Qəzza problemi və İsraildə hakimiyyət böhranı "Qəzza və Qarabağ məsələsi müsəlman dünyasının ortaq problemidir" - ÖZƏL

Analitika 17:00 22.11.2018

Qəzza problemi, 1948-ci ildən bugünə qədər həll edilə bilməyən münaqişə obyektidir. Qəzza probleminin həll edilməməsi tərəflər arasında gərginliyi günü-gündən artırır. Bunun əyani təzahürünü biz 11 noyabrda baş tutan “günlük müharibə”də gördük. Ancaq 11 noyabr müharibəsi İsrail ilə Fələstin arasında baş verən digər toqquşmalardan çox fərqlənirdi və necə ki, nəticələri də çox fərqli oldu.

Əvvəlcə başlayaq 11 noyabrda baş verən toqquşmadan. 10 noyabrda İsraildə sakitlikdir. Baş nazir Fransaya Birinci Dünya müharibəsinin bitməsinin 100-cü il dönümü münasibəti ilə keçirilən zirvə toplantısında iştirak etmək üçün gedir, çox vacib görüşlərin baş tutacağı əvvəlcədən məlumdur. Netanyahu İsrail təyyarəsi ruslar tərəfindən Suriya səmasında vurulması hadisəsindən sonra ilk dəfə Putinlə təkbətək görüş keçirir. Planında Makronlada görüşmək var, ancaq qəfildən baş nazirə müşavirlər bir xəbər çatdırır və Netanyahu dərhal keçirəcəyi görüşləri təxirə salaraq Təl-Əvivə geri qayıdır.

Verilən xəbər məlumdur, “atəşkəs pozulub, itkimiz var”. Məlum olmayan məsələ isə ondan ibarətdir ki, Netanyahunun İsrail ordusunun 11 noyabrda gecə vaxtı Qəzzaya soxulması və Həmas komandirlərindən Nuri Bərəkə başda olmaqla 7 Həmas üzvünə sui-qəsd təşkil etməsi əməliyyatından əvvəlcədən xəbəri var idimi?

Fikrimcə, bu əməliyyatdan Netanyahunun xəbəri yox idi. Çünki əgər xəbəri olsaydı bu əməliyyatın atəşkəsin pozulmasına səbəb olacağını və nəticədə onun dünya liderləri ilə vacib görüşlərinin baş tutmayacağını bildiyindən buna mane olardı və ya ən azından əməliyyatı təxirə salardı. Amma xəbəri alan kimi böyük bir təəccüb və heyrətlə ayağa qalxıb, müşavirlərinə “bütün proqramımızı təxirə salın, Təl Əvivə qayıdırıq” deməsi o deməkdir ki, baş nazirin bu əməliyyatdan heç xəbəri olmayıb.

Bəs birgünlük müharibənin nəticəsi nə oldu? İsrail bu bir günlük münaqişədə çox şey itirdi. Əvvəla 11 noyabrdakı toqquşmalarda İsrail hərbi maşınlarının sərrast raket zərbələri ilə vurulması “Dəmir Günbəz” xulyasını iflasa uğratdı. İsraildə olan Dəmir Günbəz qurğusu hava hücumundan müdafiə qurğusu hesab edilir və hərbi ekspertlər bu qurğunun demək olar ki, istənilən raket zərbəsini havada məhv edə bildiyini deyirdilər. Ancaq Həmasın endirdiyi 370 raket zərbəsinin sadəcə 100-nü Dəmir Günbəz məhv edə bildi. 11 noyabrda yəhudi xalqı son dövrlərdə ilk dəfə münaqişə zamanı təhlükəsizlik problemi yaşadı.

Misir araya girərək tərəfləri atəşkəsə çağırdı və atəşkəs təmin edildi. Amma 11 noyabrda baş verənlər İsraildə yeni bir problem yaratdı. Bu “hökumət böhranı idi”. Hökumət böhranına səbəb 6 partiyanın koalisiyası nəticəsində formalaşan İsrail hökümətində bu partiyalardan biri olan “İsrail Evimiz” partiyasının lideri, Müdafiə Naziri Aviqdor Libermanın istefa verməsi idi. Liberman istefasına iki səbəb göstərdi: Atəşkəsin təmin edilməsi ilə Həmasın hücumlarına layiqli cavab verilməməsi və hökumətin Fələstinə gələn beynəlxalq valyuta və müxtəlif yardımların çatdırılmasına mane olmaması.

Libermanın istefası İsraildə yeni parlament seçkilərinə səbəb ola bilər. Ancaq bu məsələdə bir fikri qeyd etmək lazımdır. İsraildə son hadisələrdə də göründüyü kimi, Qəzza problemi siyasi manipulyasiya obyektidir. İsraildə hakimiyyət uğrunda mübarizə aparan istənilən partiya Qəzza problemindən istifadə edir. Bu gün Libermanın atdığı addıma diqqət yetirək. O hökuməti sülhü təmin etməkdə günahkar bilir və İsraildə yaşanan təhlükəsizlik problemini qabardaraq hökumətinin nüfuzunu endirməyə səy göstərir.

Bu məsələdə Netanyahunun “əli-qolu bağlıdır”. Çünki, əgər o münaqişəyə davam edib, Qəzza blokadasını uzatsa burada bir sosial partlayış baş verə bilər. Çünki sözün əsil mənasında bu gün Fələstində təhsil, səhiyyə və digər sosial sahələrdəki problemlər kəskinləşib. Və buna görə də artıq bir fələstinli gəncin “ölənə qədər İsraillə vuruşmaq”dan başqa bir şansı qalmayıb. Bu isə qarşı tərəfi sıxmaqla radikallaşdırmaq, yəni öz əlinlə düşmənini psixoloji cəhətdən gücləndirməkdir. Netanyahu bunu bilir və ona görə də beynəlxalq aləmdən Qəzzaya gələn yardımlara mane olmur və atəşkəsi qorumağa çalışır. Ancaq bir yandan da onun bu addımları ölkə daxilində müxalifətin ciddi etirazlarına səbəb olur. Ona görə də deyə bilərik ki, Netanyahunun manevra sahəsi daralıb və onun nüfuzu əvvəlkinə nisbətən çox zəifləyib. Hətta vəziyyət o yerə gəlib çatmışdır ki, ordu onun xəbəri olmadan əməliyyatlar həyata keçirir. Bütün bunlar İsraildə bu gün belə olmasa sabah bir daha ciddi hökumət böhranının yaşana biləcəyini istisna etmir.

Beynəlxalq aləm isə sadəcə fələstinlilərin qırılmasına göz yumur. Qarabağ məsələsində də əyani şəkildə göründüyü kimi BMT də daxil olmaqla heç bir beynəlxalq institut münaqişələrin həllində arzuolunan missiyanı icra edə bilmir. Ancaq məhz Fələstinə qarşı dünya sanki qərəzlidir. Ötən günlərdə İstanbulda baş tutan “Fələstindən dünyaya müraciət” adlı konfransa BAMF Prezidenti Umud Mirzəyevin də qeyd etdiyi kimi “Fələstin problemi mənim, sənin və bütün bəşəriyyətin problemidir”. Ancaq dünya bu problemə qarşı səssizdir, hətta bəzi Qərb dövlətləri əyani şəkildə münaqişədə İsrailin tərəfini tutur. Qərb dövlətlərindən yardım gözləmək mənasız olardı, amma maraqlısı bundadır ki, müsəlman dövlətləri də fələstinlilərə heç bir yardım edə bilmir. Buna səbəb Ərəb baharından sonra Suriya, Liviya, İraq və digər dövlətlərin heç özlərinə kömək edə bilməyəcək hala gəlməsi və Misir, Səudiyyə Ərəbistanı və digər güclü müsəlman dövlətlərinin isə bu məsələdə ABŞ-la qurduqları əməkdaşlığın təhlükəyə düşməsindən qorxması hesab edilə bilər.

Fələstin problemini və Qəzza zolağında son günlərdə baş verən toqquşmaları yaxından araşdıran Kərkük türkməni, jurnalist və Sərhədsiz Jurnalistlər Birliyin üzvü Qeys Ridvani bu məsələ ilə bağlı Eurasia Diary-ə müsahibə verib. Müsahibənin mətnini oxuyuculara təqdim edirik:

- Qəzzada son günlərdə baş verən toqquşmalar və ümumilikdə Fələstin-İsrail münaqişəsinin hazırki vəziyyətini necə dəyərləndirirsiniz?

Təəssüflər olsun ki, son günlərdə tərəflər arasında münaqişə yenidən şiddətləndi və atəşkəs rejimi pozuldu. Atəşkəsi pozan tərəf yenə İsrail idi. İsrail ordusu məxfi əməliyyatla Qəzzaya soxularaq 7 Həmas üzvünü öldürmüş və nəticədə atəşkəs pozulmuşdu. İsrailin həyata keçirdiyi hücumlarda 7 Həmas üzvündən savayı 6 dinc vətəndaş da dünyasını dəyişdi. İsrail hava hücumları nəticəsində onlarla dinc vətəndaş yaralandı. Bir jurnalist olaraq böyük məyusluq hissi ilə vurğulamaq istəyirəm ki, Fələstinə məxsus “Əl Əqsa” televiziyası da raket zərbələri nəticəsində dağıntılara məruz qaldı. İsrail dünyada barışın 100-cü ildönümündə həyata keçirdiyi bu hücumla heç də sülhdən tərəf olmadığını sübut etdi. İsrail barışın təmin edilməsi adına heç bir addım atmır. Bu da münaqişənin soyuması və tərəflərin yenidən danışıqlar masasına qayıtmasına imkan vermir.

- Bəs beynəlxalq aləmin Fələstin probleminə yanaşmasını necə qiymətləndirirsiniz?

BMT-nin bu barədə qəbul etdiyi qətnamələr olsa da bu qətnamələrə riayət edilmir. Son olaraq, BMT Təhlükəsizlik Şurasının iclasında Qəzzada atəşkəsin pozulması məsələsi gündəmə gətirilmiş və İsrailə hava hücumlarını dayandırmağa çağırılmışdı. Lakin Qəzza probleminə əsas dəstək müsəlman dövlətlərindən gəlməkdədir. 11 noyabrda baş tutan toqquşmalar zamanı İKT baş katibi Yusuf Bin Ahmed El Useymim İsraili dərhal atəşi dayandırmağa çağırdı. Ərəb Millətlər Liqası yazılı açıqlama verərək İsraili həyata keçirdiyi hücuma görə qınadı. Digər təşkilatlar və müsəlman dövlətlərdən də bu tipli açıqlamalar gəldi. Lakin bu reaksiya kifayət deyil. Real şəkildə məsələni araşdırsaq görərik ki, fələstinlilərə qarşı həyata keçirilən hərbi əməliyyatlar zamanı “ərəb səssizliyi” müşahidə edilir. Lakin müsəlman dövlətlər bir olmalı və bir-birilərinə dəstək verməlidirlər.

- Siz Kərkükdə yaşayısınız. Kərkük türkmənlərinin Qəzzada yaşayan və onlara bənzər taleyə malik olan Fələstin xalqının yaşadığı problemlərə münasibəti necədir?

- Kərkük türkmənlərinin bu məsələdə mövqeyi beynəlxalq aləmin mövqeyi ilə üst-üstə düşür. Kərkük xalqı fələstinli din qardaşlarının dərdini öz dərdi hesab edir. Bu minvalla İsrailin dinc fələstinlilərə qarşı həyata keçirdiyi hücumları qınayırıq. Kərkük türkmənləri Qəzza zolağında baş verən toqquşma zamanı nümayiş etdirilən “ərəb səssizliyi”ni də sərt tənqid edir və beynəlxalq aləmi Fələstin xalqına dəstək olmağa çağırır.

- Sonda Kərkük türkmənlərinin Qarabağ probleminə olan münasibətini də öyrənmək bizim üçün maraqlı olardı.

- Biz kərkük türkmənləri Azərbaycan türklərini özümüzə qardaş xalq olaraq görürük. Onların dərdini öz dərdimiz olaraq qəbul edirik. Qarabağın ən qısa zamanda işğaldan azad olunmasını və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini diləyirik. Fikrimcə, necə ki, Qəzza yalnız fələstinlilərin deyil, bütün dünya müsəlmanlarının problemidir, eləcə də Qarabağ problemi bütün dünya türklərinin və müsəlmanların ortaq problemi hesab edilməlidir.

Nicat İsmayılov

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Hamısı