Xocalı canilərinə İrəvanda həbs tələbi Bakı üçün unikal fürsət

Analitika 09:56 22.06.2018

“Məğlubedilməz” erməni ordusu ifşa olur - faktlar; Erməni əsgər anaları üsyana qalxdı; “Serj Sərkisyan, Seyran Ohanyan da tutulsun!..”; işğalçı ölkədə terror siyasi rəqabətdə əsas mübarizə üsullarından birinə çevrilir; Nikol Paşinyan aradan götürülə bilərmi?..

Ermənistanda hay-küylü həbslər davam edir. Son olaraq “Yerkrapa” qanunsuz yarımhərbi birləşmənin komandiri, azərbaycanlılara qarşı da cinayətlər törətmiş general Manvel Qriqoryan və yaxınları dəmir barmaqlıqlar arxasına salınıb. Onlar böyük korrupsiya faktlarına, qanunsuz silah-sursat saxlamaq və ordu üçün ayrılmış humanitar yardımı mənimsəməkdə ittiham olunurlar.

Beləcə, uzun müddət ermənilərin kumir saydığı, ətəyində “ibadət elədiyi” M. Qriqoryan ifşa olunub. Aydındır ki, onların digər kumir və qəhrəmanları da eyni gündədir, yalançı və dələduzdur. Gec-tez onlar da ifşa olunacaq, qanuni və ilahi cəzalarını alacaqlar. Yaxud bunu Azərbaycan əsgəri edəcək.

*****

Ancaq məsələ ondadır ki, hələ bir dəfə belə, hakimiyyətin seçki yolu ilə dəyişmədiyi Ermənistan adlı kvazi-dövlətin mövcud olduğu 27 ilə ötəri nəzər salsaq, belə həbslərin xalqa elə bir isti-soyuqluğunun olmayacağı bəlli olar. Çünki baş verənlər hər şeydən öncə hakimiyyətə gəlmiş Paşinyan və komandasının öz mövqeyini möhkəmlətmək niyyəti güdür və gəlirli sahələrin təzədən bölüşdürülməsi uğrunda növbəti amansız mübarizədən savayı bir şey deyil.

Aydındır ki, devrilən eks-prezident Serj Sərkisyan başda olmaqla, yeni müxalifətin əlində böyük çirkli paralar qalıb və bu paralar Paşinyan iqtidarı üçün böyük təhlükə deməkdir - o cümlədən qarşıdakı parlament seçkilərində. Ermənistanda arzuolunmaz siyasi fiqurlara qarşı zaman-zaman törədilən terror aktlarını yada salsaq (1999, oktyabr), təzə hakimiyyətin əndişələnməsi üçün əsaslar bir az da güclü görünər.

Hər necə olmasa, bu da faktdır ki, işğalçı ölkədə siyasi rəqabət üçün bütün üsullar, o cümlədən terror və sui-qəsdlər həmişə məqbul sayılıb. Təsadüfi deyil ki, artıq Nikol Paşinyanın özünə qarşı sui-qəsd cəhdi olub. Və bu, heç də sonuncu olmaya bilər. Onu da ciddiyə alsaq ki, Moskva da Nikol Paşinyandan məmnun deyil, o halda indiki baş nazirin durumuna qibtə eləməyə dəymir.

Nikol Paşinyan ile ilgili görsel sonucu

Bu və digər səbəblərdən yeni hakimiyyət öz ayağının altını möhkəmlətmək üçün tələsir. Hətta bu məqsədlə S.Sərkisyan rejiminə qarşı qanunsuz üsullarla mübarizə aparmış terrorçu Jirayr Səfilyan kimiləri həbsdən azad edir. Elə ki, öz yerini möhkəmlətdi, o da yüzdə yüz xalqı unudub, sələflərinin ənənəvi yolunu - varlanmaq yolunu tutacaq...

*****

Son həbslər həm də işğalçı ordunun “güclü və məğlubedilməz” mifini bir daha darmadağın edib. Verilən rəsmi açıqlamalardan məlum olur ki, erməni ordusu - korrupsiya və talançılıq, dedovşina problemlərindən əziyyət çəkən başıpozuq bir ordudur. Yeri gəlmişkən, 2016-cı ilin 4 günlük aprel uğursuzluğundan sonra orduda ciddi korrupsiya və mənimsəmə faktları çılpaqlığı ilə üzə çıxmış, Sərkisyan bir neçə generalı həbsə atmalı olmuşdu. Seyran Ohanyan isə müdafiə naziri postundan istefa vermişdi. Təbii ki, bu - çoxsaylı faktların yalnız bir qismi idi.

Sarkisyan ile ilgili görsel sonucu

İndi isə daha acınacaqlı faktlar ortaya çıxıb və əhali şoka girib. İrəvanda son qalmaqalı həbslərlə bağlı övladları öldürülmüş əsgər analarının etirazı bunu bir daha sübut edir.

“Biz illərdir ordudakı talançılıq haqda deyirdik. Ancaq bizim sözümüzə heç bir əhəmiyyət verilmədi. Mənim oğlumu məhz ona görə öldürdülər ki, o, hərbi hissədən yanacağın necə oğurlanıb satıldığını öz gözü ilə görmüşdü”. “Yeni Müsavat” xəbər verir ki, bunu 1 in.am erməni portalına müsahibəsində dinc dövrdə öldürülən əsgər Valeri Muradyanın anası Nana Muradyan general M.Qriqoryanın ifşası ilə bağlı danışarkən deyib.

M.Qriqoryan ile ilgili görsel sonucu

Onun sözlərinə görə, təkcə Qriqoryan yox, ovaxtkı Baş Qərargah rəisi Movses Akopyan (Xankəndindəki 336-cı alayın komandir müavini olub - “YM”), keçmiş müdafiə naziri Seyran Ohanyan və Serj Sərkisyan da həbs olunmalıdır (hər üçü Xocalı hərbi caniləridir - “YM”). “Çünki onların rüsxəti olmadan orduda talançılıq bunca böyük miqyas ala bilməzdi” - Muradyan əlavə edib.

“8 il Müdafiə Nazirliyinin başında olmuş bir şəxsin (Seyran Ohanyan - ”YM") öz idarəsindəki korrupsiya sxemindən bixəbər olmasına inanmaq mümkün deyil. Üstəlik, Manvel Qriqoryan 8 il onun müavini olub və bu adam haqda daima söz-söhbətlər gəzib".

(Seyran Ohanyan ile ilgili görsel sonucu

“Yeni Müsavat”ın məlumatına görə, bu sözlər isə armenianreport.com nəşrindəki dünənki məqalədəndir. Məqalədə daha sonra deyilir: “Hamıya bəlli idi ki, Seyran Ohanyan öz tabeçiliyindəkilərin və Manvel Qriqoryan kimi nazirliyə bağlı olanların günahlarına göz yumurdu. Məhz Ohanyanın dönəmində müdafiə sistemində korrupsiya çiçəklənib, erməni polkovnikləri və generalları Ermənistanın ən varlı adamları kastasına daxil olublar. Doğrudanmı Ohanyan bilmirdi ki, tabeçiliyindəkilər nəyin hesabına bu qədər varlanıb və Manvel Qriqoryan əsgər yeməklərini mənimsəyir? Əlbəttə ki, bilirdi. Axı Müdafiə Nazirliyindəki korrupsiya piramidasının başında özü dururdu və vaxtlı-vaxtında da korrupsiya sxemlərindən faizlər alırdı. Həmçinin İrəvanda ”Yerkrapa"nın reketçi hərəkətlərinə fikir verilmirdi, nədən ki, Sərkisyan rejimi öz rəqibləri ilə haqq-hesab çürütmək və xalqı qorxu altında saxlamaq üçün belə qeyri-formal, hərbləşdirilmiş qurumlara kəskin ehtiyac duyurdu..."

*****

Beləcə, Ermənistanın keçmiş siyasi və hərbi rəhbərlərinin başı üzərində qara buludlar sıxlaşmaqdadır. Bu üzdən Azərbaycan Ermənistandakı qalmaqallı həbsləri diqqətlə izləməlidir. Xocalı hərbi canilərinin (Akopyan, Ohanyan, Sərksiyan, Köçəryan) tutuqlanacağı təqdirdə onların Beynəlxalq Tribunala verilməsi üçün indidən effektli və real hərəkət planı hazırlanarsa, daha yaxşı olar. 

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı