Tiflis Ermənistana dəhliz açır xəyanət projesi reallaşır

Analitika 09:57 22.05.2018

Rusiya və Gürcüstan anlaşma ərəfəsində; mayın 24-də Abxaziya dəmiryolunun açılışı ilə bağlı Praqada razılıq əldə oluna bilər - Bakıya bəd xəbər; Paşinyan Tiflisə gedir, erməni arzusu çin olur, blokada yumşalır?.. 

İşğalçı Ermənistanın blokada rejimini yumşaltmaq üçün bu günədək hansı səyləri göstərdiyi bəllidir. Bu yöndə Sərkisyan rejimi çox əlləşdi, lakin nəticə hasil olmadı. Aydındır ki, Dağlıq Qarabağ problemi çözülmədən Türkiyə və Azərbaycanla kommunikasiya əlaqələri açılmayacaq. Ancaq İrəvan heç olmasa, Ermənistanı Rusiya ilə birləşdirəcək trans-Abxaziya dəmir yolunun və Osetiya avtomobil yolunun işə düşməsinə çalışır.

Bu məqsədlə ötən ilin sonlarında eks-prezident Serj Sərkisyan və eks-baş nazir Karen Karapetyan ard-arda Tiflisə səfərlər eləmişdilər. Lakin bu qəbildən səylərin reallaşması asan məsələ deyil. Siyasi, geosiyasi faktorlar var ki, onlar vazkeçilməz görünür.

Onlardan biri də Tiflisin Bakı və Ankara ilə əlaqələridir. Bu əlaqələr iqtisadi-ticari, energetik-kommunikasiya sferalarından əlavə, strateji əhəmiyyətli hərbi və təhlükəsizlik sahələrini da özündə ehtiva edir. Son illər üç ölkə arasında dayanıqlı bir format yaranıb ki, rəsmi Tiflis bunu görməzlikdən gələ bilməz - hətta Ermənistana dəhlizlərin açılması ona əlavə iqtisadi dividentdlər gətirsə belə.

Söhbət Abxaziyadan keçən və 20 ildən çoxdur fəaliyyətsiz qalan dəmir yolunun işə salınması ilə yanaşı, Ermənistana alternativ avtomobil yolunun açılmasından gedir. Məsələ ilə bağlı Çexiyanın paytaxtı Praqada mayın 24-də Rusiya və Gürcüstan rəsmi nümayəndələri - Georgi Abaşizde və Qriqori Karasin arasında növbəti, lakin deyəsən, bu dəfə həlledici görüş nəzərdə tutulub. Bəzi məlumatlara görə, iki gün sonra tərəflər anlaşmaya xeyli yaxın ola bilər.

Abxaziya dəmiryolu ile ilgili görsel sonucu

*****

Belə bir anlaşma üçün əsas çoxdan mövcuddur: 2011-ci ildə Moskva ilə Tiflis arasında Abxaziya yolu ilə daşınacaq yüklərin bitərəf monitorinqini həyata keçirmək üçün İsveçrənin SGS şirkəti ilə  “Yüklərin gömrük monitorinqi” haqda ikitərəfli saziş imzalanıb. Lakin Rusiya yekun sənədə müstəqil dövlət kimi tanıdığı Cənubi Osetiya və Abxaziyanın da imza atmasını istəyir, separatçı qurumlarla Gürcüstan arasında gömrük postlarının qoyulmasında təkid edirdi. Rusiya tərəfinə görə, Moskva Abxaziya və Cənubi Osetiyanı suveren qurum kimi tanıdığından, belə postlar olmalıdır. Gürcü tərəfi isə bunu qəbul eləmirdi, çünki o halda Tiflis bu iki separatçı rejimin müstəqilliyini tanımış olacaqdı.

Abxaziya dəmiryolu ile ilgili görsel sonucu

Ən son bilgilərə görə, yekun üçtərəfli (Rusiya-Gürcüstan-İsveçrə) anlaşma sənədinə separatçı qurumlarım imza atmasına, hər halda, lüzum qalmaya bilər. Belə ki, Abaşizde bildirib ki, Rusiya tərəfi mayın 18-də adıçəkilən şirkətlə anlaşma imzalayıb (Gürcüstanla analoji müqavilə keçən ilin dekabrında imzalanıb). Moskvanın separatçı rejimləri imza atmaqdan imtinaya necə məcbur elədiyi bəlli deyil. Qalır mayın 24-də Praqada konkret addımları müəyyən eləmək.

*****

Russia Georgia ile ilgili görsel sonucu

“Fikrimcə, mayın 24-də müəyyən addımlar atılacaq. Ümid edirik ki, Rusiya anlaşmadan irəli gələn öhdəliklərini vicdanlı şəkildə yerinə yetirəcək. Bunun ardınca anlaşmaya nəzarət eləmək üçün gürcü-İsveçrə işçi qrupu yaradılmalıdır”, - deyə Abaşidze qeyd edib.

Anlaşma Abxaziya və Cənubi Osetiyadan keçməklə Rusiyadan Gürcüstan və Ermənistana “ticarət dəhlizləri” yaratmağı nəzərdə tutur. Lakin İsveçrə tərəfi daşınan yüklər haqda hər iki tərəfdən yalnız informasiya almaqla kifayətlənəcək, onları yoxlamaq missiyası daşımayacaq. Bu, o deməkdir ki, Rusiyadan Abxaziya dəmir yolu ilə Ermənistana hərbi təyinatlı yüklər də daşına bilər ki, bu da Azərbaycan üçün əsla məqbul sayıla bilməz. Bundan əlavə, dəmiryolunun işə düşməsi (Rusiya ilə quru əlaqə) işğalçı ölkənin iqtisadi durumunun yaxşılaşması və blokada rejiminin qismən yumşalması demək olardı.

*****

Artıq erməni tərəfi xəbərdən dolayı sevincini gizlətməyib.

Nikol Paşinyan ile ilgili görsel sonucu

“Görəsən, mayın 13-də baş nazirlər - Nikol Paşinyan və Georgi Kvirikaşvili telefonda bu haqda da danışıbmı? Yaxud mayın 14-də Socidə Putinlə söhbət zamanı mövzuya toxunulubmu?” Bu barədə lragir.am saytındakı şərhdə deyilir.

Georgi Kvirikaşvili ile ilgili görsel sonucu

Yazıda daha sonra deyilir: “Yada salaq ki, mayın 26-da Nikol Paşinyan Gürcüstan Respublikasının 100 illiyinə həsr rolunmuş bayram tədbirində iştirak eləmək üçün Tiflisə gedəcək. Əgər mayın 24-də Rusiya və Gürcüstan arasında danışıqlarında sıçrayış olarsa, o zaman erməni-gürcü münasibətləri daha yüksək mərhələyə keçəcək. Gürcüstan ərazindən keçən nəqliyyat yollarının açılması  Ermənistan üçün mühüm kommunikasiya əhəmiyyəti daşıyır - xüsusən də əgər Rusiya ilə dəmir yolu əlaqəsi də bərpa olunarsa. Başqa yandan, Rusiya-Gürcüstan müqaviləsi ilə bağlı təcrübə və kommunikasiyaların açılması Azərbaycan-erməni münasibətləri üçün presedent kimi nəzərdən keçirilə bilər. Əgər əlbəttə ki, bu yolu açmaq mümkün olarsa. Bu xüsusda söhbət həm də Naxçıvan dəmir yolunun açılmasından gedir”.

*****

Göründüyü kimi, erməninin iştahı daha böyükdür. İşğalçı ölkədə Qarabağ məsələsində heç bir irəliləyiş olmaya-olmaya Azərbaycanla da kommunikasiyaların bərpasına ümid edənlər var. Görək Abxaziya dəmir yolu presedent olacaqmı, gürcülər Azərbaycana xəyanət projesinə, işğalçının daha da ayaqlanması layihəsinə imza atacaqlarmı?

2 gün gözləyək. 

Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR - CANLI
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Kəlbəcərdə "futbol həyəcanı" - VİDEO
11:18 19.04.2024
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
11:15 19.04.2024
“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:50 19.04.2024
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
10:45 19.04.2024
Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
09:33 19.04.2024
İranlı general: İsfahanda heç bir dağıntı yoxdur
09:20 19.04.2024
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
09:00 19.04.2024
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Hamısı