Nüvə silahlarına nəzarətin eroziyası - ŞƏRH | Eurasia Diary - ednews.net

19 Dekabr, Çərşənbə


Nüvə silahlarına nəzarətin eroziyası - ŞƏRH

Analitik Mərkəz A- A A+
Tramp administrasiyasının Orta Mənzilli Nüvə Silahları Müqaviləsindən (OMNSM) çıxması qərarı 50 ildən uzun keçmişə sahib olan nüvə silahlarına nəzarət və onların məhdudlaşdırılmasınə nəzərdə tutan müqavilənin dağıdılmasını hədəfləyən geniş çərçivəli strategiyanın bir hissəsi ola bilər.

Əslində OMNSM-in başa çatdırılması özlüyündə kökü 1963-cü ilə dayanan və nüvə silahlarının atmosferdəki sınaqlarını qadağan edən müqaviləyə dayanan sazişlər və razılaşmalar şəbəkəsinə endirilmiş ölümcül zərbə deyil. 

Lakin digər addımlarla, məsələn Corc Buşun 2002-ci ildə Anti-Ballistik Raket Müqaviləsindən çıxma qərarı və Obama administrasiyasının nüvə silahları infrastrukturunun yenilənməsi ilə bağlı proqramını da nəzərə aldıqda bunun hansı nəticələr doğura biləcəyini anlamaq daha asan olur. 

Vaşinqtonun OMNSM-dən çıxma qərarının məntiqi Rusiyanın 9M729 qanadlı raketlərini yerləşdirməsinə cavab vermə istəyindədir. Halbuki Moskva bunu inkar edir və hələ də ictimaiyyətə heç bir sübut təqdim edilməyib. 

Əgər silah imkanları üzərində hər hansı bir anlaşmazlıq vardısa, təftişlərlə bunu həll etmək mümkün ola bilərdi. Lakin Ağ Ev xüsusilə Milli Təhlükəsizlik üzrə Müşavir Con Bolton təftişlərdən çox daha çox ABŞ-ı müqavilələrdən çıxarmağa maraqlıdır. 

Məhz Trampın İranla imzalanmış nüvə sazişindən çıxması da bununla əsaslandırılan bilər. Belə ki, bu addımın atılmasına səbəb sadəcə İranın nüvə silahları inşa etməsi, yaxud başqa bir yolla bu müqavilənin şərtlərini pozması deyil, həm də Tramp administrasiyasının Tehrandakı rejimi dəyişmək üçün iqtisadi sanksiyalardan istifadə etmə istəyidir.

Ordu.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...