Tramp Çinə dərs verməyə çalışır: qəribə ticarət müharibəsi ÖZƏL

Analitika 15:52 09.04.2018

İqor Pankratenko,

şərqşünas, tarix elmləri doktoru

özəl olaraq Eurasia Diary üçün

Son bir neçə həftə bu iki insanın - ABŞ Ticarət Nümayəndəsi Robert Laythayzerin və Çin Ticarət naziri Van Şouvenin həyatında ən çətin həftə olub. Vaşinqtonda ticarət müharibəsində atılan ilk addım - 25 faiz "cərimə" rüsumunun tətbiq olunduğu 1300 Çin mallarından ibarət siyahının təqdim olunması idi. Bundan sonra Pekindən cavab reaksiyası gəldi və o, ABŞ-dan Çinə ixrac olunan 106 növ mal üçün nəzərdə tutulan tariflərin 25 faiz artırılmasını elan etdi.

Bir müddətdir ki, Sakit Okeanın hər iki tərəfində bir tərəf əlində viski, digər tərəf isə maotayı içərək eyni şey - bundan sonra nə etmək lazım olduğunu haqda düşünür. Hər kəs başa düşür ki, irimiqyaslı ticarət müharibəsi baş verərsə,   heç kim kənarda qala bilməyəcək. Amma bu müharibənin irimiqyaslı olub-olmayacağı dəqiq deyil. ABŞ və Çin arasındakı ticarət münaqişəsi dünya iqtisadiyyatının hansı sferasını və nə dərəcədə əhatə edəcək?

Amerikalılar sonuncu ticarət müharibəsini əsrin 80-ci illərinin əvvələrində fikrimcə, Donald Trampın da Amerikalı prezidentllərindən özü üçün ideal hesab etdiyi Ronald Reyqanın hakimiyyəti dövründə aparıblar. Maraqlıdır ki, bu müharibəni - Şərqin digər bir iqtisadi nəhəngi olan Yaponiyaya qarşı da aparıblar. Bu və o müharibənin səbəbləri arasında ən kiçik detallara kimi oxşarlıq olsa da, onlar arasında əhəmiyyətli fərqlər də var. 

Ticarət müharibəsinin rəsmi səbəbi ilə hər şey aydındır. ABŞ və ÇXR arasındakı ticarət balansında böyük bir çatışmazlıq var. Donald Tramp 540 milyard dollarlıq rəqəm səsləndirməsinə baxmayaraq, ekspertlər bu rəqəmin 375 mlyard dollar olduğunu deyirlər. O bildirib ki, Çinlə arada yaranmış bu böyük boşluğu 100 milyard, dollara kimi yəni üç-beş dəfə azaltmaq niyyətindədir.

Əslində, qəribəlik buradan başlayır. Birincisi, belə bir dəqiq hesablama - ixrac və idxal arasındakı fərq - bəzən yalan olur və Çin ilə Amerika arasında iqtisadi əlaqələrin bütün aspektlərini əks etdirmir. Bəzi hallarda Pekin məsələn, xidmət, təhsil, turizm, filmlərin kirayəsi və s. kimi xidmətlərin satılmasında həqiqətən də üstündürsə bu zaman o Vaşinqtona böyük hesabla uduzur.

Çin sosial şəbəkələrindən

Həmçinin, Amerikanın lisenziya ilə Çində cəmləşmiş daha sonra isə ABŞ-da satılan mallarla bağlı belə dəqiq hesablamalar aparmaq olmur. 

İkincisi, ABŞ rəsmilərinin Çinlə bağlı iddialarını diqqətlə oxuduğunuzda, söhbətin ticarət balansında çatışmazlıqdan deyil, daha çox ciddi şeylərdən getdiyi aydın olur.

Əslində, qarşılıqlı ticarətdə balansın pozulması, iş yerlərinin qaytarılması və bu kimi şeylər barədə söhbətlər təbliğat xarakteri daşıyır. Və bütün bu rüsum artırmaları ətrafında qurulan oyunlar çox da ciddi qəbul edilməməli olan adi bir şoudan başqa bir şey deyil.

Sadə bir səbəbdən - Çindəki istehsalat obyektlərinin ABŞ tərəfindən köçürülməsi uzun illər ərzində ABŞ-ı təkcə Çin mallarının əsas istehlakçısı deyil, həm də belə bir vəziyyətin əsiri edib. Nəticədə hər hansı bir əmtəə mövqeyində geriləmə ilk növbədə, ABŞ büdcəsi və Amerika istehlakçılarına təsir edəcək. 

Çin sosial şəbəkələrindən

Bundan əlavə, Çin rəhbərliyi bütün mübahisəli iqtisadi məsələlərlə bağlı ABŞ ilə danışıqlara hazır olduğunu ifadə edib. 

Martın ortalarında baş nazir Li Keçyan Ümummilli Xalq Konqresinin sessiyasının yekunlarına dair mətbuat konfransında, birmənalı şəkildə əqli mülkiyyətin müdafiəsi istiqamətində konkret addımların atılması və Amerika Birləşmiş Ştatları ilə ticarət disbalansının azaldılması üçün tədbirlərin görüləcəyinə söz verib.

Trampın əsas məqsədi qlobal xarakterli olub, önümüzdəki illərdə Çinin alternativ strateji bank və valyuta və Texnologiya Mərkəzinə çevrilməsinə mane olmaqdır. Bunu yeri gəlmişkən, Pekində yaxşı anlayırlar.

Bunu necə etmək lazım olduğunu - nə Tramp, nə onun məsləhətçiləri, nə də Çin əleyhinə olan Amerika idarəetməsi hələ bilmir. İndi Pekinə təsiretmə mexanizmləri araşdırılır, Si Çzinpin və onun komandası ilə dialoq aparmaq üçün səs tonunun seçilməsi üzərində iş gedir. "Ticarət müharibəsi"nin mövcud imitasiyası bu seriyadandır. Amma bütün mövcud metodlarla "Çinin qarşısının alınması" siyasətinin həyata keçirilməsi şübhəsiz önümüzdəki illərdə Vaşinqtonun xarici siyasətində gündəmdə duran əsas məsələ olacaq.

"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO

Xəbər xətti

"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO
13:05 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Hamısı