Ermənistanda hakimiyyət böhranı dərinləşir ÖZƏL

Analitika 11:28 05.10.2018

Ermənistanda artıq bir ildən çoxdur ki, siyasi sabitlik təmin edilə bilmir. Buna əsas səbəb ölkənin “keçid dövrünə” qədəm qoyması və ardıcıl olaraq keçid dövrünün ziddiyyətləri ilə qarşılaşmasıdır. Bu yazıda Ermənistanda keçid dövrünün problemləri, ölkə daxilində baş verən hakimiyyət böhranı, bitmək bilməyən mitinq və küçə nümayişləri, klanlar arasında mübarizə və s. araşdırılacaq.

Ermənistanda baş verən siyasi böhran getdikcə dərinləşir. 7 aylıq Paşinyan hakimiyyəti demək olar ki, bu günə qədər ən çətin sınaqla qarşı-qarşıyadır. Bu sınaq isə Ermənistanda bütöv hakimiyyəti ələ almaqla bağlıdır.

Beləki, Ermənistanda icraedici hakimiyyət Paşinyan qrupunun əlində olsa da, qanunverici hakimiyyət hələ də Sarkisyanın partiyası olan Respublikaçıların əlindədir. Respublikaçılar parlamentdə nisbi çoxluğa sahibdirlər. Onlar parlamentdə 105 yerdən 58-nə sahibdir. Respublikaçıların parlamentdə ittifaq halında olduqları Daşnaksütyun partiyası isə 7 yerə malikdir. Paşinyanın partiyası olan Vətəndaş Müqaviləsi partiyası isə cəmi 9 yerə sahibdir. Yəni, bu göstəricilər onu ifadə edir ki, bu gün Paşinyan ölkənin baş naziri olsa belə onun hökumətinin taleyi hələ də parlamentin əlindədir və parlament əsas qanunverici orqan olaraq Paşinyanın siyasi cəhdlərinin qarşısını ala bilir.

Bunun ən bariz nümunəsi 2 oktyabrda parlamentin Paşinyanın keçirmək istədiyi seçkiləri əngəlləmək üçün “erkən seçkilər” haqqında qərar qəbul etməsi idi. Bu qanunda erkən seçkilər erməni qanunvericiliyinə uyğun hesab edilmədiyindən qadağan edilir.

Qəbul edilən qanun Ermənistanda siyasi böhranı daha da genişləndirdi. Hal-hazırda baş verənlər isə hakimiyyət uğrunda gedən mübarizədir desək, yəqin ki, yanılmarıq. Burada bir faktı da qeyd etmək lazımdır ki, Paşinyanın ətrafında ciddi siyasi füqurlar yoxdur. Paşinyan hakimiyyəti birbaşa kütləyə arxalanır. Buna misal kimi qeyd edə bilərik ki, parlamentin qəbul etdiyi qanundan sonra da Paşinyan ilk olaraq, xalqa müraciət etdi. Yenə mitinqlər, yenə küçə nümayişləri...

Bəs niyə Paşinyan erkən seçkilər haqda qərar qəbul etdi?

Əslində mahiyyət etibarilə Paşinyanın parlament seçkiləri haqqında irəli sürdüyü təklif çox uğurlu strateji addımdır. Çünki Paşinyan yaxşı bilir ki, bu gün Ermənistan parlamentar demokratik sistemə sahibdir. Bu sistemdə ən ali dövlət qurumu parlamentdir və hazırda parlament Paşinyanın deyil, müxalifətin əlindədir. Paşinyan dərk edir ki, bu hal davam edərsə onun hakimiyyətinin gələcəyi üçün ciddi problem yarana bilər. Çünki, hər parlament kimi erməni parlamenti də “impiçment səlahiyyətinə” (hökuməti müəyyən səbəblərə görə hakimiyyətdən uzaqlaşdırmaq) sahibdir. Həmçinin, parlament və hökumətin fərqli siyasi qurupların əlində olması ölkədəki siyasi böhranı daha da dərinləşdirə bilər. Ermənistanda meydana gəlmiş situasiyada nə hökumət, nə də parlament effektiv fəaliyyət göstərə bilməz. Çünki istər-istəməz bu qurumlar bir-birindən qarşılıqlı asılı vəziyyətdədir. Belə olan halda ölkədə hökümətin yürütdüyü siyasi xəttə uyğun olmayan qanunlar qəbul edilə və ya əksinə parlamentin qəbul etdiyi qanunlara hökumət tərəfindən əməl edilməyə bilər.

Yuxarıda qeyd etdiyimiz arqumentlər onu ifadə edir ki, Paşinyan bu məsələdə ağıllı addım atıb. 2020-ci ilə qədər belə şəraitdə dövləti idarə etmək mümkün deyil. Burada bir faktı da qeyd etməyimiz yerinə düşər. Ötən günlərdə İrəvan Şəhər Meriyasına keçirilən seçkilərdə Paşinyanın dəstəklədiyi namizəd Hayuk Marikyan 81% səs topladı. Bu Paşinyanın öz seçicisinə olan inamını artırdı. Həmçinin, Ermənistanda həyata keçirilən genişmiqyaslı sorğuda vətəndaşların 85%-inin Paşinyanı dəstəklədiyi muəyyən edilib. Paşinyan da məhz bu amilləri nəzərə alaraq bu gün xalqın dəstəyinin özünə tərəf olduğu bir zamanda parlament problemini həll etmək, Sarkisyan və Köçəryanın qalıqlarının parlamentdən və bütün Ermənistandan silib atmağa çalışır.

Paşinyanın bu niyyəti erməni xalqı tərəfindən çox müsbət qarşılansa da, ölkə daxilində millətçi və radikal mövqeləri ilə seçilən Daşnaksütyun, Respublikaçılar, Sasna Tsrer və digər partiya və qruplaşmaların, həmçinin, Dağlıq Qarabağda özünəməxsus nüfuzu olan Köçəryanın və digər siyasi fiqurların kəskin etirazına səbəb oldu.

 Bu gün respublikaçıların Paşinyanla birbaşa siyasi mübarizəyə girişməsinin iki əsas səbəb var:

  • Birinci səbəb ondan ibarətdir ki, respublikaçılar yaxşı bilirlər ki, parlament seçkilərində uduzacaqlar və onlar hələ uzun müddət Ermənistanda iqtidar olmaq şanslarını itirəcəklər;
  • İkinci səbəb isə Rusiya ilə bağlıdır ki, rus hökuməti 20 ilə yaxındır regionda hər sözünə əməl edən respublikaçıların erməni siyasi politrasından birdəfəlik silinməsini istəmir.

Lakin bütün bunlara rəğmən fikrimcə, Ermənistandakı hadisələrin gələcəyində vətəndaş qarşıdurması və dövlət çevrilişi kimi halları əngəlləmək üçün parlament bir an öncə buraxılmalı və yeni bir siyasi hakimiyyət formalaşdırılmalıdır. Bunun üçün də ciddi addımlar atılır. Beləki, 2 oktyabrda parlamentin erkən seçkilərin əngəllənməsi haqqında qəbul etdiyi qanun ölkə prezidenti Armen Sarkisyan tərəfindən qəbul edilməyib. Həmçinin, erməni parlamentində ikinci ən çox üzvə sahib olan partiya (31 nəfər) “Tsakuryan Alliance” (Çiçəklənən Ermənistan) Paşinyanın mövqeyini dstəklədiyini açıqlayıb.

Sonda Ermənistanda baş verən hadisələrə yekun bir şərh versək, qeyd edə bilərik ki, xalq Paşinyanı dəstəkləyir və parlament xalqın iradəsinin qarşısında daha artıq dura bilməz. Parlament gec və ya tez buaxılacaq. Lakin bu prosesin uzadılması ermənilərin daxildə yeni problemlərinin yaranmasına, həmçinin siyasi sabitliyin təmin edilə bilməməsinə gətirib çıxara bilər. Azərbaycana da Ermənistanda olan qarışıqlıq qətiyyən sərf etmir. Bu Azərbaycan maraqlarına uyğun deyil. Erməni politoloqlarının fikirlərinin əksinə, Azərbaycan diplomatiyası üçün hazırki vəziyyətdə Ermənistanda kimin iqtidar olmasının heç bir önəmi yoxdur. Azərbaycan Ermənistan da daxil olmaqla heç bir dövlətin daxili işinə qarışmır. Azərbaycanın sadəcə erməni hökumətindən bir tələbi mövcuddur ki, o da Dağlıq Qarabağ probleminə konstruktiv yanaşmanı özündə ehtiva edir.

Nicat İsmayılov

Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO

Xəbər xətti

“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:50 19.04.2024
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
10:45 19.04.2024
Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
09:33 19.04.2024
İranlı general: İsfahanda heç bir dağıntı yoxdur
09:20 19.04.2024
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
09:00 19.04.2024
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Hamısı