Paşinyanın 100 günü ÖZƏL

Analitika 10:57 16.08.2018
Oleq Kuznetsov,
 
Rusiyalı politoloq və tarixçi,
 
özəl olaraq Eurasia Diary üçün

Düz 50 gün bundan əvvəl Eurasia Diary xəbər portalı mənim Nikol Paşinyanın hakimiyyətə gəlməsinin 50 günlüyünə həsr olunmuş məqaləmi dərc etmişdi. Düzünü deyim, mənim üçün o gündən heçnə dəyişməyib. Lakin hakimiyyətdə olduğu növbəti 50 gündə, Paşinyan sözün əsl mənasında vacib addımlar atdı. O, bunlardan sonra özünü yalnız küçə etirazlarının lideri kimi deyil, həmçinin ciddi siyasi addımlar atmağı bacaran bir siyasətçi kimi göstərdi. Son üç ayda Paşinyan qəbul olunmuş stereotipləri sındırmağı bacardı. Bununla da, onu bir siyasətçi kimi izləyənlərdə maraq oyatdı.

Nikol Paşinyanın Ermənistanda apardığı inqilabi islahatların təhlilinə başlamazdan əvvəl, daha öncə yazdığım məqaləni yadınıza salmaq istəyirəm. İlk olaraq, qeyd edim ki, Paşinyanın Ermənistan rəhbəri vəzifəsində atdığı addımlar plansız, məqsədsiz və balanslaşdırılmayıb.

Onun ilk siyasi və hüquqi təşəbbüsünə nəzər salaq. Paşinyan cərimələr ləğv edilmədən yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin alınması üçün trafik nəzarət kameraları əsasında verilməsi, sonra isə kameraların sökülmədən və cərimələri ləğv etmədən yol hərəkətinə dair qaydalardan bəzi normaların çıxarılması oldu. Yəni o qanun qüvvədə ola-ola, nəticəsini ləğv etmək istəyirdi. Paşinyan Dağlıq Qarabağ məsələsinin həlli yolunu da özünəməxsus yanaşmaları vardı.

Siyasətçi hakimiyyətə gəldiyi ilk gündən, xalqını azadlığın dəstəklənməsi Aktının 907-ci maddəsinə əsasən, “Dağlıq Qarabağ ABŞ höküməti tərəfindən Azərbaycanın suveren ərazisinin bir hissəsi kimi tanınmır”- fikrinə alışdırmaq olub. Qondarma Artsax vilayətinin Qarabağ məsələsininin həlli prosesinə qoşulması təklifi ilə o, sanki 24 il Azərbaycan və Ermənistan arasında axtarılan bütün çıxış yollarını bir addımla yox etdi.

Bu addım 18 ildir ki, Ermənistanda “Qarabağ klanı”nın hakimiyyətdə olması və Dağlıq Qarabağın erməni separatçılarının qanunsuz silahlı birləşmələrindən ibarət səhra komandirlərinin hakimiyyəti ələ keçirməsindən qaynaqlanır. 27 oktyabr 1999-cu il terror aktından sonra və 1-2 may 2008-ci ildə vətəndaşların  dinc nümayişlərinin dağıdılmasında sonra onun hərəkəti qanuni sayıla bilməzdi. Lakin bu da son deyildi. Paşinyan öz oğlunu könüllü şəkildə işğal olunmuş Azərbaycan torpaqlarına hərbi xidmətə göndərdi. Bununla da, o Artsaxın muxtar bir dövlət olmadığını, sadəcə Ermənistana tabe olan bir işğalçı rejim olduğunu göstərdi. Yəni bu, heç vaxt müzakirə mövzusu ola bilməz. Ermənistanın baş nazirinin son addımı yenə də müzakirə obyekti oldu. Onun öz ölkəsində hansı siyasi rejim yaratmaq arzusunda olduğu hələ də sual altındadır.  

Dövlət çevrilişində ittiham olunan Ermənistanın keçmiş Prezidenti Robert Köçəryanın həbs ediməsi də Paşınyanın köhnə rejimlə vidalaşmaq istəyi ilə əlaqələndirilir. O, “Qarabağ klanı”na həm daxili, həm də xarici siyasətdə son qoymaq istəyir.

Bunu tezləşdirmək üçün isə payızda erkən parlament seçkiləri nəzərdə tutulub. Bu Ermənistanda olan “Qarabağ klanı”nı ləğv etməkdir. Ermənistanın Respublikaçılarpartiyasının yarandığı gündən faşist partiyası olması bu sahə ilə maraqlanın insanlar üçün sirr deyil. Xüsusən də, bu 2004-cü ildə “Qaraqen Njde və onun təlimi” adlı partiya broşüru dərc edildikdən sonra daha da qabardı. Ermənilər hələ 1930-cu illərin əvvəllərində “Daşnaksütyun” partiya qəzetinin səhifələrində Mussolinini erməni millətçilərindən faşist ideologiyasını oğurlamaqda ittiham edirdilər. Bu səbəbdən Qaraqen Njdenin heykəli İrəvanda Paşinyanın öz iş otağından görə bildiyi yerdə, hökumət binasının qarşısında ucaldılıb.

Nikol Paşinyan öz xalqını faşist millətçiliyi düşüncəsindən təmizləsə və ona demokratik mədəniyyətin əsas xüsusiyyətlərini aşılaya bilərsə, onun Ermənistanın milli qəhrəmanı olmaq üçün böyük şansı yarana bilər. Lakin mənim fikrimcə, o, erməni xalqını sivilizasiya, demokratiya və tərəqqi yoluna yönəldə bilməyəcək. Ermənistanın daxili siyasəti barədə anlayışı olan hər kəs bilir ki, ölkə üçün əsas dayaq Yerkrap Birliyidir. Yerkrap Birliyi Azərbaycan torpaqlarında erməni işğalçı qüvvələrinin veteranlaşmış hərbi birləşməsidir. Ermənistan siyasətindən Respublikaçılar Partiyasını yox etməyə çalışarkən, Paşinyan, paralel olaraq bu hərbiləşdirilmiş quruluşu qanundan kənar elan etməlidir. Buradan bir neçə sual yaranır. Nəyə görə o, öz oğlunu könüllü-yerkrap qismində Dağlıq Qarabağ zonasına hərbi xidmətə göndərdi? Yoxsa Paşinyan həqiqətən də, siyasi prinsipləri üçün doğma oğlunu qurban verməyə hazır idi? Hər halda, burada uyğunsuzluq var. Hansı məqsədlə Paşinyana öz oğlunu yerkrap, yəni, faşistə çevirmək istəyirdi? Bir halda ki, o, öz ölkəsində faşizm ilə mübarizə aparırdı. Nikol Paşinyanın 100 günlük idarəçiliyi bu suallardan heç birinə cavab vermədi.

Yalnız bir şey aydın oldu, Paşinyan hakimiyyətdə qalmaq üçün əlindən gələn hər şeyi edəcək. Hakimiyyəti əldən verməmək üçün Paşinyanın daha da qeyri-adi addımlar atacağı gözlənilir. Bizə isə bu mübarizənin sonunda kimin qalib, kimin isə məğlub olacağını izləmək qalır.

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Qarabağdan indiyədək çıxan rus hərbçilərinin və texnikanın SAYI
15:34 18.04.2024
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
15:30 18.04.2024
İşıqforlarla bağlı vətəndaşlara MÜRACİƏT
15:16 18.04.2024
Azərbaycanın təklif etdiyi sülh xalqın... - Deputat Məzahir Əfəndiyevlə MÜZAKİRƏ - VİDEO
15:00 18.04.2024
Rusiya XİN: Aİ-nin Bakı ilə İrəvan arasında normallaşma prosesi ilə bağlı səyləri səmərəsizdir
14:50 18.04.2024
Mariya Zaxarova: Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün mümkün olan hər şeyi edib
14:45 18.04.2024
Hamısı