ABŞ-İran münaqişəsi və dünya neft bazarı İran iqtisadiyyatının iflası Avropa üçün "yeni böhran" deməkdir

Analitika 10:10 06.11.2018

ABŞ Prezidenti Donald Trampın İran ilə imzalanan nüvə razılaşmasından təktərəfli olaraq imtina etməsi ABŞ-İran münasibətlərini gərginləşdirdi. ABŞ höküməti İrana bütün nüvə potensialını ləğv etmək üçün 180 gün möhlət verdi. Və möhlət bitdi, sanksiya dalğası İran körfəsizə gəlib çatdı.

Sanksiyalar üç əsas sektoru: enerji ixracatı, maliyyə və gəmi nəqliyyatın əhatə edəcək. Bundan savayı İrana beynəlxalq embarqo tətbiq ediləcək. İran nefti və qazının ixracatından imtina edilcək, İranla ticarətdə dollardan istifadəyə qadağa qoyulacaq və bu qaydaları pozan istənilən dövlət, korperasiya, bank və yaxud şirkət ABŞ sanksiyalarının hədəfinə çevriləcək.

Tramp həmişəki kimi kartlarını açıq oynadı. İran da həmişəki kimi geri addım atmaqdan imtina etdi. İndi isə uzlaşa bilməyən tərəflər arasında iqtisadi müharibə vaxtıdır. Burada əsas üç sual bizləri düşündürmüyə bilməz. I İran bu iqtisadi müharibəyə, sanksiya və embarqoya dözə bilərmi və bütün bunlar neft bazarına necə təsir edəcək? II Türkiyə və Avropa İttifaqı İranla olan ticarətini ABŞ-a rəğmən cəsarət edib dəvam etdirə bilərmi? III İran iqtisadiyatı iflas etsə nələr olacaq?

Elə ilk sualdan başlayaq. İran iqtisadiyyatı bu gün enerji ixracatı hesabına ayaq üstə durur. Ölkə hələ indidən iqtisadi böhranla üz-üzədir. İran hər il minimum 4,2 milyon ton neft istehsal edir. Bunun 50%-dən çoxunu neft bazarına çıxarır. Ancaq indi İran neftinin alıcısı demək olarki yoxdur. Sanksiyalar artıq başlayıb. İran neftinin istehsalında da ciddi azalma müşahidə edilir. Ən son İran neft sektoruna ciddi investisiyalar qoyan 3 rus şirkəti oktyabrın son günü buradakı səhmlərini satdılar və demək olar ki, investisiyalarını geri götürdülər.

Bu gün İran gözünü Çinə və Avropa İttifaqına dikib. Əgər Çin və Avropa dövlətləri ABŞ sanksiyalarına rəğmən İrandan enerji ixracatını dəvam etdirməsələr İran iqtisadiyyatı əsas gəlir mənbəyindən tamamilə məhrum qalacaq. Ekspertlər İran üçün bir limit müəyyənləşdiriblər. Bu limit minimum bir milyon barrel neft ixracatıdır. Əgər növbəti aylar ərzində (ilkin 6 ayda) İran bir milyon barreldən az neft ixrac edərsə onun iqtisadiyyatı sözün əsil mənasında çökə bilər.

Neft ixracatına qoyulmuş embarqodan savayı İrana endirilimiş əsas zərbə maliyyə sanksiyalarıdır. Beləki, bu sanksiyalara əsasən İran dollarla ticarət edə bilməz. Bu isə o deməkdir ki, hər hansısa dövlət İranla ABŞ-a rəğmən ticari əlaqələr qurarsa dollardan istifadə edə bilməyəcək və pul köçürmələrində ciddi problemlər yaşanacaq. Bu həmçinin İran iqtisadiyyatında dollar böhranının yaranmasına səbəb olacaq. Çünki bu gün bir dollar 15 min tüməndir. Maliyyə sanksiyalarından sonra bu rəqəm iki dəfəyə qədər arta bilər. Bu isə ciddi infilyasiya və maliyyə böhranı yaradacaq. Uzun sözün qısası əgər bir çıxış yolu tapılmasa və sanksiyalar, Həsən Ruhaninin sözüylə desək “yarılmasa” İran iqtisadiyyatı bu sanksiya və embarqoya dözə bilməyəcək.

İrana qarşı tətbiq edilən sanksiyalar dünya neft bazarına da təsirsiz ötüşməyəcək. İran hər il 2 milyon tona yaxın neft ixrac edən bir dövlətdir. Əgər növbəti il İranın neft ixracatı yarım milyondan az olarsa bu dünya bazarında neftin qiymətinin qalxmasına gətirib çıxara bilər. Amma bu nə ABŞ-a nə də digər enerji ixracatçısı olan dövlətlərin lehinə olan bir amil deyil. Ona görə də fikrimcə, İrana alternativ enerji mənbələri tapılacaq. Bu mənbələr çoxguman İraq, Liviya və Nigeriya ola bilər. Amma əgər bu dövlətlərdə terror və ya siyasi böhran nəticəsində neft ixracatı artmayaraq əksinə, azalarsa dünya bazarında neftin bir barrelinin qiyməti 75-85 dollardan 100 dollara qədər qalxa bilər.

İkinci suala gəldikdə isə İrana yönələn sanksiyalar birbaşa Avropa ölkələrinin əlehinədir. Avropa dövlətləri İranı ucuz enerji mənbəsi görür və İran neft bazarını itirmək istəmir. Ona görə də Avropa İttifaqı İranla ABŞ sansksiyalarına tuş gəlmədən ticari əlaqələr qurmaq üçün bir iqtisadi müxanizm formalaşdırmağa çalışır. Lakin bu müxanizmin prinsipləri və mahiyyəti hələ ki, mətbuata sirr olaraq qalır. Türkiyə isə ən başdan ABŞ sanksiyalarının beynəlxalq hüquqa zidd olduğunu bildirərək embarqo siyasətini dəstəkləmiyəcəyini bildirmişdi. Bütün bunların fonunda ABŞ və Avropa İttifaqı arasında “İran krizisinin” meydana çıxması real görünür.

Bəs embarqo yarıla bilməsə və İran iqtisadiyyatı iflasa uğrasa nələr ola bilər? Fikrimcə, bu ehtimalı düşünmək belə Avropa liderlərinin təzyiqlərini qaldırır, yuxularını qaçırır. Çünki İran iqtisadiyyatının iflası Avropa üçün "yeni böhran" deməkdir. Əgər İran iqtisadi sistemi iflas edərsə buradakı rejim süqut edər və anarxiya başlayar. Anarxiya isə etnik cəhətdən rənarəng olan İran üçün sözün əsil mənasında ara müharibələrinin və hakimiyyət uğrunda mübarizənin başlanğıcı deməkdir. İranın iqtisadi və siyasi böhranı Avropa üçün ciddi təhdiddir. Çünki Avropa “Ərəb baharından” sonra üzləşdiyi qaçqın problemini hələ həll edə bilmədən bir də İran baharı ilə üzləşmək istəmir. Həmçinin İranın zəifləməsi regionda qüvvələr balansının tamamilə dəyişməsinə gətirib çıxara bilər.

Nəticədə qeyd edə bilərik ki, ABŞ sanksiya və embarqo siyasəti ilə İranı çökdürmək deyil, sadəcə nisbətən zəiflətmək istəyir. Çünki İran bu gün İraq, Yəmən, Fələstin, Suriya, Liviya və digər ölkələrdə təsirini və nüfuz dairəsini genişləndirir. Səudiyyə ilə aparılan Yəmən savaşında isə üstünlüyü ələ almağa başlayır. Beləliklə, İrandakı rejimin dəyişməsi və İran gücünün ABŞ nəzarətində saxlanılması ABŞ sanksiyalarının yekun hədəfidir. Avropa isə bunun belə kəskin və radikal addımlarla baş tutmasını istəmir.

Nicat İsmayılov

 

Bakıda taksilərin qiyməti ARTDI - VİDEO

Xəbər xətti

Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
11:00 24.04.2024
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
10:45 24.04.2024
Çernobıl faciəsinin 38-ci ildönümü qeyd edilib - FOTOLAR
10:44 24.04.2024
Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb
10:40 24.04.2024
Danimarka bütün F-16 donanmasını Ukraynaya bağışlayacaq!
Danimarka bütün F-16 donanmasını Ukraynaya bağışlayacaq!
10:30 24.04.2024
Bakıda məşhur şadlıq sarayları CƏRİMƏLƏNDİ - SƏBƏB
10:27 24.04.2024
İtaliyadan sonra Fransa da hərəkətə keçdi: Bu qəsəbədə evlər cəmi 1 avrodur
İtaliyadan sonra Fransa da hərəkətə keçdi: Bu qəsəbədə evlər cəmi 1 avrodur
10:15 24.04.2024
Bakıda taksilərin qiyməti ARTDI - VİDEO
10:07 24.04.2024
“Azərbaycan regionda dominant olaraq qalır” – Britaniyalı Ekspert - ÖZƏL
10:00 24.04.2024
Baş nazir iclas keçirdi: Tapşırıqlar verdi
09:50 24.04.2024
Britaniya Ukraynaya yarım milyard funt-sterlinqlik əlavə müdafiə paketi verir
Britaniya Ukraynaya yarım milyard funt-sterlinqlik əlavə müdafiə paketi verir
09:45 24.04.2024
Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
09:40 24.04.2024
Umud Mirzəyev Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasından DANIŞDI
09:35 24.04.2024
Bakıda bu gün 29 dərəcə isti olacaq
09:30 24.04.2024
Hadrutdan yeni görüntülər - VİDEO
09:22 24.04.2024
Saharadan gələn toz Yunanıstanı bürüdü - VİDEO
Saharadan gələn toz Yunanıstanı bürüdü - VİDEO
09:19 24.04.2024
David Kameron Özbəkistanda plov hazırlanmasında iştirak edib - VİDEO
David Kameron Özbəkistanda plov hazırlanmasında iştirak edib - VİDEO
09:17 24.04.2024
Haber Qlobal: Ermənilər belə cəsurdursa, döyüş meydanında Azərbaycan ordusuna cavab versinlər - VİDEO
Haber Qlobal: Ermənilər belə cəsurdursa, döyüş meydanında Azərbaycan ordusuna cavab versinlər - VİDEO
09:08 24.04.2024
Qırğızıstan prezidenti Azərbaycana yola düşdü
09:00 24.04.2024
Qırğızıstan prezidenti bu gün Azərbaycana gələcək
08:00 24.04.2024
“X”-in işində NASAZLIQ YARANIB
06:00 24.04.2024
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
05:00 24.04.2024
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Hamısı