Millətin seçimi hər zaman ən dəyərli seçimdir.
Bu sözləri Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlı Türkiyədə ötən gün keçirilən prezident və parlament seçkiləri ilə bağlı deyib. O, son nəticələrə əsasən fikirlərini bölüşüb:
"Ərdoğan ilk turda prezident seçilərək qələbəyə imza atdı. İncə CHP-nin potensialının üstündə səs alaraq qazananlar sırasına daxil oldu. MHP ən çətin zamanda bu qədər səs alaraq, səsləndirilən proqnozları alt-üst etdi. Eyni zamanda, HDP pis şəraitdə bu qədər səs almağı bacardı. İYİ Partiyası yeni qurulmuş və seçki üçün çox hazırlıqsız olmasına baxmayaraq, parlamentə daxil ola bildi".
Ekspertin sözlərinə görə, seçkinin uduzanları Səadət Partiyası, Təməl Karamollaoğlu və Maral Akşənərdir.