ölkəsidir ki, bunun da geosiyasi əhəmiyyətini anlamaq elə də çətin deyil.
 
Vacib məqamlardan biri də ondan ibarətdir ki, İranla Azərbaycan arasında ikitərəfli əməkdaşlığın məzmunu üçtərəfli və dördtərəfli əməkdaşlığın ruhuna tam uyğundur. Belə ki, Azərbaycanın dövlət başçısının da ayrıca vurğuladığı kimi, "son illər ərzində imzalanmış sənədlər, xüsusilə "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının işlənməsi, eyni zamanda, Ordubad və Marazad su elektrik stansiyalarının tikintisi ilə bağlı olan sənədlər elektroenergetika sahəsində əməkdaşlığı dərinləşdirir. Bu gün biz qərara gəldik ki, çoxtərəfli əməkdaşlıq formatını energetika sahəsində də inkişaf etdirək (bax: əvvəlki mənbəyə).
 
Bunlar tam təsdiq edir ki, İran Prezidentinin Azərbaycana səfəri və geniş sahələri əhatə edən sənədlərin imzalanması tarixi-geosiyasi şərtlərdən qaynaqlanır. Azərbaycan müstəqil xarici siyasəti ilə etibarlı və perspektivli tərəfdaş olduğunu hər kəsə sübut edir. Bakının təşəbbüsü ilə dalbadal reallaşan əməkdaşlıq formatları daha çox sayda ölkələrin arasında gələcəyi olan əlaqələrin yaradılmasına yardımçı olur. İran Prezidenti Həsən Ruhaninin bu barədə fikir bildirməsi maraq doğurur. İranın dövlət başçısı Azərbaycan Prezidenti ilə keçirdiyi görüşdən sonra mətbuata verdiyi bəyanatda ayrıca vurğulayıb: "Möhtərəm Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, bu gün imzalanan sənədlər də tarixi sənədlərdir. İki xalqın mənafeyinə, bütün bölgənin və eləcə də bütün dünyanın xeyrinə ola biləcək sənədlərdir. Tranzit məsələsinə gəldikdə isə, "Şimal-Cənub" dəhlizi İranın cənub bölgəsinin sularını, Fars körfəzini, Oman dənizini və Hind okeanını, həmçinin avtomobil yolu və dəmir yolu vasitəsilə Qafqaz, Mərkəzi Asiya və Rusiya ilə birləşdirir, eləcə də Şimali və Şərqi Avropanı" (bax: əvvəlki mənbəyə).
 
Vurğuladığımız məqamlar göstərir ki, İranın dövlət başçısının Azərbaycana bu səfəri kifayət qədər səmərəli olub. İki ölkə arasında əlaqələr yeni səviyyəyə yüksələcək və onun məzmunu zənginləşəcək. Xüsusilə Xəzərin statusu ilə bağlı məsələnin həllinə tərəflərin bir addım da yaxınlaşdığı nəticəsini çıxarmaq mümkündür. Eyni zamanda, İranla Azərbaycan getdikcə daha sıx və əhatəli şəkildə beynəlxalq əməkdaşlıq formatlarında yanaşı yer alırlar!
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
Hamısı