ABŞ ordusunun Polşada nə işi var? ÖZƏL

Analitika 12:22 19.09.2018

ABŞ Sovet imperiyasının dağılmasından bu yana post-sovet ölkələrinin rus təzyiqlərindən xilas olması və qərb dövlətləri ilə qarşılıqlı əməkdaşlıqlarını gücləndirməsi üçün əlindən gələn hər şeyi etməyə çalışır. ABŞ-ın əsas məqsədi Avrasiyada SSRİ-nin mirası olaraq yeni və güclü Rusiyanın formalaşmaması idi. Lakin ABŞ bunu bacarmadı. Rusiya xüsusən Putinin iqtidara gəlişindən sonra regionda təsirini günü-gündən artırdı. Və bu gün Rusiya hər nə qədər də Şərqi Avropa ölkələrini, Gürcüstan və Ukrniyanı “itirsə”də bu gün Avrasiyada ən güclü dövlət və ən ideal siyasi partnyor olaraq qalmaqdadır.

ABŞ xüsusən Tramp hakimiyyətə gəldikdən sonra daha sərt və effektiv siyasətlə müxtəlif regionlardakı rəqiblərinə meydan oxuyur. Tramp Çinin siyasi və iqtisadi baxımdan zəiflədilməsini əsas hədəf kimi qəbul etsə də, Rusiyada onun diqqətindən yayınmayıb. Tramp Rusiyanın hələ ki, Yaxın və Orta Şərqdəki aktivliyinə göz yumur. Çünki hələ ki, gündəmdə Çin var və iki böyük güclə eyni zamanda münasibətləri kəskinləşdirmək axmaqlıq olardı.

ABŞ Prezidenti Trampla Polşa Prezidenti Andrey Dudanın dünən Ağ Evdə baş tutan görüşündə müzakirə edilən əsas məsələ ABŞ-ın Polşada daimi hərbi bazalar yaratması idi. Bu isə ağıla belə bir sual gətirdi: “ABŞ ordusunun Polşada nə işi var?

Sovet ittifaqı dağıldıqdan sonra demək olar ki, bütün Şərqi Avropa ölkələri Rusiyanın təzyiqlərindən yaxa qurtarmaq üçün NATO-ya inteqrasiya etməyə başladılar. Bu ölkələrin başında Polşa gəlirdi. Polşa həm geostrateji, həm də iqtisadi baxımdan Şərqi Avropanının ən önəmli dövləti olaraq ABŞ-ın diqqətini cəlb etmişdi. Və ABŞ regionda ilk NATO bazasının da məhz Polşada yaradılmasına nail olmuşdu.

Bu gün isə ABŞ NATO-ya deyil, ABŞ ordusuna məxsus “daimi” hərbi bazaların Polşada yaradılmasına hazırlaşır. ABŞ bu bazaları ona görə Polşada yaratmağa çalışır ki, Polşa Rusiyaya yaxınlığı ilə seçilir və Polşa xalqının ruslara qarşı tarixi hadisələrdən irəli gələn böyük bir aqressiyası var. Yəni, ABŞ bir tərəfdən Rusiyanın Suriyada möhləmlənməsinə göz yumur, digər tərəfdən isə Avrasiyada onun sərhədlərini daraldır. Polşada yaradılacaq ABŞ hərbi bazaları gələcəkdə ABŞ-la Rusiya arasında baş verə biləcək istənilən siyasi-diplomatik və ya hərbi problemə qarşı Rusiyanın təhdid edilməsi və potensial bir “nüvə münaqişəsində” Ruisiyanın “vurula bilməsi” üçün strateji əhəmiyyət kəsb edir.

Əlbəttə ki, rəsmi Moskva bütün bu olanları diqqətlə izləyir və Polşada daimi hərbi bazaların yaradılmasının qarşısını almağa cəhd göstərəcək. Bu Rusiya üçün milli təhlükəsizlik məsələsidir. Putin hələ bu barədə 2007-ci ildə Münixdə keçirilən Təhlükəsizlik Şurasının toplantısında bildirmişdi ki, “Bizə 90-cı illərdə verilən sözlərə əməl edilmir. NATO durmadan Rusiya sərhədlərinə doğru irəliləyir və biz buna göz yummayacağıq”.

Doğrudan da Putin buna göz yummadı. NATO ilə əməkdaşlıq edən Gürcüstanı 2008-ci ildə, Ukraniyanı isə 2014-cü idə “cəzalandırdı”. Nəticədə bu gün iki Qara Dəniz dövləti Rusiya il diplomatik əlaqələrini kəsib və NATO-ya inteqrasiya proseslərini daha intensiv şəkildə dəvam etdirirlər. Amma Rusiya Polşaya bənzər bir müdaxilə etmək gücündə deyil. Rusiya bu məsələdə “Nord Stream” təhdidini işə sala bilər. Yəni, Avropaya qaz axımını dayandıra bilər, ancaq bu onsuz da çətin günlər yaşayan rus iqtisadiyyatını daha da iflic bir vəziyyətə salar. Beləliklə, qeyd edə bilərik ki, rusların Polşa məsələsində “əl-qolu bağlıdır”.

Bir məsələni də diqqətə çatdıraq ki, Polşada daimi xarakterli bir ABŞ hərbi bazasının yaradılması üçün əldə edilən razılaşma Tramp diplomatiyasının növbəti uğurudur. Burada ən önəmli diplomatik naliyyət hərbi bazanın məhz “daimi” olmasıdır. Daimi hərbi bazanın yaradılması o deməkdir ki, Polşada gələcəkdə iqtidar dəyişsə belə, hətta yeni formalaşan iqtidar “anti-amerikan” meylli siyasət yürütsə belə Polşa daxilində bu hərbi bazalar fəaliyyətini dəvam etdirəcək. Həmçinin beynəlxalq münasibətlərdə dəyişməz qanunlardan biri odur ki, “hansı dövləti qoruyursansa o səndən asılıdır”. Bu qərarla ABŞ bütün dünyaya göstərdi ki, o Polşanı sözün əsil mənasında “qoruyur”.

ABŞ-ın bir NATO ölkəsində hərbi baza yaratması NATO dövlətləri tərəfindən də xoş qarşılanmayacaq. Xüsusən də Fransa və Almaniya NATO bazası olan bir ölkədə “alternativ hərbi baza”nın yaradılmasına etiraz edəcəklər. Bu etiraz isə qisməndə olsa onların Rusiya ilə yaxınlaşmasına səbəb ola bilər. Xüsusən Almaniya beynəlxalq ticarət və enerji idxalı məsələlərində Rusiya ilə sıx əməkdaşlıq edir. Polşa məsələsi Almaniyanın ruslarla əməkdaşlığı üçün “bəhanə” ola bilər.

Polşada ABŞ hərbi bazasının yaradılmasının bir digər mənası ondan ibarətdir ki, artıq ABŞ öz müttəfiqlərini NATO vasitəsi ilə deyil, birbaşa özü qoruyacaq. Bu isə ABŞ-ın NATO-ya olan yardımlarının yavaş-yavaş zəyifləyəcəyi mənasına gəlir. Tramp onsuz da hakimiyyətə gəldikdən bəri ABŞ-ın NATO-nu demək olar ki, tək maliyyələşdirməsinin mənasız olduğunu bildirmiş və bəzi NATO ölkələrinin öz təhlükəsizliklərini təmin edən əsas sistemin (NATO-nun) qurucusu və təminatçısı olan ABŞ-ın maraqlarının əleyhinə siyasət yürütməsini nankorluq adlandıraraq NATO-ya ABŞ dəstəyinin azalacağını bəyan etmişdi. Polşa məsələsi NATO və ABŞ arasında münasibətləri daha da kəskinləşdirə bilər.

Polşada hərbi baza yaradılması haqqında razılaşma fikrimcə, Gürcüstan və Ukrayna üçün də çox önəmli xəbərdir. Çünki bu gün hər iki ölkə ABŞ-ın müdafiəsinə möhtac durumdadır. ABŞ-ında planlarında yaxın gələcəkdə bu ölkələrdə hərbi bazalar yaratmaq var, lakin bu gün üçün belə bir addım 3-cü dünya müharibəsinə səbəb ola bilər. Ona görə də belə bir proqnoz verə bilərik ki, ABŞ Rusiyanın əsas strateji müttəfiqlərini, yəni, Çin və İranı zərərsizləşdirdikdən sonra Polşada olduğu kimi Ukrayna, Gürcüstan və həmçinin, müxtəlif NATO ölkələrində də hərbi bazalar formalaşdıra bilər.

Nicat İsmayılov

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı