Kərbəla hadisəsi İslam siyasi tarixinin dönüş nöqtəsidir ÖZƏL

Analitika 13:50 20.09.2018

Kərbəla hadisəsi 680-ci ildə indiki İraq ərazisində baş vermiş bir faciədir. Kərbəla hadisəsi dini bir olay halına gətirilsə də çox əhəmiyyətli siyasi missiyası olan, planlaşdırılmış və düşünülmüş strategiyanın nəticəsidir. Ona görə də qeyd edə bilərik ki, Kərbəla İslam siyasi tarixinin dönüş nöqtəsidir. İslamın özü belə bir din olaraq Kərbəla hadisələrindən sonra ciddi ideoloji dəyişikliklərə uğramışdır.

Əgər biz Kərbəla döyüşünün baş vermə səbəblərini araşdırsaq rahat bir şəkildə bu hadisənin arxasında duran siyasi hədəfləri görə bilərik. V Xəlifə Muaviyə ölümündən əvvəl İslam xilafətini “irsi hakimiyyətə” çevirməyə cəhd göstərdi.

Beləki, Müaviyəyə qədər ilk 4 xəlifə “beyət üsulu” ilə icma tərəfindən seçilirdi. İcmaya isə peyğəmbərin qohumları, səhabəsi və xilafətin nüfuzlu şəxsləri daxil idi. Müaviyə öz oğlunu hakimiyyətə gətirmək və bütün xilafəti öz nəslinə aid etmək üçün beyət üsulunu aradan qaldırmağa və irsi hakimiyyət qaydasını formalaşdırmağa çalışırdı. Burada artıq xəlifə icma tərəfindən deyil, əvvəlki xəlifə tərəfindən seçilməli və seçilən şəxs xəlifənin birinci dərəcəli qohumu olmalı idi.

Muaviyə bu planı reallaşdırmaq üçün ilk olaraq öz hakimiyyətinə təhdid kimi gördüyü “İmam” olaraq xilafət əhalisinin hörmət bəslədiyi Həsən ibn Əlini zəhərlədərək öldürdü. Ardınca isə öz ölümünə yaxın oğlu Yezid üçün “beyət almağa” başladı. Muaviyə hələ ölmədən artıq bütün siyasi səlahiyyətlər Yezidin əlində cəmləşmişdi. Artıq İslam tarixini dəyişdirmək və “ilahi xilafəti”i “irsi xilafət” ilə əvəz etmək üçün hər şey hazır idi.

Yeganə əngəl 4-cü xəlifə Əlinin oğlu Hüseyn idi. Hüseyn də eynən qardaşı və atası kimi böyük nüfuza sahib idi. Ona xalq tərəfindən böyük dəstək və məhəbbət var idi. Bunun əsas səbəblərindən biri isə babası islam peyğəmbərinə bənzəməsi idi. Məhz bütün bunlara görə Yezid atası öldükdən sonra ilk olaraq Hüseyndən beyət istədi. Hüseyn İslam xilafətində hakimiyyətinin atadan oğula keçməsinin qanundankənar olması və xalqın Yezidi dəstəkləməməsini əsas gətirərək beyət təklifini rədd etdi. Yezidin başqa şansı qalmamışdı. Ya peyğəmbərin nəvəsini öldürməli, ya da hakimiyyətdən getməliydi. Təbii ki, I versiyanı seçdi və Kərbəla döyüşünə qədər uzanacaq konlflikt meydana gəldi.

Hüseynin şəhid edilməsində ən əsas məqamlardan biri isə xəyanət idi. Beləki, onu Kufədə yaşayan müsəlmanlar cihada çağırmışdılar. Hüseyn 15 min kufəli ilə Kufə yaxınlığında görüşməli və Yezidə qarşı cihada başlamalı idi. Ancaq kufəlilər onu tək buraxaraq ailəsi ilə birgə ölümünə tamaşa etdilər. 680-ci ildə Hüseyn və ailəsi ilə birgə 72 nəfər səhabəsi Kərbəla çölündə amansızcasına qətlə yetirildilər.

Hüseynin şəhid edilməsinin iki əsas nəticəsi oldu. Birinci və ən əsas nəticə o oldu ki, Muaviyənin planları gerçəkləşdi və İslam xilafəti yerini “Əməvi hakimiyyətinə” verdi. Bu isə günümüzə qədər davam edən “İslamın parçalanması və islamda radikalizm meyllərinin” meydana gəlməsinə səbəb oldu. İslam xilafəti islamdan kənar bir siyasi örtüyə büründü.

İkinci nəticə isə Kərbəlanın bütün müsəlmanların psixoloji əhval ruhiyyəsinə və inancına etdiyi təsirdir. Kərbəladan sonra “zülmlə mübarizə” termini İslam fiqhinə (hüququna) daxil edildi. Hüseynin şəhadətindən sonra müsəlmanlar həm regionda, həm də dünyada daha üsyankar və radikal psixologiya ilə tarixdə iz qoydular. Bəlkə də bu gün Yaxın və Orta Şərq regionunda gördüyümüz radikalizm meyllərinin kökü də əslində Kərbəla hadisəsindən gəlməkdədir.

Kərbəla hadisəsi həm də Şiə təriqətinin sosial bazasının genişlənməsinə səbəb oldu. Hüseynin amansızca qətl edilməsinə canı yanan hərkəs “Hüseyin məktəbi” kimi adlandırılan şiəliyə axın etdi. Şiəliyin isə güclənməsi İslamda mənəvi parçalanmanı sürətləndirdi.

Sonda qeyd edə bilərik ki, Kərbəla hadisəsinin fəsadları bu gün də özünü göstərən tarixi-siyasi faciədir. Bu hadisənin fəsadları ilə birlikdə müsəlmanlara verdiyi ən önəmli töhfə isə “zülmə boyun əyməmək” hesab edilə bilər. Kərbəla hadisəsi bir daha islamda parçalanmanın və ayrıseçkiliyin nə qədər təhlükəli olduğunu bütün müsəlmanlara nümayiş etdirdi. Lakin təssüflər olsun ki, Kərbəla hadisəsinin özü kifayət qədər idraki xüsusiyyətə sahib olan arqument olsa da bu hadisə müsəlmanları birləşdirə bilmir. Və ən əsası Kərbəla bitməyib. Bu gün Qarabağ, Fələstin, Yəmən, Suriya, Liviya, Sudan, Somali, Myanmar və digər ərazilərdə müsəlmanlara qarşı edilən zorakılıq, təzyiq və soyqırımların Kərbəlada baş verənlərdən bir fərqi yoxdur. Bütün dünya müsəlmanları bu hadisələrə laqeyd qalmamalı və məzhəb ayrılıqlarını bir kənara qoyub qucaqlaşmalıdır. Dünyanın, ən çox da müsəlmanların bu gün ehtiyacı olan əsas şey məhz sülhdür. O sülh ki, İslamın əsasıdır.

Nicat İsmayılov

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

“X”-in işində NASAZLIQ YARANIB
06:00 24.04.2024
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
05:00 24.04.2024
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
Hamısı