Bu ölkə Azərbaycan üçün strateji və sevimli tərəfdaş ola bilər

Analitika 22:52 09.09.2018

Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya səfəri zamanı imzalanmış sənədlər iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasına, müştərək investisiya layihələrinin icrasına imkan yaradacaq. Bundan əlavə dövlət başçıları arasında aparılmış danışıqlar ölkələr arasında əczaçılıq, kənd təsərrüfatı, kənd təsərrüfatı məhsullarının emalı, gəmiqayırma və digər istiqamətlər üzrə iqtisadi əməkdaşlıq əlaqələrinin də genişlənməsinə gətirib çıxaracaq.

Bu barədə Milli.Az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, siyasi analitik Elçin Mirzəbəyli Prezident İlham Əliyevin Xorvatiyaya rəsmi səfərinin nəticələrini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Xorvatiya Şərqi Avropanın kiçik, amma çox mühüm geosiyasi mövqeyə malik ölkələrindən biridir: "Xorvatiya da Azərbaycan kimi beynəlxalq nəqliyyat dəhlizləri layihələrinin gerçəkləşdirilməsində ciddi uğurlara imza atıb. Ölkə ərazisindən Qərbi və Şərqi Avropa bölgəsini Asiya və Aralıq dənizi hövzəsi ilə birləşdirən 3 panavropa nəqliyyat dəhlizi keçir. Məhz bu amilə, eləcə də Şərqi Avropanın logistik həlqəsində strateji mövqeyə sahib olduğuna görə, Xorvatiya bu il Avropa İttifaqı fondlarından aldığı 1,7 milyard avroluq maliyyə dəstəyi ilə nəqliyyat dəhlizləri infrastrukturunun genişləndirilməsi üçün bir sıra müqavilələrə imza atıb".

Analitik qeyd edib ki, Xorvatiya və Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri vardır, bu əlaqələr genişlənir və güclənir: "Son illər Xorvatiyanın iqtisadiyyatında ciddi dəyişikliklər baş verib və sənayenin inkişafı ilə bağlı mühüm addımlar atılıb. Hazırda sənaye malları Xorvatiyanın idxalının 97%-ni təşkil edir. Sənaye inkişaf etdikcə, şübhəsiz ki, enerji resurlarına, neft və təbii qaza olan tələbat da artır. Xorvatiya çox məhdud enerji resurslarına malik olduğu üçün ölkə iqtisadiyyatı, demək olar ki, tamamilə enerji idxalından asılıdır. Bütün bu amillər, eləcə də Azərbaycanın enerji və nəqliyyat dəhlizləri ilə yürütdüyü uğurlu siyasət ölkəmizi Xorvatiya üçün cazibədar edir. Şərqi Avropanın olduqca əlverişli strateji mövqeyə malik bir ölkəsi kimi Xorvatiya da Azərbaycan üçün önəm kəsb edən dövlətlərdən biridir. İki ölkə arasındakı münasibətlərin inkişafı da, ilk növbədə, qarşılıqlı faydalılıq prinsipləri üzərində qurulan əməkdaşlığın böyük perspektivə malik olmasından qaynaqlanır.
Yaxın iki il ərzində Azərbaycan qazı Cənub Qaz Dəhlizi ilə ilk dəfə olaraq Avropa məkanına çatdırılacaq. Beləliklə, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə veriləcək. Azərbaycan öz qaz potensialını daha da böyük həcmdə Avropaya təqdim edə bilər. Təsadüfi deyil ki, artıq Xorvatiya ilə İon-Adriatik qaz kəmərinin tikintisi ilə bağlı da çox əhəmiyyətli danışıqlar aparılır".

E.Mirzəbəyli hesab edir ki, Xorvatiya ilə strateji əməkdaşlığın genişləndirilməsi Azərbaycan prezidentinin yürütdüyü və xalqımızın, dövlətimizin maraqlarını ifadə edən çoxvektorlu xarici siyasətin mühüm elementlərindən biridir: "Xorvatiya Şərqi və Qərbi Avropanın nəqliyyat dəhlizləri şəbəkəsində mühüm strateji mövqeyə malikdir. Azərbaycan da hazırda Şərqlə Qərb arasında mühüm logistik mərkəz - körpü funksiyanı yerinə yetirir. Azərbaycan və Xorvatiyanın bu sahədə əməkdaşlıqlarının genişləndirilməsi, hər iki ölkənin ərazisindən keçən nəqliyyat dəhlizləri arasında sinerjinin yaradılması ciddi perspektivlər vəd edir. Xorvatiya Azərbaycanla Avropa İttifaqının münasibətlərinin inkişafına dəstək verən ölkələrdən biri kimi ölkəmizlə bütün istiqamətlərdən əməkdaşlığın genişləndirilməsi təşəbbüsü ilə çıxış edir. Bu ölkə Azərbaycanın təkcə Cənubi Qafqaz regionu üçün deyil, daha geniş, subregional bir formatda mühüm strateji mövqeyə malik olduğunu başa düşür və düzgün qiymətləndirir. Xorvatiyanın coğrafi mövqeyi, bu ölkənin Adriatik dənizi sahilində yerləşməsi, İtaliyadan sonra ən böyük sahilyanı zolağa malik olması da onun logistik mərkəz kimi cazibədarlığını daha da artırır. Şübhəsiz ki, bütün bu amillər Azərbaycanın da Xorvatiya ilə münasibətlərinə önəm verməsini əsaslandıran amillərdir".

Ekspertin fikrincə, xüsusən iki ölkə arasında kənd təsərrüfatı sektorunda əlaqələrin inkişafı üçün böyük potensial var: "Xorvatiya həm də kənd təsərrüfatı ölkəsidir. Bu sahədən əldə olunan qazanc ölkə ÜDM-nin 20, 6%-ni təşkil edir. Xorvatiya istehsal olunan kənd təsrrüfatı məhsulları ölkənin bütün ehtiyacını təmin edir və hətta üstələyir. Bu baxımdan Xorvatiya təkcə Şərqi Avropanın deyil, bütövlükdə dünyanın kənd təsərrüfatı sahəsində yüksək məhsuldarlıq əldə etmiş ölkələrindən sayılır. Təsadüfi deyil ki, Azərbaycan prezidentinin səfəri çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı. Göründüyü kimi, Azərbaycan istər enerji, istər nəqliyyat dəhlizləri, istər kənd təsərrüfatı, istərsə də digər sahələr üzrə əməkdaşlıq müstəvisində öz tərəfdaşlarını ciddi araşdırmalar və təhlillər nəticəsində seçir. Məqsəd isə ölkə iqtisadiyyatının bütün sahələrini inkişaf etdirməkdən ibarətdir".

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr III günündə davam edir - CANLI

Xəbər xətti

Stoltenberq təsdiqlədi: NATO-nun iclasında Zelenski də olacaq
05:50 18.04.2024
Qərbin təzyiqlərinə baxmayaraq, bundan imtina etməyəcəyik
03:49 18.04.2024
Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov
01:48 18.04.2024
Qarabağdan çıxarılan sülhməramlılar qatarla yola salındı
00:06 18.04.2024
Salyan sakinləri balıqların qoxusundan ŞİKAYƏTLƏNİRLƏR
23:44 17.04.2024
Tramp seçkiqabağı sorğuda Baydenə uduzur
23:23 17.04.2024
Fələstinin BMT-yə üzvlüyü sabah Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
23:00 17.04.2024
Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq
22:39 17.04.2024
IMF ABŞ-nin yumşaq fiskal siyasətini tənqid edib
22:22 17.04.2024
Bolqarıstanın cənubunda yeni quş qripi virusu aşkarlanıb
22:00 17.04.2024
Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib
21:40 17.04.2024
784-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
21:21 17.04.2024
Əli Kərimin xatirəsinə həsr olunan tədbir keçiriləcək
20:47 17.04.2024
İranlının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanıldı
20:30 17.04.2024
Qanun Tiflisi AB-dən uzaqlaşdıracaq - Mişel
20:05 17.04.2024
Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib
19:50 17.04.2024
Azərbaycanın növbəti iki ildə AQEM-ə sədrliyi dövründə görəcəyi işlər müzakirə olunub
19:28 17.04.2024
Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 17-yə çatıb, şəhərdə matəm elan edilib - YENİLƏNİB
19:18 17.04.2024
MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib
19:15 17.04.2024
Bayramov Sarıbayla görüşdü
19:00 17.04.2024
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb
18:50 17.04.2024
Azərbaycan Tatarıstanla iqtisadi tərəfdaşlığının inkişaf istiqamətlərini müzakirə edib - YENİLƏNİB
18:44 17.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr III günündə davam edir - CANLI
18:40 17.04.2024
Hakan Fidan HƏMAS sədri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
18:39 17.04.2024
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
18:33 17.04.2024
Rusiyadan Azərbaycana gətirilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb
18:20 17.04.2024
Brüssel sammitində Ursula Fon der Leyenə "cinayətkar" dedilər
18:11 17.04.2024
Naxçıvanda "Bayraktar" dronları havaya qaldırıldı
18:00 17.04.2024
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qaldı
17:50 17.04.2024
Əfv Komissiyasının iclası keçirildi
17:40 17.04.2024
Dövlət ali təşkilatdır ailə isə... - Deputat Tahir Kərimli ilə MÜZAKİRƏ - VİDEO
17:38 17.04.2024
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı YENİ XƏBƏR
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı YENİ XƏBƏR
17:30 17.04.2024
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gələcək
17:20 17.04.2024
Prezidentdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM
17:08 17.04.2024
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir
17:05 17.04.2024
Azərbaycanda daha bir sabiq deputat vəfat etdi – FOTO
17:00 17.04.2024
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı
16:52 17.04.2024
Fransalı politoloq Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın iddialarından DANIŞDI – ÖZƏL
16:29 17.04.2024
13 yaşlı qızla münasibətdə olan şəxsə HÖKM OXUNDU
16:22 17.04.2024
Sülhməramlıların Qarabağdan çıxarılmasının SON TARİXİ açıqlandı
16:08 17.04.2024
Hamısı