Böyüklərin Bəşər səddi yeni müharibə olacaq?

Analitika 14:55 12.04.2018

 Suriyanı bombalamaq, yaxud bombalamamaqla bağlı qərarın qəbul edilməsi üçün ABŞ prezidenti Donald Trampın özünə ayırdığı və vəd etdiyi vaxt dünən axşam saatlarında başa çatıb.

Suriyaya zərbələr endirilmədi. Lakin bu, Suriyanın ən yaxın vaxtlarda vurulmayacağı anlamına gəlmir.

Donald Tramp Suriya prezidenti Bəşər Əsədi dəstəkləyən Rusiyanı hədələyərək bəyan edib ki, "ağıllı raketlər gələcək". Pentaqon isə Dəməşqə qarşı yeni hərbi əməliyyatın bir neçə ssenarisini hazırlayıb.

Suriya prezidenti Bəşər Əsədə sadiq qoşunların Duma şəhərində dinc insanlara qarşı kimyəvi silah tətbiq etməsi nəticəsində 70 nəfər həlak olub, təqribən 500 nəfər xəsarət alıb.

Rusiyanın XİN-i bu olayla bağlı məlumatları saxtakarlıq, feyk adlandırıb. Rusiyanın Müdafiə Nazirliyi isə məlumatı yayan "Ağ dəbilqələr" təşkilatını yalançı qruplaşma adlandırıb.

Fəqət ABŞ, Britaniya, Fransa rəsmi Dəməşqi dinc insanlara hücumda suçlayıb.

BMT-nin Təhlükəsizlik Şurası  Suriyada kimyəvi silahdan istifadə olunması ilə bağlı 3 qətnamə layihəsinin heç birini qəbul edə bilməyib. Buna rəğmən, Kimyəvi Silahların Yasaqlanması Təşkilatı (KSYT) Suriyaya ekspertlərdən ibarət missiya yollayacaq.

Hücum olub?

Suriyanın Duma şəhərində dinc insanlara qarşı kimyəvi silahın tətbiq olunması şübhəli məsələ təsiri bağışlayır.

Əvvəla, Qərb Suriya prezidenti Bəşər Əsədə dəfələrlə xəbərdarlıq edərək kimyəvi silahın tətbiqinin Dəməşq üçün "qırmızı xətt"in keçməsi olduğunu deyib. Suriya ərazisinin əksəriyyəti artıq Əsədin nəzarətindədirsə, o, niyə vətəndaşlarına qarşı kimyəvi silaha əl atmalıdır?! Və ən nəhayət, əgər KSYT Suriyadakı bütün kimyəvi-zəhərləyici silah ehtiyatlarını məhv olunduğunu rəsmən bəyan edibsə, Dumada nə tətbiq olunub?

ABŞ sakitləşmir

Pentaqon isə Suriyaya qarşı hərbi əməliyyatların bir neçə ssenarisini prezident Donald Trampa təqdim edib. Britaniya və Fransa ilə birgə əməliyyat variantı da nəzərdə tutulub.

"Stratfor" analitik şirkətinin ekspertlərinin fikrincə, ABŞ-ın Suriyaya qarşı əsas məqsədi Dəməşqi kimyəvi silahdan istifadədən çəkindirməkdir.

Vurulacaq hədəflərə gəldikdə isə, onlar hərbi və rəsmi obyektlər, habelə Dumeyra, Marc Ruhail və Məzzədəki aerodromlardır.

Bundan başqa, Suriyanın hava hücumundan müdafiə sistemi və Bəşər Əsədin iqamətgahı da hədəfə alınacaq.

Hazırda ABŞ Hərbi-Dəniz Qüvvələrinin "USS Donald Cook" və "Porter" minadaşıyan gəmiləri Suriya sahillərinin yaxınlığındadır. Dünən "USS Harry S. Truman" aviadaşıyıcı gəmisinin başçılıq etdiyi, "USS Normandy" raket kreyseri ilə yanaşı, "USS Arleigh Burke", "USS Bulkeley", "USS Forrest Sherman" və "USS Farragut" minadaşıyan gəmilərindən ibarət zərbə qruplaşması ABŞ-ın Virciniya ştatındakı Norfolk limanından çıxaraq Suriya sahilləri tərəfə yollanıb.

Qruplaşma mayın əvvəllərində Suriya sahillərinə çatacaq.

Pentaqon zərbələrdə hərbi təyyarələrdən və quru qoşunlarından istifadə etmək niyyətində deyil.

The Los Angeles Times-ın məlumatına görə, ABŞ Skriyanı "hava-yer" və "yer-yer" tipli qanadlı raketlərlə vurmaq niyyətindədir.

Pentaqonu narahat edən əsas amil əməliyyat zamanı Rusiya ilə hərbi toqquşma riskidir.

Uçuşlar yasaqlandı

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) ABŞ və müttəfiqlərinin Suriyaya mümkün raket zərbələri ilə bağlı olaraq Aralıq dənizinin şərqində uçuşların təhlükəli olması barədə xəbərdarlıq yayıb.

72 saat ərzində naviqasiya və radioavadanlıqla problemlər yaranacağı istisna olunmadığından uçuşların yasaqlanması məsləhət bilinib.

Müharibə riski

Suriyaya zərbələr endiriləcəyi təqdirdə Rusiyanın cavab verəcəyi əsla istisna olunmur. Rəsmi Moskva bəyan edib ki, "Rusiyanın Suriyadakı hərbçilərinin həyatlarına real təhlükə yaranarsa Rusiya Suriyaya buraxılan raketlərlə yanaşı, bu raketləri buraxan təyyarələri və gəmiləri də vuracaq".

Qətiyyətini nümayiş etdirmək üçün Rusiyanın HDQ-i Suriya sahilləri yaxınlığındakı zonanı "təlim raket atışları aparılacaq bölgə" elan edib.

Hazırda Rusiya HDQ-nin Aralıq dənizindəki operativ birləşməsində Qara dəniz donanmasının 15 hərbi gəmisi var. Onların arasında "Kalibr-NK" qanadlı raketlərini daşıyan "Admiraq Qriqoroviç" və "Admiral Essen" freqatları, "Kalibr-PL" raketləri ilə təchiz olunmuş "Varşavyanka" dizel-elektrik sualtı qayığı və "Şuka-B" atom sualtı qayığı var.

Bundan başqa, Suriyaya sualtı qayıqları aşkarlayan İl-38N təyyarələri göndərilib.

Rusiya A-50 radiolokasiya aşkarlanması təyarələri vasitəsilə "USS Donald Cook" minadaşıyan gəmisinin hərəkətlərini izləyir.

Rusiya HDQ-nin Tartus limanındakı bazasını, habelə Hmeymimdəki aviabazanı qoruyan S-400 "Triumf" və "Pansir-S1" sistemləri ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Eyni zamanda Rusiya, Suriyadakı hərbçiləri arasında hər hansı itkini ümumiyyətlə, istisna etmək üçün ABŞ-dan vuracağı hədəflərin siyahısını tələb edib.(milli.az)


İsrail İrana raket zərbəsi endirdi - VİDEO

Xəbər xətti

Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
09:33 19.04.2024
İranlı general: İsfahanda heç bir dağıntı yoxdur
09:20 19.04.2024
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
09:00 19.04.2024
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
Hamısı