Məxməri inqilabın sonu "Yeni Ermənistan" xarici siyasətinın qısa analizi - ÖZƏL

Analitika 12:16 10.12.2018

Ermənistanda 9 dekabrda keçirilən seçkilərin nəticəsi məlum oldu: “Məxməri inqilab uğurla başa çatdı”.

Ermənistan xalq hərəkatı öz niyyətini bu seçkilərlə tam şəkildə gerçəkləşdirə bildi. Artıq “Qarabağ klanı”nın hakimiyyəti sona çatdı. Paşinyanın partiyasının seçkilərdə 70%-dən yüksək səs toplaması ondan xəbər verir ki, Ermənistanda ən azından bir müddət siyasət arenasında sabitlik təmin ediləcək və vahid hökumət formalaşacaq.

Sözlər deyildi, vədlər verildi, seçkilər bitdi, indi erməni xalqı verilən sözlərin tutulmasını, vədlərin yerinə yetirilməsini gözləyəcək. Bəs Paşinyan siyasəti dəyişəcəkmi?

Əlbətdə ki, dəyişəcək. Çünki, xüsusən xarici siyasətdə Paşinyanın atmağa çəkindiyi bir çox addımlar var idi. Paşinyan Rusiya ilə münasibətlərin bərabərhüquqlu formada baş tutması, Türkiyə ilə yaşanan problemlərin aradan qaldırılması, Qarabağ probleminin həll edilməsi kimi bir çox vacib məsələlərdə real və konkret addımlar atmamışdı ki, xalq içərisində nüfuzu enməsin və xaricdən və ya daxildən ona qarşı fiziki müdaxilələr baş tutmasın.

İndi daha bu təhlükələr yoxdur və Paşinyan xalqın 70%-dən çoxunun dəstəyini qazanan bir baş nazirdir. Yəni, indi yuxarıda qeyd edilən məsələlər barədə konkret siyasi xətt mütləq şəkildə tətbiq ediləcəkdir.

Rusiya ilə ələqələrin gələcəyi necə olacaq? Çox maraqlıdır ki, bu sual ermənilərdən çox azərbaycanlıları maraqlandırır. Bəzi azərbaycanlı ekspertlər belə hesab edirlər ki, Ermənistan-Rusiya münasibətlərinin pisləşməsi Dağlıq Qarabağ probleminin Azərbaycan xeyrinə həll edilməsi ilə nəticələnə bilər. Bu çox gülünc və acizanə bir analizdir. Çünki Qarabağ münaqişəsi boyunca hər iki dövlətdə kifayət qədər hakimiyyət dəyişiklikləri yaşansa da bu Rusiyanın münaqişəyə baxışını dəyişdirmədi. Çünki gəlin lap açıq bir şəkildə deyək: “Rusiya Qarabağ münaqişəsinin həllində ümumiyyətlə maraqlı deyil”. Elə ona görə də Rusiya ilə münasibətlərin gələcəyinin bizim Qarabağ məsələmizə təsiri yoxdur. Əlbəttə Rusiya anti-rus siyasət yeridən bir hökumətə Qarabağ problem vasitəsilə təsir edə bilər, ancaq bu ancaq ermənilərə şamil edilə biləcək bir siyasi xətt hesab edilmir və belə siyasətlə Azərbaycan da üzləşə bilər.

Paşinyansa münasibətləri kəskinləşdirməmək üçün hər şeyi edir və edəcəkdir. Onun məqsədi isə eynən Azərbaycanın yaratdığı kimi xarici siyasətdə “balans” yarada bilməkdir. Ona görə də KTMT-də tapa bilmədiklərini NATO-da axtarmaq niyyətindədir. Paşinyan eyni zamanda həm qərb, həm də şərqlə bərabərtərəfli əməkdaş olmağı istəyir. Əslində bunun üçün uyğun şərait də var. Çatışmayan isə sadəcə tanrının Azərbaycana nəsib etdiyi Heydər Əliyev kimi bir liderdir. Ancaq elə bir lider Ermənistanı eyni zamanda “qərbin və şərqin vazgeçilməz dostu edə bilər”. Paşinyansa diplomatik zəkası qıt, beynəlxalq münasibətlərdən çox da anlamayan, yaxşı amalları olmasına rəğmən bunları gerçəkləşdirmək üçün istifadə edilə biləcək vasitələrdən xəbərsiz olan bir liderdir. Ona görə də balans yarada bilmək və müstəqilliyi qorumaq Paşinyan üçün əlçatmaz məqsədlər hesab edilə bilər.

Türkiyə ilə münasibətlərin düzəlməsi və iqtisadi əlaqələrin qurulması üçün Ermənistanda iqtidarın dəyişməsi yetməz. Türkiyədə də iqtidar dəyişməli və erməni lobbisi ilə sıx əlaqələri olan bir siyasi qrup hakimiyyətə gəlməlidir. Amma yenə də Paşinyan münasibətlərin düzəlməsi üçün cəhdlər edəcəkdir. Sözügedən cəhdlərə erməni soyqırımı təbliğatını azaltmaq və anti-türk təbliğatını dayandırmaq, Türkiyəni israrla əməkdaşlığa dəvət etmək, Qarabağ məsələsində daha mülayim fikirlər səsləndirmək aid edilə bilər. Ancaq Türkiyənin buna reaksiyası konkretdir. Qarabağ problemi həll edilmədən münasibətlərin düzəlmə ehtimalı yoxdur.

Bəs məxməri inqilabın “öndəri” Paşinyan Qarabağ məsələsində nələr edə bilər? Bax bu məsələdə Paşinyanın ciddi layihələri var. Paşinyan balans yaratmaq üçün mütləq münaqişəni bitirməlidir. Hazırki vəziyyətdə Qarabağ münaqişəsi Ermənistana bəlkə də tarix boyu azərbaycanlıların vurmadığı qədər ziyan vurur. İqtisadiyyat iflicdir, sosial müdafiəyə ehtiyacı olan insanların sayı durmadan artır, dövlət büdcəsinin böyük bir hissəsi orduya ayrılır və beynəlxalq aləmdə Ermənistanın nüfuzu günü-gündən azalır. Bütün bunlara səbəb isə ermənilərin zorakılıq və işğal siyasəti nəticəsində yaranan Qarabağ münaqişəsidir.

Paşinyan da bunu gözəl anlayır. Fikrimcə, onun əsas məqsədi 7 rayonu qaytarmaq və Qarabağın muxtariyyətini ləğv edib, onu Ermənistana birləşdirməkdir. Paşinyan bu təklifin masada olduğu bütün danışıqları dəstəkləyəcək, ancaq Azərbaycan tərəfinin reaksiyası indidən bəllidir.

Sonda Paşinyanın qələbəsinin əsas səbəbi kimi  Ermənistanda xalqın başda siyasət olmaqla bütün sahələrdə ehtiyac duyduğu dəyişiklik istəyini qeyd edə bilərik. Erməni xalqı Paşinyanı deyil, bu dəyişikliyi dəstəkləyir. Ermənilər rus əsarətindən, siyasi avtoritarizmdən, münaqişədən və tez-tez baş verən qısa müddətli müharibələrdən, korrupsiyadan və elmi-mədəni gerilikdən cana doyublar. Paşinyanın seçki zəfəri isə bu cana doymuşluğun əyani təzahürüdür.

Nicat İsmayılov

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
Hamısı