Avropa Amerika siyasətinə etibar etmir ÖZƏL

Analitika 11:29 03.09.2018

Amerikanın müxtəlif ölkələrə qarşı sanksiyaları getdikcə artır və sərtləşir. Amerikanın Rusiyaya qarşı növbəti sanksiyaları qüvvəyə mindi. Sanksiyalar Rusiyaya qarşı 4 il əvvəl qəbul olunub. Bunun səbəbi Rusiyanın 2014-cü ildə Krımı işğal etməsi idi. Həmin il Rusiyaya qarşı tətbiq olunan sanksiyalar bu ölkəyə birbaşa mənfi təsir etmədi. Ancaq illər keçdikcə Rusiya iqtisadiyyatı zəiflədi. Hazırda Rusiyada həm inflyasiya, həm də devalvasiya artır. Rubl dəyərdən düşür. Rusiya vətəndaşlarının alıcılıq qabiliyyəti azalır. Rusiya iqtisadiyyatı bundan sonra daha da zəifləyəcək. Vladimir Putin prezident seçiləndə islahatlar aparacağını, yeni iş yerləri açacağını və pensiyaların artırılacağını vəd etmişdi. Bu sanksiyalar fonunda Putin vədlərini yerinə yetirə bilməyəcək.

Amerika eyni üsulla Türkiyəni zəiflətməyə çalışır. ABŞ-la Türkiyə arasındakı münasibətlərdə keçmişdə də müəyyən problemlər olub. Ancaq Amerikada Türkiyəyə qarşı fərqli münasibət var idi. Məsələn, Konqres Türkiyəyə qarşı olanda Ağ Ev administrasiyası Ankara ilə sıx münasibətlərin tərəfdarı idi. İndi isə həm Konqress, həm də Ağ Ev eyni dərəcədə Türkiyəyə qarşı sərt siyasət həyata keçirirlər. Bu vəziyyət Türkiyənin əleyhinədir. Ancaq Türkiyə ilə Rusiyanı fərqləndirən xüsusiyyət də var. Ukrayna və Solsberi (Böyük Britanlyanın bu qəsəbəsində zəhərlənmə hadisəsi) hadisələrinə görə Rusiyaya qarşı həm ABŞ-ın, həm də Avropa İttifaqının sanksiyaları mövcuddur. Türkiyəyə qarşı isə yalnız Amerika sanksiya tətbiq edir. Avropa İttifaqı əksinə, ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları pisləyir və Ankaraya dəstək ifadə edir. Amerika ilə Avropa arasındakı bu fikir ayrılığı Türkiyənin xeyrinədir. Bu faktor Türkiyə ilə Avropanı bir-birinə yaxınlaşdırır. Türkiyə-Amerika münasibətləri pisləşənə qədər Türkiyə ilə Avropa İttifaqı arasında da münasibətlər normal deyildi. Ancaq Amerikanın Türkiyə iqtisadiyyatını zəiflətməyə çalışması Avropanın maraqlarına cavab vermir. Bunun iki səbəbi var. Birinci səbəb. Türkiyə Avropa İttifaqının əsas ticarət tərəfdaşlarından biridir, ticarətin həcmi 100 milyardlarla dolları keçir. Türkiyəni zəiflətmək Avropanı zəiflətmək deməkdir. Bu səbəbdən Brüssel Türkiyənin zəifləməsəni istəmir. İkinci səbəb. Avropa ehtiyat edir ki, Amerika Türkiyədən sonra başqa bir dövləti də sanksiyalarla cəzalandırmaq istəyə bilər. Onsuz da bu dövlətlərin sayı artır. Amerikanın Rusiya, İran və Çindən sonra Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsi Brüsseli qorxudur. Çünki Rusiya, İran və Çindən fərqli olaraq Türkiyə Amerikanın strateji tərəfdaşı olub. Əgər Amerika strateji tərəfdaşını cəzalandırırsa, sabah Avropadakı başqa strateji tərəfdaşına qarşı da eyni siyasəti tətbiq edə bilər. Ona görə də Avropa bu gün Türkiyəni müdafiə edir ki, sabah özü eyni aqibətlə üzləşməsin. Amerika Türkiyəyə qarşı sanksiya siyasəti tətbiq etməyə başlayanda Avropa İttifaqının iki başlıca dövləti – Fransa və Almaniya Türkiyəni dərhal dəstəklədi. Hər iki ölkənin lideri Türkiyənin Cümhurbaşkanı Rəcəb Təyyub Ərdoğanla telefonla danışdı. Bunun nəticəsidir ki, Türkiyə Cümhurbaşkanı sentyabr ayında Almaniyaya səfərə hazırlaşır. Halbuki, son vaxtlara qədər Berlin-Ankara münasibətləri də hamar deyildi. Buna baxmayaraq, Avropa İttifaqı-Türkiyə yaxınlaşması strateji deyil, taktiki mahiyyət daşıyır. Brüssel əvvəlki tək Türkiyəni Avropa İttifaqına üzv etmək istəmir. Amerika-Türkiyə münasibətlərindəki gərginlik bu prosesə müsbət təsir etməyəcək.

“Atlas” Araşdırmalar Mərkəzi

Kirakosyandan Azərbaycana qarşı növbəti təxribat dolu İDDİALAR - VİDEO

Xəbər xətti

Qəzzada ölənlərin sayı 34 minə YAXINLAŞIR
19:20 16.04.2024
Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlıq MÜZAKİRƏ OLUNDU
19:10 16.04.2024
Zelenski Ukraynada səfərbərlik haqqında qanun imzalayıb
18:56 16.04.2024
Şəxsi bank kart məlumatları ələ keçirilir - DİN-dən XƏBƏRDARLIQ
18:47 16.04.2024
Bakıda yol qəzası sıxlığa səbəb olub
18:38 16.04.2024
Azərbaycanın cəsur qadınları QARABAĞDA! - VİDEO - FOTOLAR
18:32 16.04.2024
Umud Mirzəyev: “Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində səsləndirdiyi iddialar absurddur”
18:30 16.04.2024
Kirakosyandan Azərbaycana qarşı növbəti təxribat dolu İDDİALAR - VİDEO
18:21 16.04.2024
Paytaxtda 19 yolda sıxlıq müşahidə olunur
18:19 16.04.2024
Sabah Bakının üç rayonunda qaz olmayacaq
18:10 16.04.2024
Nazim Bəydəmirlinin istintaqı yekunlaşıb: Məhkəmə başlayır
17:47 16.04.2024
Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına gedir
17:35 16.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı əssasız İDDİALAR - VİDEO
17:30 16.04.2024
Azad edilmiş ərazilərdəki yaylaqlara 4 mindən çox fermer KÖÇƏCƏK
17:25 16.04.2024
Rusiyada TikTok bloklana bilər
Rusiyada TikTok bloklana bilər
17:17 16.04.2024
Daha 156 ailə Füzuli şəhərinə köçürüləcək
17:00 16.04.2024
İran Prezidenti Putinə zəng edib
16:55 16.04.2024
Tiktoker “Semka” HƏBS OLUNDU
16:50 16.04.2024
AÇG-dəki yeni ACE platformasından hasilat BAŞLANDI
16:40 16.04.2024
Twitter yeni istifadəçilər üçün ÖDƏNİŞLİ OLDU
Twitter yeni istifadəçilər üçün ÖDƏNİŞLİ OLDU
16:35 16.04.2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
16:20 16.04.2024
Misirdən ŞOK XƏBƏR: Hüsnü Mübarək hələ YAŞAYIR? - VİDEO
Misirdən ŞOK XƏBƏR: Hüsnü Mübarək hələ YAŞAYIR? - VİDEO
16:15 16.04.2024
Maqnit qasırğasından necə qorunaq? - Həkim AÇIQLAYIR
16:00 16.04.2024
İsrail-İran konflikti Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? - Açıqlama
15:30 16.04.2024
Azərbaycanda baş redaktor və müxbir həbs edildi
15:15 16.04.2024
Füzuli şəhərində infrastruktur necə qurulur? - VİDEO
15:00 16.04.2024
“İran və İsrail arasında münaqişənin alovlanması...” – İngilis Politoloqdan ÖZƏL ŞƏRH
14:50 16.04.2024
Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib
14:40 16.04.2024
Cənubi Qafqazı xaosa sürükləmək istəyənlər... – GİZLİ MƏQAMLAR – ŞƏRH
14:30 16.04.2024
Prezidentdən Türkiyə–Azərbaycan Universiteti ilə bağlı FƏRMAN
14:22 16.04.2024
Salam Sarvan yenidən əməliyyat olunacaq
14:19 16.04.2024
İsrail XİN İranla bağlı 32 ölkəyə ÇAĞIRIŞ ETDİ
14:11 16.04.2024
İlham Əliyev: "Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur"
14:05 16.04.2024
“Bələdiyyələrin statusu haqqında” qanun DƏYİŞDİ
14:02 16.04.2024
Reklam Agentliyinə sədr təyin edilən Fərhad Adıgözəlov KİMDİR? – DOSYE
14:00 16.04.2024
Prezidentdən Fərhad Adıgözəlovla bağlı SƏRƏNCAM
13:58 16.04.2024
Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edildi - SƏRƏNCAM
13:56 16.04.2024
Prezident: "Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır"
13:54 16.04.2024
Pentaqon: İranın hücumunda biz ən azı 6 ballistik raket vurduq
Pentaqon: İranın hücumunda biz ən azı 6 ballistik raket vurduq
13:49 16.04.2024
Prezident: Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq
13:40 16.04.2024
Hamısı