Azərbaycan hərbi əməliyyatlara başlasa Kreml ona mane olmayacaq - sensasion gəlişmə

Analitika 11:05 16.06.2018

Dünya reallıqlarla hesablaşır:  biz də indiki reallığı dəyişib eləsini yaradaq ki, həmin dünya bizim reallıqlarımızla hesablaşmalı olsun

Ermənistanla onun indiyə qədərki geosiyasi hamisi Rusiya arasında dərin bir ixtilafın yarandığını demək hələ tezdir. Lakin münasibətlərdəki aşkar inamsızlığı və soyuqluğu hər halda, sezməmək mümkün deyil; Rusiya mediası elə hey baş nazir N.Paşinyanın “Qərbin adamı” olduğunu və çox da uzaq olmayan gələcəkdə bu ölkənin Rusiyanın hərbi – siyasi çətiri altından uzaqlaşacağını iddia edir.

Elə ermənilər də sakit dayanmırlar. Kimi Rusiyanın və Belarusun Azərbaycana silah satdığını əsas gətirərək, kimi də Rusiyanın bu ölkəyə satdığı qazın qiymətini qaldırmaq istəməsi haqqındakı son xəbərləri bəhanə edərək İrəvanı Avrasiya Birliyindən və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağa səsləyir.

Əslində əvvəllər də belə hallar olurdu. Ermənistanlı “ekspertlər” və “yazarlar” vaxtaşırı müxtəlif motivlərdən Kremlin qarasınca deyinməyi sevirdilər.

Ən əsas səbəb də bu olurdu ki, İrəvan Kremlin regiondakı bütün siyasətini öz milli sayıqlamalarına tabe etmək istəyir, amma heç sözsüz ki, Moskva bu iltifatı onlara göstərməkdə acizdir, çünki onun da bölgədə öz maraqları var və Ermənistan da yalnız bu maraqları təmin etmək və yaxud onlara yol açmaq istiqamətindəki həlqələrdən biridir. 

Картинки по запросу пашинян переговоры putin

Sözsüz, belə status erməniləri qane etmir, onlar Moskvadan ən azı Vaşinqtonla İsrail arasındakı yaxınlığı tələb edir və dəfələrlə bunu açıq mətnlə deyiblər. İndisə vəziyyət bir az iniversiya olunub: hazırda gileylənən tək İrəvan deyil, bir az əvvəldə də qeyd etdiyimiz kimi, həm də Moskvanın özüdür.

Rusiyalı ekspertlər və politoloqlar səviyyəsində Ermənistandakı son olaylara münasibətdə problem yoxdur. Onlar Paşinyan kabinetilə bağlı verdikləri qiyməti artıq verirblər: bu, qərbpərəst hökumətdir, Paşinyana inanmaq olmaz, ən başlıcası da, açıq şəkildə işarə edirlər ki, Azərbaycana yardımçı olmaq lazımdır ki, İrəvanı bir az cəzalandırsın və onu təkrar əvvəlki siyasi müstəviyə qaytarsın.

Doğrusu, biz özümüz də əvvəllər dəfələrlə yazmışdıq ki, Ermənistanın hərbi və geosiyasi gücü (əgər belə demək mümkünsə!..) onun Rusiya ilə ittifaqındadır və bu ittifaq mütləq nə vaxtsa, çat verəcəkdir və onda Bakı üçün əlavə şanslar yaranacaqdır. Rusiyalı politoloqlara inansaq, artıq o baş verib və Azərbaycan hətta hərbi əməliyyatlar keçirmək fikrinə düşsə, o halda Kreml ona mane olmayacaqdır.

Nə demək olardı? Azərbaycanın hərbi əməliyyatlar keçirmək məsələsində vəziyyət budur ki, heç kim öz ərazisində təcavüzkar və yaxud da işğalçı olmur. O səbəbdən istər, indi olsun, istərsə də, bundan əvvəl, Azərbaycan ərazilərini işğaldan azad etmək üçün həmişə hərbə müraciət edə bilər.

Картинки по запросу azərbaycan hərbi təlim

Həmin “mütərəqqi dünya ölkələri”, eləcə də Minsk Qrupunun həmsədrləri heç razı olardılarmı ki, hansısa qonşu dövlətin əsgərləri onların ərazisinin bir hissəsində at oynatsın? Məgər demokratik Avropa deyilən məkanın bir hissəsi sayılan İspaniyada bir neçə həftənin içində Katalon separatistlərinə necə cavab verildiyinin şahidi olmadıqmı? Dövlət bütün hallarda dövlətdir. Ona görə də demək olmaz ki, bir dövlətin ərazi bütövlüyü digərinkindən daha vacibdir. Bu, həm də beynəlxalq hüquqa və ya humanizm və ədalət prinsiplərinə selektiv münasibət demək olardı.

Bu səbəbdən də “dünya birliyi” deyilən mücərrəd məhfuma çox da bağlanmaq lazım deyil. Başqa vaxt özümüzdə nəinki ABŞ-a və Avropaya, hətta cəmi dünyaya qarşı durmağa güc tapırıq, amma elə ki, məsələ gəlir Qarabağın üstünə, başlayırıq ki, dünya birliyi belə gəldi, elə gətdi! Ona görə də kiçik imkan düşən kimi ermənilərə elə zərbə vurmaq lazımdır ki, uzun müddət onlar üçün şok olsun– dünya reallıqlarla hesablaşır və gəlin biz də indiki reallığı dəyişib eləsini yaradaq ki, həmin dünya bizim reallıqlarımızla hesablaşmalı olsun. 

İndi Paşinyan min bir oyundan çıxır, iddia edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağ rejimini tanımalı, onunla danışıq aparmalıdır. Bilirsinizmi, o, bunu niyə edir? Bu adam bilir ki, özü Qərbdən maliyyə dəstəyi umduğu kimi Qərbin də ondan gözləntiləri vardır.

Картинки по запросу Армения ОДКБ

Təxminən bir ay ərzində ABŞ prezidenti D.Tramp prezident İ.Əliyevə dörd məktub göndərib və onların bəzisində Qarabağla da bağlı mesajlar var. Bunların hamısını adi diplomatik jest kimi səciyyələndirməyə əsas yoxdur. Böyük ehtimalla Qərbdə düşünürlər ki, Ermənistanda baş verən son proseslər Qarabağ müstəvisində də müəyyən dəyişikliyə gətirməlidi.

Bunu ən azı ABŞ-da və Fransada prezidentlərin öz erməni əsilli seçiciləri qarşısındakı öhdəlikləri tələb edir. Onlar Ermənistana kömək etmək, onu böhrandan çıxarmaq istəyirlər, amma görürlər ki, Dağlıq Qarabağ problemi həll olunmadan, İrəvanın Bakı və Ankara ilə əlaqələri sahmana salınmadan bunu etmək mümkün deyil.    

Belə vəziyyətdə Paşinyanın bir yolu qalır: hansı yollasa danışıqları yubatmaq və yaxud, ümumiyytlə, onlardan qaçmaq: bununla da daha bir müddətə prosesi növbəti dalana istiqamətləndirmək.

Картинки по запросу azərbaycan ordu

Ona görə də bizim də bir yolumuz var: əgər N.Paşinyan danışıqlara gəlmək istəmirsə, o halda onu məcbur etmək lazımdır. Bunun da bircə yolu görünür: o, da Ermənistana daha bir sarsıdıcı zərbə endirməkdir.

Həm də belə bir deyim var siyasətçilər arasında: silahlar təkcə paradlarda göstərilmək üçün deyil. Hər bir silahın bəlli müddəti var. Ya düşmən onun ekvivalentini və yaxud da ondan yaxşısını əldə edir, bununla da bəzi silahlar aktuallığını itirir, ya da ki, bəlli zamandan sonra onların istismar müddəti bitir və yenilərini əldə etmək lazım gəlir. Ona görə də gəlin silahlarımızı paslanmağa qoymayaq... (musavat.com)

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
Hamısı