Minalardan təmizlənmə sahəsində Azərbaycanın atdığı cəsur addımlar Qulam İsakzainin məqaləsi

Analitika 15:00 10.08.2018

1999-cu ildən bəri ANAMA 520 milyon kvadrat metr Azərbaycan torpağını təmizləyib və təqribən 800 000 mina və digər partlayıcı qurğuları məhv edib. Şəkil: ANAMA.

Qulam İsakzai,
 
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Azərbaycandakı Rezident Əlaqələndiricisi 

 Yeni vəzifəmin icrasına başlamaq üçün ilk dəfə Azərbaycana gəldiyimdə, ölkənin bir çox çətinliklərdən keçdiyini bilirdim, amma heç vaxt on minlərlə qeydiyyata alınmamış minanın iri əkin sahələrini təhlükəli və istifadəyə yararsız hala salması barədə düşünməmişdim.

Keçmişdə humanitar sahədə fəaliyyətimlə əlaqədar olaraq, minaların böhran və böhrandan sonrakı dövrdə buraxdığı dəhşətli nəticələrlə yaxından tanışam.

Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ Muxtar vilayəti ilə bağlı 1988-ci ildə başlamış ərazi mübahisəsindən bəri burada bəzilərinin ölçüsü balıq konservindən böyük olmayan minalar var. Bugün hələ də fermerlərin öz əkin sahələrinə giriş imkanı yoxdur. Ailələrə meşələrin dərinliklərinə getməmək barədə xəbərdarlıq edilir və valideynlər öz övladlarına daim nəzarət etməli olurlar.

20 il əvvəl hökumət ən təhlükəli ərazilərdə humanitar minalardan təmizlənmə əməliyyatları aparmaq üçün qeyri-hərbi təşkilat olan Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyini (ANAMA) təsis etdi.

İlk olaraq, BMT-nin İnkişaf Proqramı ANAMA-nın şəxsi heyətini minalanmış ərazilərin müəyyən olunması məqsədilə sorğuların aparılması, partlayıcı maddələrin ortadan götürülməsi və qəza baş verdikdə sağ qalanlara yardım göstərilməsi kimi mina fəaliyyəti ilə bağlı bütün aspektlər üzrə təlimatlandırmaq məqsədilə beynəlxalq ekspertlər dəvət etdi.

ANAMA-nın müstəqil bir quruma çevrilməsi cəmi 5 il çəkdi. 20 illik fəaliyyət nətcəsində agentlik hazırda 520 milyon km2 Azərbaycan ərazisini minalardan təmizləyib, təxminən 800.000 ədəd mina və digər partlayıcı qurğuları məhv edib və 160.000-dən çox azərbaycanlının məcburi tərk etmiş olduğu ərazilərə qaytarılması üçün təhlükəsiz şərait yaradıb.

İki ildən artıq bir müddət ərzində ANAMA-nın rəhbərliyi və şəxsi heyəti məndə çox yaxşı təəssürat oyadıb. İnsanlarla bağlı bu cür məsələlərlə məşğul olduğu üçün, agentlik özündə yüksək ünsiyyət bacarıqlarını inkişaf etdirməli olub. ANAMA-nın maarifləndirmə kampaniyaları hər il 50.000-dən çox məktəblini əhatə edir.

Əhali ilə işləyən işçi heyəti hər qapını döydüyü zaman mina təmizləyənlər hər kvadrat metr ərazini təmizləyir.

Amma daha çox şey var. ANAMA mina partlayışlarının nəticələrindən xəbərdar olduğu üçün, hadisə qurbanlarını və onların ailələrini qorumaq məqsədilə mikro-kredit layihəsi də həyata keçirir. Qurum keçmiş müharibə bölgələrində xalçaçılıq-toxuculuq seminarları keçirir, həmçinin sakinlərə təkcə həyata tutunmağa deyil, həm də gələcəyə baxmağa imkan verən başqa proqramlar da təşkil edirlər.

Mina partlayışları nəticəsində sağ qalmış şəxslər tibbi yardım və reabilitasiya  alırlar. Bu yaxınlarda Cəbrayıl rayonunun 2016-cı ilin aprelində Azərbaycan ordusu tərəfindən azad edilmiş bir kəndini ziyarət etdim. O vaxtdan bəri ərazi ANAMA tərəfindən tamamilə təmizlənmiş və bu da əhalinin öz doğma yuvalarına qayıda bilmələrinə səbəb olmuşdur. Orada görüşdüyüm və söhbət etdiyim insanların gözündə, 25 illik çətinliyə dözdükdən sonra bir ümid qığılcımı və rahatlıq hissi gördüm.

Amma məni ən çox təsirləndirən şey, həyatlarının ən kədərli dövrlərindən birində insanların ANAMA və onun təklif etdiyi geniş yardım proqramları ilə rahatlıq tapmaları oldu. Tanış olduğum mina partlayışı qurbanlarından biri Cavid Mehrəliyev, əlilliyi və müxtəlif sağlamlıq qüsurları səbəbindən ağır depressiyaya və sosial təcridə məruz qaldığını söylədi. Hazırda, iyirmi il sonra Cavid ANAMA-nın Füzulidə yerləşən regional ofisinin əməliyyatlar şöbəsinin rəhbəridir. Mənə görə bu, “Heç kimi yarı yolda qoymamaq” cümləsinin ən düzgün ifadə formasıdır.

Fəaliyyət tədbirləri humanitar və inkişaf sahələrini bir araya gətirərək münaqişələr nəticəsində travma almış və sosial təcriddən əziyyət çəkən çox sayda insanın  normal həyat tərzlərinə qayıtmasını təmin edir.

Bugün ANAMA müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. BMTİP-in dəstəyi ilə agentlik Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO), Beynəlxalq Qızıl Xaç Komitəsi və Dünya Bankı da daxil olmaqla, bir sıra təşkilatlarla əlaqələrini təmin etmişdir.

Cenevrə Beynəlxalq Humanitar Minalardan təmizlənmə Mərkəzi ilə əməkdaşlıq mina fəaliyyətinə dair məlumatların yeni idarə edilməsi sistemlərinin inkişaf etdirilməsinə və bu sahədə yeni texnologiyaların sınaqdan keçirilməsinə yönəlmişdir. ANAMA həmçinin, xarici ölkələrdəki mina əleyhinə milli fəaliyyət proqramlarına köməklik göstərməyə, Gürcüstanda, Türkiyədə və mənim ölkəmdə - Əfqanıstanda təlimlər həyata keçirməyə başlayıb.

Minalar cəmiyyətləri və yerli iqtisadiyyatları onilliklər müddətinə zərər vura bilər. Məhz bu səbəbdən, dünyanı bu qorxunc bəladan xilas etmək üçün qətiyyətimizi ikiqat artırmalı və insanlara təkcə bərpa olunmağa deyil, həm də inkişaf etməyə yardım etməliyik.

Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR - CANLI
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Kəlbəcərdə "futbol həyəcanı" - VİDEO
11:18 19.04.2024
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
11:15 19.04.2024
“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:50 19.04.2024
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
10:45 19.04.2024
Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
09:33 19.04.2024
İranlı general: İsfahanda heç bir dağıntı yoxdur
09:20 19.04.2024
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
09:00 19.04.2024
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Hamısı