Paşinyan avantürası ÖZƏL

Analitika 14:24 10.09.2018

8 sentyabrda Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri baş tutub. Səfərdə Paşinyan Rusiya ilə əlaqələrin inkişafından, Ermənistandakı siyasi-ictimai vəziyyətdən və ən əsası Dağlıq Qarabağ problemindən danışıb. Digər məsələlərdə bəlkə də bu ifadə işlədilə bilməz amma xüsusən, erməni xalqının fiziki təhlükəsizliyi üçün həyati əhəmiyyətə malik olan Dağlıq Qarabağ problemi barədə açıqlamalarında sözün həqiqi mənasında Paşinyan “sayıqlayıb”. Beləki, Paşinyan bu barədə danışarkən aşağıdakı ifadələrində siyasi səhvlərə yol verib.

  • Qarabağ Ermənistanın bir hissəsidir və Ermənistana birləşdirilməlidir.
  • Heç kim erməni xalqı ilə hədə-qorxu ilə danışa bilməz
  • Qarabağ məsələsində heç bir güzəşt olmayacaq
  • Münaqişə zonasında istənilən təxribat kəskin cavab alacaq

Qarabağ tarix boyu Ermənistanın tərkib hissəsi olmayıb. Ermənistana birləşməyi isə mümkün deyil. Çünki, Qarabağ bu gün sözün əsl mənasında Avrasiya materikindəki bütün siyasi situasiyanı dəyişə biləcək bir problemdir və burada artıq-əskik hərəkətlərə “böyük güclər” yaxşı baxmırlar. Yəni, Ermənistan rəhbərliyi günü sabah Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı referendum keçirsə bu Azərbaycana müharibə elanı olar. O zaman sual yaranır. Ermənistanın belə bir hərbi potensialı mövcuddurmu? Bu sualın cavabını öz müqəddəs qanı bahasına Talışı, Cocuq Mərcanlını, Lələ təpəni azad etmiş şanlı Azərbaycan əsgəri “aprel döyüşlərində” vermişdir. Ermənistan Qarabağı özünə birləşdirmək üçün hərbi potensiala sahib olmadığı kimi beynəlxalq dəstəyə də sahib deyil. BMT-nin bu məsələdə Azərbaycan lehinə qəbul etdiyi 4 qətnamə var. ATƏT-in Minsk qrupu və AŞ kimi təşkilatlar da bu qətnamələrə bənzər hüquqi aktlar qəbul ediblər. Ən əsası isə regionda hər iki dövlətlə həmsərhəd olan Rusiya, Türkiyə və İran belə bir addıma əsla imkan verməyəcəklər. Çünki, adını çəkdiyimiz bu üç dövlət son illərdə bir-biri ilə hərbi-siyasi əməkdaşlıqlarını inkşaf etdirib və onlar çox yaxın bir zamanda NATO-ya alternativ bir siyasi-hərbi ittifaq yaratmağı planlaşdırırlar. Həmçinin, bu dövlətlər Yaxın və Orta Şərq regionunda ortaq siyasət yeridirlər. Belə bir vəziyyətdə bu dövlətlər Ermənistan kimi önəmsiz, heç bir siyasi çəkiyə sahib olmayan bir dövlətə görə fikir ayrılıqları yaşamaq və müttəfiqlik münasibətlərini pozmaq istəməzlər. Həmçinin, bu üç dövlətdən savayı KTMT daxilində belə Azərbaycan ilə müttəfiq olan Qazaxıstan, Qırğızıstan kimi respublikalar Ermənistanın bu addımına xoş münasibət bəsləməyəcək. Qarabağ problemində açar dövlət olan Rusiya yaxşı bilir ki, “aprel döyüşləri”ndə Ermənistanı böyük bir çətinliklə Azərbaycan ordusundan xilas edə bildi. O zaman sadəcə Azərbaycan Rusiya ilə münasibətləri pozmamaq xətrinə öz uğurlu hərbi əməliyyatlarını davam etdirmədi. Ancaq Qarabağın Ermənistana birləşdirilməsi məsələsində heç bir dövlət, hətta Rusiya belə Azərbaycanın yeridəcəyi sərt siyasətə və istənilən hərbi əməliyyata mane ola bilməz. Eyni zamanda, Rusiya Cənubi Qafqaz regionunda strateji əhəmiyyətə malik müttəfiqini itirmək və bu müttəfiqi ilə qardaş Türkiyə Respublikası ilə inkişaf edən münasibətləri kəskinləşdirmək istəməz.

Paşinyan həmçinin belə bir gülünc ifadə işlədib: “Heç kim erməni xalqı ilə hədə-qorxu yoluyla danışa bilməz”. Gülüncdür, çünki erməni baş nazirin bu bəyanatı verdiyi ölkənin (Rusiya) xarici işlər naziri çox yox, bir müddət bundan qabaq “Ermənistanda məsələlər qaynayır, biz inanırıq ki, Ermənistan rəhbərliyi ağıllı addımlar atacaq” deyərək açıq şəkildə Paşinyanı təhdid etmiş, yenə həmin ölkənin prezidenti isə Paşinyanı dərhal Moskava çağıraraq onu hədələmişdi. Və Paşinyan bir şeyi də bilməlidir ki, Azərbaycan heç bir dövlətə hədə qorxu gəlmir. Ermənistanla bağlı dövlət rəsmilərindən gələn açıqlamalar isə hədə-qorxu deyil, gələcəkdə baş verə biləcək hadisələrin öncədən bildirilməsidir.

Paşinyan Qarabağ problemində güzəştə getməyəcəklərini bildirib. Əslində, Paşinyan da bilir ki, bu məsələdə güzəşt edə biləcək hətta hər hansısa qərar qəbul edəcək tərəf Ermənistan deyil. Çünki Ermənistanın daxili təhlükəsizliyini ermənilər deyil ruslar təmin edir. Deyəsən, Paşinyan unudub ki, Gümrüdə, Xankəndidə və digər ərazilərdə rus hərbi bazaları mövcuddur. Bir dövlət öz təhlükəsizliyini təmin etməkdən məhrumdursa, o necə bu və ya digər şəkildə münaqişədə olduğu dövlət barədə güzəşt etməyəcəyini açıqlaya bilər?

Qaldı ki, Paşinyanın münaqişə zonasında təxribat barədə fikirlərinə, Paşinyan da bilir ki, cəbhə xəttində vəziyyəti kəskinləşdirən və tez-tez təxribatlar törədən tərəf məhz erməni tərəfidir. Ancaq Paşinyan doğrudan da cəbhə xəttində baş verənlər barədə narahatlıq keçirir. Çünki, Azərbaycan xüsusən də aprel döyüşlərindən sonra həm geostrateji cəhətdən, həm də psixoloji cəhətdən rəqibi üzərində ciddi üstünlük yaratmışdır. Paşinyanın məhz Rusiyanın paytaxtından belə bir bəyanat verməsinin səbəbi odur ki, o bir növ “təxribat etsəniz Rusiya müdaxilə edəcək” demək istəyir. Amma Paşinyan bilməlidir ki, belə populist açıqlamalarla o münaqişəni daha da qızışdırır. Bu isə ağır fəsadları ola biləcək bir addımdır.

Qeyd etmək lazımdır ki, Paşinyanın populist açıqlamalarının arxasında duran məqam ondan ibarətdir ki, o, belə çıxışlarla erməni xalqının hörmətini qazanmağa və siyasi hakimiyyətini möhkəmlətməyə çalışır. Qarabağ barədəki fikri isə tam olaraq Dağlıq Qarabağda yaşayan ermənilərin siyasi dəstəyi naminə atılmış addım idi. Lakin fikrimcə, Ermənistan kimi “forpost ölkənin” yeni baş naziri özünü beynəlxalq aləmdə münaqişə həvəskarı kimi deyil, sülh tərəfdarı kimi göstərməliydi. Çünki Ermənistan sırf  Dağlıq Qarabağ münaqişəsinə görə regionda bütün iqtisadi layihələrdən kənarda qalıb. Yalnız sülhpərvər siyasətlə, nəzakətli diplomatiya ilə, özündən daha güclü opponent olan Azərbaycanın maraqlarına uyğun açıqlamalar verməklə erməni lider həm cəbhə xəttində, həm də bütövlükdə regionda öz ölkəsinin vəziyyətini yaxşılaşdıra bilərdi. Lakin Paşinyan bu şansını itirdi. İndi isə söz Azərbaycanındır.  Qeyd etməliyik ki, dövlətimiz öz siyasi və hərbi imkanlarını maksimum dərəcədə səfərbər etməklə erməni baş nazirin bu “sayıqlamalarına” cavab verməlidir. Bununla da Azərbaycan göstərməlidir ki, nəinki Qarabağın Ermənistana birləşdirilməsi hətta bu barədə müzakirələrin aparılmasına belə Azərbaycan icazə vermir və Qarabağ bütövlükdə Azərbaycan torpağıdır.

Nicat İsmayılov

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Hamısı