Qərbin “islahatçı avtokrat’ mifi Səudiyyə şahzadəsinə qədər tarixin ən qəddar diktatorları ABŞ-ın müttəfiqi olub

Analitika 15:01 28.10.2018

Səudiyyəli jurnalist Camal Xaşuqcinin qətli Amerika cəmiyyətində Birləşmiş Ştatların köhnə müttəfiqi barədə debatı canlandırıb. Debat təkcə ötən əsrin ortalarından bəri Yaxın Şərqdə Vaşinqtonun yaxın tərəfdaşı olan Səudiyyə Ərəbistanı ilə münasibətləri yox, ümimilikdə Amerikanın xarici avtokratlarla əlaqələrini əhatə edir.

Eurasia Diary-nin verdiyi xəbərə görə, “The Washington Post” qəzetindəki yazısında politoloq Robert Kaqan “müasirləşdirici avtokrat” mifini və bu mifin Amerika cəmiyyətindəki köklərini təhlil edir.

“Bir çox amerikalılarda islahatyönümlü avtokratlarla – dəmir yumruqla millətini qaranlıq keçmişdən dartıb çıxaracaq şəxsiyyətlə bağlı qəribə valehlik hissi var,” Kaqan yazır. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının şahzadə vəliəhdi Məhəmməd bin Salman bu yaxınlaradək həmin kateqoriyaya oturdulmuş və haqqında Qərb mətbuatında pullu-pulsuz mədhiyyələr yazılmış bir lider idi.

Bir çox amerikalılar bin Salmanı Səudiyyə Ərəbistanını kökündən dəyişəcək, neftdən asılılığa son qoyacaq, islamla modernizmi birləşdirəcək lider kimi görürdü. Və əgər belə bir nəhəng siyasi layihə bəzi məqamlarda sərt taktikalar tələb edirsə, buna dözüm məqbul sayılırdı.

Əslində bu cür baxışda yeni heç nə yoxdur. Oxşar yanaşma 1920-30-cu illərdə Benito Mussolini, İosif Stalin, hətta Adolf Hitlerə də şamil olunub. Soyuq Müharibə illərində Filippində Ferdinand Markos, İranda Şah Məhəmməd Rza Pəhləvi, Cənubi Koreyada Şunq-hi, Çilidə Auqusto Pinoçet də vaxtikən Amerikanın rəğbətini qazanmış “müasirləşdirici” diktatorlar sırasında idilər.

“Arqument bundan ibarətdir ki, inkişaf etməkdə olan cəmiyyətlər həm siyasi, həm də iqtisadi səbəblər üzündən avtoritar mərhələdən keçməlidirlər ki, demokratiyaya çevrilsinlər,” Kaqan yazır. “Yalnız avtoritar hökumətlər yerli camaatın təzyiqlərinə məhəl qoymadan lazımi iqtisadi qərarları vermək iqtidarındadır”.

Bundan əlavə, nəzəriyyənin tərəfdarları iddia edirlər ki, qeyri-Qərb cəmiyyətlərində demokratiyanın əldə olunması üçün qanun aliliyi, orta sinif, stabil siyasi təsisatlar kimi mühüm atributlar çatışmır. Belə olan halda cəmiyyətə demokratiya gətirmək səyləri əks-efekt verə və ölkəni daha da radikallaşdıra bilər.

Kaqanın qənaətincə, nəticələr göstərir ki, bu yanaşma əsasən cəfəngiyyatdır: Diktator həmişə diktator kimi davranır. Fantaziyaya dalan əslində bizik – elə bir fantaziya ki, sonda qayıdıb özümüzü dişləyəcək.

“Faktiki olaraq belə məlum olur ki, diktaturalar iqtisadi artım gətirməkdə daha yaxşı göstəriciyə malik deyillər. Və iqtisadi artımın demokratiyaya gətirib çıxaracağı (məsələn, Çin) haqda düşüncələr də oxşar dərəcədə yanlışdır”. O ki, qaldı, “liberallaşdırıcı avtokrat”a, bu, Kaqanın anlamında, “nadir bir şeydir”. “Məsələ bundadır ki, avtokratlar öz süqutlarının bünövrəsini qoymağa meylli deyillər. Onlar bir qayda olaraq özlərinin mütləq hakimiyyətinə hədə törədəcək müstəqil siyasi təsisatların formalaşmasına, qanun aliliyinin bərqərar olmasına, yaxud da qıvraq sivil cəmiyyətin meydana gəlməsinə imkan vermirlər”.

Əksinə, hər addımbaşı avtokrat liderlər bu təsisatları dağıdır, diktatorial hakimiyyətlərinə hədə törədəcək siyasi müxalifəti pərən-pərən salırlar. “Axı başqa cür necə ola bilər?” Kaqan sual edir.

Müəllif bu yanaşmada irqçilik əlamətlərini də sezir. Biriləri sadəcə hesab edirlər ki, bəzi xalqlar demokratiyaya hazır deyillər, demokratiya onlarlıq deyil. Digərləri isə Amerika demokratiyasının üzləşdiyi sınaqlardan sinisizmə qapılaraq belə bir sistemin başqa yerlərdə formalaşmasında çox elə məntiq görmürlər.

Son illərin dərslərinə diqqət çəkən Robert Kagan avtokratlara rəğbət bəsləyən cərəyanların uzaqgörən olmadığını vurğulayır və bu hesablamaya əsaslanan siyasətin Amerikaya fayda gətirmədiyini yazır.

“Bu gün Səudiyyə tacına vəliəhdin Amerikadakı pərəstişkarları soruşurlar: ‘Axı o, necə bu dərəcədə səfeh ola bilərdi ki, Xaşuqcinin qətlinə göstəriş versin?’ Ancaq əsl səfehlər burada kimdir? Diktator həmişə diktator kimi davranır. Fantaziyaya dalan əslində bizik – elə bir fantaziya ki, sonda qayıdıb özümüzü dişləyəcək”. 

"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO

Xəbər xətti

"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO
13:05 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Hamısı