Rusiyanın "S-300" planı Rusiya "S-300" raket kompleksini Suriyada yerləşdirməklə İsrailə tutarlı cavab verdi - ÖZƏL

Analitika 17:01 25.09.2018

Rusiya açıq bir şəkildə "burdayam" deyir

Rusiya Türkiyədən sonra Suriyaya da “S-300” raket sistemini satmaq qərarına gəlib. Bu sadə bir hərbi xəbər kimi görünsə də əslində çox önəmli və strateji maraqlardan xəbər verən bir qərardır. Beləki, bu qərar rus ordusunun Suriyada davamlı qalacağına bir işarədir.

Bəs nə üçün məhz rus təyyarəsi vurulduqdan sonra Rusiya belə bir addım atdı?

Rusiyanın regiona “S-300”ləri yerləşdirməsi İsrailə qarşı atılmış sərt bir addımdır. Məlumdur ki, 17 sentyabrda Suriya qoşunları İsrail hava hücumunu əngəlləmək üçün “S-200” raketlərindən istifadə etmiş və endirilən raket zərbələrindən biri təsadüfən rus hərbi təyyarəsinə dəymişdi. Baş verən hadisədə 15 nəfər rus hərbçisi dünyasını dəyişmişdi. Bu xəbər rus mətbuatında böyük rezonans yaratdı. Ən önəmli mesaj isə Müdafiə Naziri Sergey Şoyqudan gəldi. Şoyqu bütün məsuliyyətin başqa bir dövlətin hava sərhəddini pozan İsrail əsgərlərinə aid olduğunu bildirdi. Bu açıqlamaya qarşı tərəf də eyni sərtlikdə cavab verincə iplər qopdu və Rusiya-İsrail arasında münaqişənin təməli atıldı.

Rusiya həm Suriya hava sərhəddini mühafizə etmək, həm də öz əsgərlərinin təhlükəsizliyini təmin etmək üçün “S-300 raket kompleksləri”ni Suriyaya satmaq qərarına gəldi. Ancaq Əsəd rejiminin bu bahalı və güclü hərbi sistemi almağa imkanı varmı?

Əlbəttə ki, yoxdur. Əsədin ölkəsi 7 ilə yaxındır vətəndaş müharibəsinin, terrorizmin və başqa dövlətlər tərəfindən həyata keçirilən hava hücumlarının mərkəzinə çevrilmişdir. Bu vəziyyətdə ölkənin büdcəsinin yarısından çoxu silahlara, muzdlu döyüşçülərə və digər hərbi sursatlara xərclənmişdir. Yəni, bütün bunlar onu ifadə edir ki, Rusiya “S-300” raketlərini Suriyada yerləşdirir, Suriyaya satmır. Bu raketlər Suriyanı deyil, rus əsgərini və rus maraqlarını qoruyacaq.

“S-300” raketlərinin Suriyada yerləşdirilməsinin digər bir səbəbi isə Rusiyanın İsrailə bu raket kompleksi vasitəsi ilə qeyri-rəsmi təhdid notası verməsidir. S-300-lərin yerləşdirilməsindən sonra İsrail hərbi hava qüvvələri bu qədər rahat Suriya hava sərhəddini poza bilməyəcək. Həmçinin, ruslar İsrail başda olmaqla bütün dünyaya “mən buradayam” mesajını verəcək.

S-300 raketlərinin ən önəmli xüsusiyyətlərindən biri ondan ibarətdir ki, bu raket kompleksindən istifadə qaydası olduqca mürəkkəbdir. Suriya əsgərləri bu raketlərdən dəqiq istifadə etmək üçün təlimlər keçməlidirlər. Bu isə o deməkdir ki, rus qoşunu hətta Suriyada münaqişə başa çatsa belə “S-300”lə bağlı təlimləri bəhanə edərək Suriya ərazisində öz hərbi bazalarını saxlamağa davam edəcəklər.

“S-300” raketlərinin digər bir önəmli xüsusiyyəti isə verilən koordinatlar əsasında göstərilən hədəfləri dəqiq bir şəkildə vura bilməsidir. Yəni, S-200-lərdən fərqli olaraq bu raket kompleksində hədəfdən yayınma və ya başqa bir hədəfi səhfən vurma hallarına demək olar ki, rast gəlinmir. Bu da Rusiyanın sentyabrın 17-si yaşadığı fəlakəti bir daha yaşamaması üçün atılan addımdır.

Suriyada Əsəd qüvvələrinin S-300-lərə sahib olması ölkədə baş verən münaqişənin də taleyi üçün həlledici ola bilər. Müxaliflərdə bu cür güclü və dəqiq raket sistemlərinin olmaması, həmçinin İsrail kimi xarici müttəfiqlərin artıq istənilən halda hava hücumu gerçəkləşdirə bilməməsi (S-300-lər buna mane olacaq) onsuz da pərən-pərən düşmüş və böyük güc itirmiş muxaliflərin mübarizə əzmini qıra bilər.

Göründüyü kimi, Rusiya “S-300”lər vasitəsilə “bir daşla iki quş vurmağa” çalışacaq. O  bu addımla həm öz əsgərlərinin təhlükəsizliyini, həm də Əsəd qüvvələrinin hərbi gücünü daha da artıraraq münaqişənin öz müttəfiqinin xeyrinə başa çatmasını təmin edəcək.

Nicat İsmayılov

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat etdi
18:40 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Hamısı