İranda rejim əleyhinə başlayan aksiyalar artıq bu ölkədə sistemdə əməlli-başlı problemin olduğunu göstərir. Donald Trampın ABŞ-da hakimiyyətə gəlməsindən sonra onun irəli sürdüyü əsas xarici müdəallardan biri İrandakı molla rejiminin dəyişməsi idi. Bu həm də Vaşinqtonun okeanın bu tayındakı müttəfiqi İsrailin də çoxdankı arzusu idi. Buna görə həm CİA, həm də Mossad İranda molla rejimini daha liberal bir rejimlə əvəzləmək üçün ciddi fəaliyyət içindədir.
Ancaq buna rəğmən ölkənin özündə də kifayət qədər problem var idi. İlk növbədə Qərbin sanksiyaları səbəbi ilə iş adamları xarici bazara çıxışı yox dərəcəsindədir. Ölkədə siyasi azadlıqlar yoxdur, qeyri-fars millətlərin hüquqları pozulur. Həmçinin son prezident seçkilərində islahatçı prezident Həsən Ruhanin qarşısına mühafizəkar dairələr İslam dünyasının üçüncü ən böyük ibadətgahı olan Məşhəddəki ''İmam Rza Məqbərəsi''nin rəhbəri İbrahim Rəisini çıxarmışdılar. Hazırkı dini lider Ayətullah Əli Xamneyi yerinə keçməyə yeganə iddialı olan keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncani anidən vəfat etdi. Buna görə də onun yerinə hazırda əsas iddialılar Həsən Ruhani və İbrahim Rəisidir. Rəisinin rəhbərlik etdiyi və birbaşa Məşhəddən idarə olunan bu aksiyalar Ruhaniyə qarşı yönəlib və onu sıradan çıxarmaq üçündür. Zənnimcə hazırki vəziyyətdə cənub bölgəsində təhlükəsizliyi gücləndirməyi və İranın çox da qarışmamasına çalışmalıyıq. Çünki İran qarışsa bura terror təşkilatları yol aça bilər və bunun da ən çox zərəri bizə dəyər. Ancaq İrandakı soydaşlarımızın hüquqlarının və sosial rifahını artırılmasınada çalışmalıyıq. Ümumilikdə mənim fikrimcə İran üçün nicat yolu demokratik rejimli federativ respublikadır.
Əliyev Şaiq, Qərbi Kaspi Universitetinin tələbəsi