Moskva Paşinyana “konfet” əvəzinə, kağızını göstərdi 4 müasir qırıcı: hədiyyə, yoxsa...

Analitika 17:40 02.02.2019

Ermənistan 2020-ci ildə 4 SU-30SM alacaq, bir şərtlə ki...; Kreml başçısı qərbpərəst erməni baş naziri özünə möhkəm bağlamaq üçün planlar qurur

İrəvan-Moskva münasibətlərində “məxməri inqilab”dan başlayan qeyri-müəyyənlik dövrü davam edir. Bunu ən azı, ondan görmək olar ki, Rusiyanın Ermənistana satdığı təbii qazın qiyməti ilə bağlı hələ də yekun anlaşma əldə olunmayıb. “Qazprom” yanvarın 1-dən qiyməti 150 dolardan 165 dollara qaldırıb. Ermənistanda anti-Rusiya ovqatı da yetərincə güclü olaraq qalır. Gümrüdəki 102 saylı rus hərbi bazasını ölkədən çıxarmaq tələbləri səslənir.

Doğrudur, N.Paşinyan Putin inansa da, inanmasa da, Kremlə sədaqət andı içməkdə davam edir. Eyni sözləri o, ötən ay Moskvaya etdiyi sonuncu səfəri zamanı bəyan elədi. Amma maraqlıdır ki, Putin Moskvaya gəlmiş Nikol Paşinyanla bu dəfə görüşməkdən imtina elədi.

Bütün bunlar, əlbəttə ki, Rusiyanın Ermənistandan üz döndərməsi və ya oradan çıxmağa hazırlaşması anlamına gəlmir, daha çox Ermənistanın yeni hökumətini müxtəlif üsullarla “tərbiyələndirmək” istəyi təəssüratı yaradır. Hər necə olmasa, Ermənistan Güney Qafqazda Moskvanın yeganə legitim hərbi qalası, bölgədəki “gözü” olaraq qalır.                        

*****

Bu arada Ermənistanın Rusiyadan Su-30SM müasir qırıcılarını almasına dair müqavilənin təfərrüatları məlum olub (virtualaz.org). “Kommersant” qəzetinin yazdığına görə, Rusiya Ermənistana 4 belə qırıcı satacaq. Özü də texnikanın qiyməti ixrac qiymətindən xeyli ucuz, Rusiya ordusu üçün nəzərdə tutulan qiymət olacaq. Qəzet yazıb ki, bunu Ermənistan və onun baş naziri Nikol Paşinyan üçün mühüm hadisə hesab etmək olar. Çünki on illərdən bəri ilk dəfə Ermənistan Hərbi Hava Qüvvələri işlənmiş deyil, yeni aviatexnika alacaq. 

Paşinyan ile ilgili görsel sonucu

Yada salaq ki, qırıcıların alınmasına dair müqavilənin bağlandığı haqda ötən gün Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişdilər. Lakin alınacaq təyyarələrin sayı və digər təfərrüatlar açıqlanmamışdı. Bildirmişdilər ki, Rusiyanın ayırdığı növbəti güzəştli 100 milyon dollar silah krediti çərçivəsində silahların alınması reallaşmaq üzrədir.

Rusiyanın aviasiya sənayesindəki müəssisələrdən birinin top-meneceri deyib ki, müqavilənin şərtinə əsasən, Ermənistan 2020-ci ildə 4 Su-30SM qırıcısı alacaq. “Sövdələşmə KTMT xətti ilə əldə edilib. Müqavilə kommersiya xarakterli hesab edilsə də təyyarələrin alınması Rusiyanın ayırdığı güzəştli kredit hesabına həyata keçirilir. Ermənistan HHQ üçün hər maşının qiyməti Rusiya silahlı qüvvələri üçün nəzərdə tutulan qiymət olacaq” - mənbə bildirib.

Kreml ile ilgili görsel sonucu

4+ nəsil Su-30SM qırıcılarının bazar qiyməti 50 milyon dollara yaxındır. Lakin silahlanmadan və modifikasiyadan asılı olaraq qiymət arta, yaxud azala bilər. Belə çıxır, Rusiya bu təyyarələrin birini Ermənistana 25 milyon dollara satacaq - yəni təxminən yarı qiymətə. Bu xüsusda “Kommersant”a danışan mənbə deyib ki, Rusiya tərəfindən bu cür sövdələşmə Ermənistan üçün əsl hədiyyədir. Müqaviləyə əsasən, erməni təyyarəçilər bu qırıcıları idarə etmək üçün Rusiyanın hərbi təhsil müəssisələrində hazırlıq da keçəcəklər. “Mahiyyətcə bu, Ermənistanın Nikol Paşinyanın dövründə imzaladığı ilk müqavilədir. Bizim üçün KTMT üzrə müttəfiqin yanında mövqelərimizin möhkəm olmasına əmin olmaq vacibdir” - qaynaq əlavə edib.

*****

su-30sm ile ilgili görsel sonucu

Xatırladaq ki, ötən ilin iyununda Nikol Paşinyan Erebuni aviabazasında Su-30SM qırıcısının pilot kabinəsində çəkilmiş fotosunu nümayişkaranə şəkildə yaymışdı. Təyyarəni də Paşinyana məhz nümayiş etdirmək üçün gətirmişdilər.

Təbii ki, Azərbaycanın bu sövdələşməyə reaksiyası mənfi olacaq. Hərbi analitiklərə görə, bu anlaşma Bakını təşviq edə bilər ki, Rusiyadan yeni təyyarələr alsın. Moskvanın bir hədəfi də yəqin ki, elə budur - kommersiya maraqları, pul qazanmaq. Özü də Rusiya qırıcıları Bakıya başqa silahlar kimi bazar qiymətinə verəcək.

İlham Əliyev Davosda Rusiya telekanalına müsahibəsi ile ilgili görsel sonucu

Xatırladaq ki, az öncə prezident İlham Əliyev Davosda Rusiya telekanalına müsahibəsində bildirmişdi ki, Azərbaycan Rusiya ilə yeni iri silah müqavilələri bağlayıb. Amma bu müqavilələr çərçivəsində hansı silahların alınacağına dair məlumat yoxdur.

Hələ ki Azərbaycan HHQ-nin silahlanmasında 4-cü nəsil qırıcılar yoxdur. Yeri gəlmişkən, Bakı xeyli vaxtdır Pakistan-Çin istehsalı olan 4-cü nəsil JF-17 qırıcıları ilə maraqlanır. Azərbaycan belə qırıcıları almaq üçün danışıqlar aparır və bu yöndə hətta ilkin razılaşmanın mövcud olduğu bildirilir...

*****

O ki qaldı İrəvana gələn il veriləcək müasir rus qırıcılarına, aydındır ki, 2020-ci ilədək Ermənistanın indiki rəhbərliyinin Rusiya və Qərblə bağlı siyasi kursu qəti olaraq bilinəcək. Yəni gizli qərbpərəst olan Nikol “nala-mıxa” vurmaqda davam eləsə, qırıcılar Ermənistana tədarük edilməyə və ya edilməsi yenidən ertələnə bilər. Bir şey dəqiqidir ki, havayı pendir (ucuz silah - “YM”) yalnız tələdə olur.

Üstəlik, 2020-ci ilin hansı ayının nəzərdə tutulduğu da hələ bilinmir. Söhbət gələn ilin sonlarından, yəni haradasa 2 illik bir zaman kəsiyindən gedir. Bu isə az müddət deyil. Həmin müddətdə Ermənistanda Kremlin də dəstəyi ilə iki dəfə hakimiyyət dəyişikliyi baş verə bilər. Həmçinin Kremlin rüsxəti ilə Qarabağ savaşının qızışması istisna deyil.    

Görünən odur ki, V.Putin xoşlanmadığı, lakin hələlik siyasi səbəblərdən işləmək zorunda qaldığı Nikol Paşinyana onun sevdiyi keyfiyyətli rus “konfeti”nin yalnız bəzəkli “kağızı”nı göstərib. Bu xüsusda SU-30SM hədiyyəsi əslində hədiyyə yox, Paşinyan hökumətinə siyasi avansdır, sonuncunun Moskvaya daha da bağlanması üçün düşünülmüş yaxşılıqdır. 

İmzalanan sənədlərə Rusiyanın qoyduğu imzaya hörmət məsələsinə gəlincə, Krımın ilhaqı bir daha göstərdi ki, bu, Moskvadan ötrü boş şeydir. Məlumdur ki, Rusiya ABŞ, Böyük Britaniya və Fransa ilə birgə hələ 1995-ci ildə Ukraynanın nüvə silahından imtinası qarşılığında onun ərazi bütövlüyünə təminatla bağlı dair Budapeşt sənədi imzalamışdı. Sonrası bəllidir.

Eyni qaydada Moskva İrəvanla imzaladığı istənilən sənədə tüpürə və Ermənistan üzərindən təhlükəsizlik qarantını götürə bilər...

Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO

Xəbər xətti

Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Hamısı