Paşinyan və Brüssel Moskvanın sərt baxışları altında "müstəqillik tanqosu"

Analitika 20:11 11.07.2018
İnsanlar yenə də aldandılar. Bu dəfə erməniləri "küçə demokratı" yanlış yola saldı.
 
Nikol Paşinyan adlı müxalif siyasətçi hakimiyyətə gələrək demokratiya vədi verdi, lakin bunun altından adi saqqallı radikal çıxdı. İndi erməni cəmiyyəti bu "saqqal"dan canını qurtarmağa çalışır. Moskva da hələlik qıcıqlandığını ifadə edir. Bunların fonunda N.Paşinyan Brüsselə üz tutmağa qərar verib. Ekspertlər bu məqama ayrıca diqqət yetirirlər. Bu nədir - İrəvanın müstəqillik həvəsi, yoxsa növbəti siyasi blef? Bir sıra mütəxəssis Ermənistanın xarici siyasət kursunu dəyişə biləcəyini deyir. Digərləri isə bunun hazırkı şərtlər daxilində mümkün olmadığını müdafiə edir. Çünki əgər Rusiya Suriyada Qərbə meydan oxuyursa, əsrlərdir ki, at oynatdığı Cənubi Qafqazda tam təsiri altında olan və özünün qondardığı bir ölkəni Avropaya necə verə bilər? Real siyasi mövqedən baxanda bu, yaxın perspektiv üçün mümkün deyildir. Biz hələ uzaq perspektivi demirik. Bütün bunlara görə, N.Paşinyanın Avropa oyununun arxasında nələrin dayana biləcəyi üzərində geniş dayanmağa ehtiyac görürük.
 
"Küçə demokratı": Aİ paytaxtında yürüş həvəsi
 
Ermənistan hakimiyyətinin xarici siyasətdə qeyri-konstruktiv mövqe tutması ilə bağlı çox yazılar dərc olunub. Mütəxəssislər bu siyasətin faktiki olaraq iflasa uğradığını danılmaz faktlarla sübut edirlər. Rəsmi İrəvan isə dəyişmək fikrində olmadığını hər fürsətdə nümayiş etdirir. Artıq Ermənistan vətəndaşları Nikol Paşinyanın da səmərəli bir addım atacağına ümidlərini kəsiblər. Sosial şəbəkələrdə bununla bağlı ermənilər fikirlərini açıq ifadə etməkdədirlər.
 
İndi erməni KİV-ləri N.Paşinyanın Brüsselə olacaq səfəri ətrafında müzakirələrə baş vurur. Müxtəlif məqalələrdə bu addımın xarici siyasətə hansı təsirləri edə biləcəyi ilə bağlı tezislər irəli sürülür. Ancaq burada iki maraqlı məqam vardır ki, geosiyasi müstəvidə müəyyən düşüncələrə yol açır. Həmin düşüncələr Ermənistan rəhbərliyinin növbəti dəfə kiçik və süni qondarılmış bir Cənubi Qafqaz ölkəsini dalana dirəməsi ilə bağlıdır.
 
Məsələ ondan ibarətdir ki, erməni siyasi-analitik təfəkkürü rəsmi İrəvanın xarici siyasətini ziddiyyətsiz təqdim edə bilmir. Onlar pafosla Rusiya ilə strateji əlaqələrdən hansı məntiqlə bəhs edirdilərsə, indi eyni hay-küy və absurdluqla Avropa İttifaqı və NATO ilə əməkdaşlığın inkişaf perspektivlərindən dəm vururlar. Hər iki halda ermənilərin arqumentləşdirmə məntiqi sünidir. Elə bir tutarlı fakt ortaya çıxara bilmirlər ki, insanlar ona uyğun olaraq desinlər ki, Ermənistan-Aİ əməkdaşlığı yüksələn xətlə inkişaf etməlidir, yaxud Ermənistan-NATO əlaqələrinin dərinləşməsi üçün zəruri şərait mövcuddur. Fakt və əsaslandırma yoxdur, əvəzində, pafos və bədnam din eyniliyi, mədəniyyət oxşarlığı haqqında şovinist iddialar mövcuddur.
 
Konkret situasiyaya baxaq. Erməni mətbuatı N.Paşinyanın Brüsselə səfəri ilə bağlı tərəflərin qarşılıqlı olaraq geniş əməkdaşlığa can atdıqlarından yazır. Hətta Aİ-nin Ermənistandakı nümayəndəsinin belə fikrini gətirir: "Biz N.Paşinyanı isti qarşılayacağıq" (bax: Важнейший мессидж со стороны Запада накануне визита Никола Пашиняна / 1in.am, 5 iyun 2018). Aİ diplomatiyasının rəhbəri Federika Moqerini isə Ermənistanla əlaqələri inkişaf etdirməklə bağlı əldə olunan razılığı "uğur tarixi və tarixi imkan" adlandırıb (bax: əvvəlki mənbəyə).
 
Deməli, hazırda Aİ-Ermənistan münasibətləri cəbhəsində vəziyyət belədir: tərəflər əməkdaşlıq etməyə hazır olduqlarını bildirirlər. Vəssalam! Eyni ritorikanı uzun illər Serj Sarkisyan işlətmirdimi? Brüssel və İrəvan bir-birlərini tərif etmirdilərmi? Avropanın müxtəlif təşkilatları Ermənistanı Cənubi Qafqazın ən azad ölkəsi kimi qiymətləndirmirdilərmi? Onlar bilirdilər ki, reallıq belə deyil və yalan danışmaqdan çəkinirdilər.
 
İndi də eyni vəziyyətdir. N.Paşinyan küçə adamı kimi heç bir real, konkret və demokratik fikir irəli sürməyib. Onun mülahizələri radikal küçə zorbaçısının fikirlərindən elə də fərqlənmir. Analitiklər indiyə qədər N.Paşinyanın elə bir fikrini nümunə gətirə bilmirlər ki, demokratiyaya, müasirliyə və səmərəli əməkdaşlığa səsləsin. Əksinə, onun artıq Rusiya kimi böyük bir dövlətin başçısını qıcıqlandırmağa başladığından bəhs edirlər. Praktiki olaraq Ermənistanın xarici siyasətində Qərbə tərəf addım atdığını təsdiq edən bircə fakt belə yoxdur. Olması da gözlənilən deyil. Çünki Moskva dərhal öz "erməni çocuğu"nun qulağını dartar.
 
Siyasi blef: köhnə diplomatiyanın yeni nəğməsi
 
Əvəzində nə vardır? Yenə də Serj Sarkisyanın dövründə olduğu kimi, söz! Nikol Paşinyan onu indi bir az fərqli tonda ifadə etməyə çalışır. Ermənistanın suverenliyinin təmin edilməsi və hər iki böyük geosiyasi düşərgə ilə eyni zamanda və eyni səviyyədə əməkdaşlıq edə bilmək imkanından danışır. Lakin anlamır ki, bu yalnız xəyalda ola bilər, real siyasət konkretlik və dəqiqlik tələb edir - ya bu tərəfdəsən, ya da o tərəfdə! Bitərəf və müstəqil mövqe o zaman ola bilər ki, müstəqil xarici siyasət yeritmək potensialın ola. Bu isə Ermənistan rəhbərliyində yoxdur və belə getsə olmayacaq da! Çünki Ermənistanın bütün siyasi sahəsinə Rusiya tam nəzarət edir. Məhz Moskvanın himayədarlığı sayəsində formal da olsa, Ermənistan adlı dövlət xəritədə var.
 
Belə deyilsə, Ermənistan iqtisadiyyatının neçə faizinin Rusiya ilə birbaşa bağlı olduğunu desinlər. Ermənistanın enerji infrastrukturunun neçə hissəsinə Rusiyanın nəzarət etdiyini bir daha söyləsinlər. Ermənistanın hərbi qüvvəsinin neçə faizinin Rusiyadan asılı olduğunu, onun təhlükəsizlik sistemində nə qədər rus təsirinin mövcudluğunu açıqlasınlar. Siyahını uzatmaq olar. Bütün hallarda ermənilərin yolunun Moskvadan keçdiyini görərsiniz. Belə bir ölkə Aİ ilə necə müstəqil əlaqələr qura bilər?
 
Əgər belə deyilsə, nəyə görə N.Paşinyan küçədə etiraza başlayanda Rusiyadan mesaj gəldi ki, bu ölkədə yaşayan ermənilər Ermənistan əhalisindən çoxdur? Əgər onlar Ermənistana axın etsələr, səslər kimin xeyrinə veriləcək? Cavab aydındır, hətta N.Paşinyana belə!
 
Bəs onda söhbət nədən gedir? Burada bir neçə variant ola bilər. Ermənistan növbəti blefi ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqların qarşısına yeni əngəllər çıxarmağa çalışa bilər. Məsələn, Qərbi bu prosesdə daha da fəallaşdırmağa cəhd edərək vasitəçilərin özləri arasında fikir ayrılığını dərinləşdirər. Deyək ki, Qərb dövlətləri ilə Rusiya arasında danışıqların necə davam etdirilməsi ətrafında fikir ayrılığı yarana bilər. Tərəflərdən hər biri özünü başlıca təşəbbüskar və "həll açarı"na sahib tərəf kimi təqdim etməyə çalışarlar. Bu mənasız söz savaşı isə illər aparar.
 
Başqa məqam rəsmi İrəvanın Moskvaya ondan uzaqlaşa biləcəyi mesajını verməklə əlaqəli ola bilər. Bunu isə ermənilər Rusiya-Türkiyə və Rusiya-Azərbaycan əməkdaşlığının daha da inkişaf etməsi fonunda qəsdən edərlər. Çünki son vaxtlar həm Türkiyə, həm də Azərbaycan konkret sahələrdə öz böyük qonşuları Rusiya ilə əlaqələri inkişaf etdiriblər. Məsələn, Rusiya Azərbaycanla hərbi əməkdaşlıqla yanaşı, Xəzərin statusunun müəyyənləşməsində ortaq dil tapıb və hətta TANAP-ı alqışlayıb. Bu o deməkdir ki, zaman-zaman Rusiya və Azərbaycan bütün məsələləri həll edə bilərlər. O cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllində ortaq mövqeyə gəlmək mümkündür.
 
Üçüncü ssenari Qərbi Cənubi Qafqazdakı geosiyasi proseslərə daha çox qarışdırmaqla, ümumilikdə, regionda gərginlik yaratmaqla bağlı ola bilər. Bu halda da Ermənistan ümid edir ki, münaqişə ətrafında aparılan danışıqlar dalan dirənməlidir. Çünki Rusiya ilə Qərb arasında Cənubi Qafqaz məsələsində ciddi fikir ayrılığı olsa, danışıqlar səmərəli ola bilməz. Tərəflərin hər biri öz maraqlarına üstünlük verməklə başqa mövqeni qəbul etmək istəməyəcək.
 
Beləliklə, rəsmi İrəvanın növbəti Qərblə əməkdaşlıq oyunu əslində Cənubi Qafqazda geosiyasi gərginliyi yeni konfrontasiya müstəvisinə keçirmək niyyəti ilə bağlıdır. Burada başlıca məqsəd münaqişənin qeyri-müəyyən vəziyyətdə qalmasına davam etməkdir. Məhz buna görədir ki, erməni analitiklər və onlara quyruq bulayan rusiyalı bir sıra ekspertlər mürəkkəb və ziddiyyətli bir vəziyyətin yarandığı görüntüsü formalaşdırmağa çalışırlar. Onlar müəyyən təbliğat kampaniyası aparırlar. Lakin erməni siyasilərin anlamadığı bir incə məqam mövcuddur.
 
Rusiya o qədər böyük və güzəştsiz davranan dövlətdir ki, özündən asılı olanların səhvini bağışlamır. Rəsmi İrəvanın Qərb oyunu müəyyən həddə çatanda Kremlin yumruğu mütləq Ermənistan rəhbərliyinin başını partladacaq. Təcrübə göstərir ki, bu, çox müxtəlif formalarda ola bilər. Ermənistan ölkə olaraq cəzalandırıla bilər. Onun siyasi lideri qəzanın qurbanı olar. Küçələrdə etiraz dalğası başlayar. Rusiyadakı erməni oliqarxlar və mədəniyyət xadimlərinin müraciəti meydana çıxa bilər. Və yaxud 1998-ci ildə olduğu kimi parlamentdə güllə səsləri eşidilər. Hansı üsulun seçilməsindən asılı olmayaraq məqsəd bir olacaq - Ermənistanı mövcud olduğu geosiyasi buxovda saxlamaq! Erməni azad ola bilməz!
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Paşinyan "mühacir Qarabağ hökumətini" tanımadığını bildirib
11:39 28.03.2024
ABŞ-Ermənistan-Aİ müştərək konfransı Azərbaycana təzyiq planının tərkib hissəsidir - deputat Könül Nurullayeva
11:30 28.03.2024
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
11:24 28.03.2024
Ermənistan hökuməti separatçıların İrəvandakı açıqlamalarına göz yumur - BƏYANAT
11:20 28.03.2024
Hamısı